Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2617/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00604 nömrəli barışıq sazişin uşağın ananın himayəsində saxlanılması və aliment hissəsində təsdiq edilməsi ilə bağlı qətnamə qəbul edərək dərhal icraya yönəldilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Nikah dövründə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən mübahisələri baş verirdi. Bir ailə kimi bir yerdə yaşamaq mümkün olmadığı üçün artıq xeyli müddətdir ayrı yaşadıqlarından, nikahın formal xarakter daşımaqla barışığın mümkün olmaması səbəbi ilə tərəfindən nikahın pozulması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. 11 saylı Mediasiya təşkilatı tərəfindən əldə olunmuş barışıq sazişinə əsasən aralarında bağlanmış nikahın pozulmasına dair qarşılıqlı şəkildə razılığa gəlmişlər. Nikahın pozulmasından öncə iştirak etdikləri mediasiya prosesi cavabdehlə aralarında uşağın anası ilə qalması və aliment məbləği ilə bağlı razılıq rəsmləşdirilərək, uşağın saxlanılması üçün cavabdeh könüllü olaraq xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın 10-dək 400 manat sabit pul məbləğində aliment alimentin ödənilməsinə razılıq vermişdir. Lakin maraqlı şəxs bu günə kimi mediasiya təşkilatı tərəfindən rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00604 nömrəli “barışıq sazişinin şərtlərinə əməl etməyərək könüllü qəbul etdiyi alimenti ödəməkdən yayınır. Ödənişin vaxtı tamam olsa da, maraqlı şəxs əmək haqqı alsa da, aliment ödəmir. Alimentin ödənilməsi ona və uşağa təsir vasitəsi kimi istifadə edir. Hazırda uşağın pedaqoq və digər xərclərini tək qadın olaraq çətinliklə qarşılayır. Maraqlı şəxs elə bir vəziyyət yaradır ki, uşağı əvvəlki təminat vəziyyətindən məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını, tərəflə arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxs məhkəməyə məktub göndərərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədə keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 11 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2-24- 00604 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 225 nömrə ilə qeydə alınmış nikahın pozulmasına ve bunun məhkəmə qaydasında həllinə razılaşdılar.
2. İkinci Tərəf övladları xx.xx.2018-ci il doğum tarixli X1 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir.
3. X5 Tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 400 (dörd yüz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.
4. Birinci Tərəf ikinci Tərəfə yuxarıda qeyd edilən övladı ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “nikahın pozulması, uşağın himayəsi, aliment və ünsiyyət” tələbi üzrə razılığa gələrək xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişə əsasən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş ikinci tərəf övladları xx.xx.2018-ci il doğum tarixli X1 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir. X5 Tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 400 (dörd yüz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Saziş eyni tarixdə tərəflər, həmçinin mediator tərəfindən imzalanaraq qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Həmçinin Sazişə əsasən tərəflər könüllü icra ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlərdən əlavə hər hansı xüsusi razılığa gəlməmişlər. Sazişin 6-cı bəndinə əsasən, saziş tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Bununla belə barışıq sazişinin şərtləri könüllü qaydada yerinə yetirilməmişdir, maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayınır. Hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 11 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2-24-00604 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 11 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2-24- 00604 nömrəli barışıq sazişi uşağın (ananın himayəsində saxlanılması və aliment hissəsində) aşağıdakı şərtlərlə təsdiq edilsin: -İkinci Tərəf övladları xx.xx.2018-ci il doğum tarixli X1 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir. -X5 Tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 400 (dörd yüz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Səbinə Nuriyeva