Məhkəmə qərarları › İş №2(005)-2619/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2619/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2619/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2020-ci il tarixli, MK-00119-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 13.04.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 9532 manat 98 qəpik, faiz borcu 2572 manat 06 qəpik, dəbbə pulu 4263 manat 64 qəpik, cəmi 16368 manat 68 qəpik və 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmətihaqqının cavabdclılər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 iddiaçının xeyrinə tutulması, Bank "xxxx" ASC- nin “Əcəmi filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2020-ci il tarixdə iddiaçıyla MKYG-00119-14/20A girov müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan dövriyyədə olan 50 cüt Vanno ayaqqabı,40 cüt Fubby ayaqqabı, 60 cüt Kamuel ayaqqabı, 30 cüt Eppo ayqqabı,30 cüt Ducavclli ayaqqabı, 70 cüt Bale ayaqqabı, 20 cüt Bola ayaqqabı, 30 cüt Şahin ayaqqabı,247 ədəd şalvar və 317 ədəd köynəyə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, girov ilə təmin edilmiş kredit borcunun həmin girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tutulmasınadair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2020-ci il tarixli, MK-00119-14/20A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh istehlak məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 24 (iyirmi dörd) faiz ödəmək şərti ilə 10000 (on min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 28.01.2020-ci il tarixdə iddiaçıyla MKZ3-00119-14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh3 28.01.2020-ci il tarixdə iddiaçıyla MKZ4-00119-14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh4 28.01.2020-ci il tarixdə iddiaçıyla MKZ-00119-14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh5 28.01.2020-ci il tarixdə iddiaçıyla MKZ2-00119-14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh1 28.01.2020-ci il tarixdə iddiaçıyla MKYG-00119-14/20A girov müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan dövriyyədə olan 50 cüt vanno ayaqqabı , 40 cüt fiıbby ayaqqabı, 60 cüt kamel ayaqqabı, 30 cüt eppo ayaqqabı, 30 cüt ducavclli ayaqqabı, 70 cüt bale ayaqqabı, 20 cüt bota ayaqqabı, 30 cüt şahin ayaqqabı 247 şalvar və 317 köynək girova qoymuşdur. Cavabdehin MK-00119-14/20A saylı kredit müqaviləsi üzrə 13.04.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 9532 manat 98 qəpik, faiz borcu 2572 manat 06 qəpik, dəbbə pulu 4263 manat 64 qəpik, cəmi 16368 manat 68 qəpik təşkil edir. Beləliklə cavabdehin 13.04.2021-ci il tarixinə MK-00119-14/20A saylı kredit müqaviləsi üzrə ümumi borcu 16368 manat 68 qəpik təşkil edir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zamin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Daha sonra 19 avqust 2021-ci il tarixdə iddiaçı iddia əriəzsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2020-ci il tarixli, MK-00119-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 13.04.2021- ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 9532 manat 98 qəpik, faiz borcu 2572 manat 06 qəpik, dəbbə pulu 4263 manat 64 qəpik, cəmi 16368 manat 68 qəpik və 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 iddia tələbini əsas borc hissəsində qəbul etmiş, qalan hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digir cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddianın həcminin azaldılması barədə ərizəni nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2020-ci il tarixli, MK-00119-14/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdeh istehlak məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 24 (iyirmi dörd) faiz ödəmək şərti ilə 10000 (on min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 10000 manat məbləği aylıq 2 %-lə 18 ay müddətinə, aylıq 667 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 28.01.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 10 000 manat kredit məbləğini orderə imza edərək qəbul etmişdir.İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 28.01.2020-ci il tarixli MKZ3-00119-14/20A saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən qarşısında Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 28.01.2020-ci il tarixli MKZ4-00119-14/20A saylı saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən qarşısında Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış 28.01.2020-ci il tarixli MKZ-00119-14/20A saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən qarşısında Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış 28.01.2020-ci il tarixli MKZ2-00119-14/20A saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcverən qarşısında Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 28.01.2020-ci il tarixli dövriyyə vəsaitlərinin girovuna dair aktdan görünür ki, kreditin təminatı qismində Cavabdeh1 28.01.2020-ci il tarixdə iddiaçıyla MKYG-00119- 14/20A girov müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan dövriyyədə olan 50 cüt vanno ayaqqabı , 40 cüt fiıbby ayaqqabı, 60 cüt kamel ayaqqabı, 30 cüt eppo ayaqqabı, 30 cüt ducavalli ayaqqabı, 70 cüt bale ayaqqabı, 20 cüt bota ayaqqabı, 30 cüt şahin ayaqqabı 247 şalvar və 317 köynək girova qoymuşdur. İş materiallarında olan 28.10.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, borclulara ən qısa zamanda borcunu ödəməməsi halda məhkəməyə müraciət olunacağı haqda xəbardarlıq edilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borcunun məbləği 9532 manat 98 qəpik, faiz borcu 2572 manat 06 qəpik, dəbbə pulu 4263 manat 64 qəpik, cəmi 16368 manat 68 qəpik təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalı, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 9532 manat 98 qəpik, əsas, 2572 manat 06 qəpik, manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 4263,64 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 100 (yüz) manata müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin Məcəllənin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci maddəsinə görə isə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məcəllənin 297-ci və 298-ci maddələrinə görə isə, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 28.01.2020-ci il tarixli girov müqaviləsinə əsasən dövriyyədə olan 50 cüt vanno ayaqqabı , 40 cüt fiıbby ayaqqabı, 60 cüt kamel ayaqqabı, 30 cüt eppo ayaqqabı, 30 cüt ducavalli ayaqqabı, 70 cüt bale ayaqqabı, 20 cüt bota ayaqqabı, 30 cüt şahin ayaqqabı 247 şalvar və 317 köynək ödənişlərin qaytarılmasının təminatı kimi bankın xeyrinə girov ilə yüklü etmişdir. Həmin əmlakların dəyəri 20 000 manat qiymətləndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, girov predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında bağlanmış müqavilədə razılaşma olmuş və 20000 (iyirmi min manat) manat məbləğində məbləğində müəyyən edilməklə, qeyd edilən əmlaklar açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq girov qoyulmuş cavabdehə məxsus olan olan 50 cüt vanno ayaqqabı , 40 cüt fiıbby ayaqqabı, 60 cüt kamel ayaqqabı, 30 cüt eppo ayaqqabı, 30 cüt ducavalli ayaqqabı, 70 cüt bale ayaqqabı, 20 cüt bota ayaqqabı, 30 cüt şahin ayaqqabı 247 şalvar və 317 köynəkdən ibarət əmlaklara yönəldilməli, həmin əmlaklar satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə “girov predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tutulmasına dair" hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, girov predmetinin realizəsi mərhəsindən sonra həmin məbləğin borcun ödirilməsinə kifayət etmədiyi halda olan tədbirlər icra mərhələsində həyata keçirilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) bank xidməti haqqı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada Bank "xxxx" ASC-nin Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2020-ci il tarixli, MK-00119-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 13.04.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 9532 manat 98 qəpik, faiz borcu 2572 manat 06 qəpik, dəbbə pulu 100 manat, cəmi 12205 manat 04 qəpik və 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqı iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma girov predmtenə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan kredit borcu ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2020-ci il tarixli, MK-00119-14/20A saylı kredit müqaviləsi ləğv edilərək 9532 manat 98 qəpik əsas borc, 2572 manat 06 qəpik faiz borcu, dəbbə pulu 100 manat, cəmi 12205 manat 04 qəpik (on iki min iki yüz beş manat dörd qəpik) və 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Kredit borcu üzrə tutma borc təminatı olaraq girov qoyulmuş cavabdehə məxsus olan 50 cüt vanno ayaqqab , 40 cüt fiıbby ayaqqabı, 60 cüt kamel ayaqqabı, 30 cüt eppo ayaqqabı, 30 cüt ducavalli ayaqqabı, 70 cüt bale ayaqqabı, 20 cüt bota ayaqqabı, 30 cüt şahin ayaqqabı 247 şalvar və 317 köynəkdən ibarət əmlaklara yönəldilsin. Həmin əmlakların dəyəri 20 000 manat müəyyən edilsin. Həmin girov predmeti açıq hərracdan satılsın. Satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənişdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar