Məhkəmə qərarları › İş №2(005)-2631/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2631/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2631/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 dekabr 1962-ci il təvəllüdlü X11 Babaş oğlunun xx.xx.2024-cü il tarixində Abşeron rayonu Fatmayı qəsəbəsində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum X10 Ağa Babaş oğlu 24 dekabr 1962-ci il tarixində Salyan rayonunun Xıllı qəsəbəsində doğulmuşdur. Bu barədə doğum kitabında xx.xx.1963-cü il tarixində 02 nömrəli qeydiyyat aparılmışdır. Ərizəçinin mərhum atası xx.xx.2024-cü il tarixində Abşeron rayonu Fatmayı qəsəbəsində vəfat etmişdir. X8 Ağa Babaş oğlu Xırdalan şəhər ərazisində olan qəbiristanlıqda dəfn edilmişdir. Hadisə baş verən gün Təcili yardıma məlumat verilsə də həkim gələnə qədər ölüm baş vermişdir. Ona görə “Abşeron rayonu, Fatmayı qəsəbəsi Təcili və X4 Stansiyası” PHŞ tərəfindən X6 Vərəqəsi vermişdir. Ölüm xəstəxana şəraitində olmadığı üçün ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Vərəsələri X8 Ağa Babaş oğlunun vərəsəlik işi üzrə notariusa müraciət etmək niyyətindədirlər. Lakin ölüm haqqında şəhadətnamə olmadığına görə hazırda mümkün olmur. Məhz buna görə də, vəfat faktının müəyyən olunması zərurəti yaranmışdır. X8 Ağa Babaş oğluna ölüm şəhadətnaməsinin alınması məqsədi ilə 1 saylı Bakı “ASAN Xidmət” X2 müraciət edilmişdir. Lakin xx.xx.2024-cü ildə Qeydiyyat Şöbəsi tərəfindən verilmiş imtina məktubunda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə, ərizənin təmin edilməsi imkan xaricindədir. Həmin məktubda bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhz buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil baxış iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 1 saylı Bakı “ASAN Xidmət” X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən bacısının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 Babaş oğlu xx.xx.1962-ci ildə doğulmuşdur. Atası Dadaşov AğaBabaş Ağa Kərim oğlu, anası X5r; -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixində doğulmuşdur. X10 Ağa Babaş oğlu, anası X3r; -Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X11 Babaş oğlu xx.xx.2024-cü il tarixdə həkim gələnə qədər vəfat etmişdir; -Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 131-c-24 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 Ağa Babaş oğlu ərizəçinin atası olmuşdur. X11 Babaş oğlu xx.xx.2024-cü il tarixdə ev şəraitində vəfat etmiş və Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Bu, əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkilinin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, kütləvi informasiya vasitələrində əks olunmuş məlumatlarla və iş üzrə təqdim edilmiş digər sübutlarla təsdiq olunur. Ərizəçi 1 saylı Bakı “ASAN Xidmət” X2 müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X11 Babaş oğlu barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il təvəllüdlü X11 Babaş oğlunun xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Fatmayı qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X11 Babaş oğlunun xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Fatmayı qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar