Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2583/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun xx.xx.2024cü il tarixində Xırdalan şəhəri, Kristal ünvan 1 ünvanda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X1 onun oğlu idi. O, 1980-ci il sentyabr ayının 21də Ermənistan Respublikası, Kalinino rayonunun Qızıl Şərq kəndində anadan olmuşdur. xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, Kristal ünvan 1-da qəflətən vəfat etmişdir. Onlar X3nu xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu Kərkənc kənd qəbristanlığında dəfn etmişlər. Bundan sonra, ərizəçi oğlu üçün ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsindən ona bildirilmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm tibbi haqqında şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz.” Ərizəçi bu səbəbdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X10 ifadəsində bildirdi ki, ərizəçinin qaynıdır, mərhum isə ərizəçinin oğlu olmuşdur. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X9 ifadəsində bildirdi ki, o, ərizəçinin qardaşıdır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və dəfnində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1980-ci il tarixdə Ermənistan, Kalinino rayonunda doğulmuşdur. X2, anası Ərizəçidır. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 10 may 2024-cü il tarixdə verilmiş AZ-T 059727 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X11 xx.xx.2013cü il tarixdə nikaha daxil olmuş və bu nikah həmin tarixdə 36 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Bəkirov, arvada Bəkirova soyadları verilmişdir. 37 saylı MKİS tərəfindən xx.xx.2024-cü il tarixdə verilən 047433 №-li arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanda yerləşən 36 №-li mənzildə pasport qeydiyyatındadır. X3 ölən günə kimi bu ünvanda yaşayıb. Bakı Şəhər Təcili və X7 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsində qeyd olunur ki, X4 adına xx.xx.2024-cü il tarixdə saat 18:12-də Xırdalan şəhəri, Kristal ünvan 1 ünvanı üzrə çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. “Tibbi Ərazi Bölmələrinin İdaəetmə Birliyi” X19 4 nömrəli Şəhər Poliklinikası tərəfindən 30 aprel 2024-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, Kristal ünvan 4 ünvanında vəfat edən, xx.xx.1980-ci il təvəllüd vətəndaş X8 hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, sağlamlıq vəziyyəti ilə əlaqədar tibbi qeydiyyatda olmadığından, xidməti əraziyə aid olmayan ünvanda vəfat etdiyindən onlar tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Şamaxı rayon Kərkənc kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 5-75-33/2-25/2024 nömrəli arayışda qeyd olunur ki, xx.xx.1980-ci il təvəllüdlü X1 24 aprel 2024-cü il tarixində Bakı şəhərində vəfat etmişdir.25 aprel 2024-cü il tarixində Şamaxı rayonunun Kərkənc kənd qəbristanlığında dəfn olunmuşdur. 2 saylı Bakı “Asan xidmət” X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi Ərizəçi tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün deyil. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü X8 Ərizəçi oğludur. X8 xx.xx.2024-cü il tarixdə Xırdalan şəhəri, Kristal ünvan 1 ünvanda vəfat etmişdir. 2 saylı Bakı “Asan xidmət” X12 ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində (Xırdalan şəhəri, Kristal ünvan 1 ünvanda) ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2583/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2583/2024
20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver