Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2640/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X10 Mehdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X4 ərizəçinin atasıdır. Mərhum xx.xx.1954-cü ildə doğulmuşdur. xx.xx.2023-cü il tarixində Göygöl ərazisində baş vermiş daşqın zamanı atası Muxtarı sel aparmışdır, həmin vaxtdan atası itkin hesab edilirdi. xx.xx.2023-cü il tarixdə saat 09:12-də Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində yerləşən “SOS uşaq kəndinin” yanında cəsədi tapılmışdır. Yağıntılar səbəbi ilə çay yatağının genişlənməsinin və daha sonra çayın öz məcrasına qayıtması müşahidə olunmuşdur. Təpəlik ərazidən çay yatağına doğru endikdə həmin ərazidə yerləşən ağacdan 31 metr məsafədə arxası üstə uzanıqlı vəziyyətdə atasının paltarsız meyiti aşkar olunmuşdur. Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində sel aparması nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Cəsədi isə may ayının 31-i Gəncə çay sahilində tapılmışdır. Gəncə şəhər Prokurorluğu hadisə ilə bağlı araşdırma aparmış və sonda Gəncə şəhər prokurorunun böyük müstəntiqi vəzifəsi üzrə stajor Tural Həsənli tərəfindən xx.xx.2023-cü il tarixində “Cinayət işinin rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Atasının ölümünün səbəbini müayinə etmək üçün onun meyidini ekspertiza şöbəsinə aparmışdır. Ona deyilmişdir ki, meyidi yarmaq lazımdır. Sel aparması nəticəsində aldığı xəsarətlərdən öldüyü üçün yarılmasına etiraz etmişlər. Araşdırma materiallarına əlavə olunmuş, diskə baxış protokolundan görünür ki, videogörüntüdə Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən tikilinin qarşısında sel axımı əks olmuşdur. Videogörüntüdə selin axımı istiqamətindən sağ tərəfdə bir neçə nəfərin, selin axım istiqamətindən sol tərəfdə tikilinin qarşısında atası Muxtar və digər kişi cinsli şəxsin olduğu görünürdü. Bundan sonra atasının və həmin şəxsin tikilinin qarşısı ilə selin axımı istiqamətində müəyyən qədər hərəkət etməsi və selin onları aparması əks olunmuşdur. Sonra iddiaçı və orda olan insanların köməyi ilə meyidi yarmadan mərhumu morqdan çıxardıb səhəri gün qəbirstanlıqda dəfn etmişlər. Bir neçə gün sonra ekspertiza şöbəsinə gedib atasının ölümü haqqında sənədlərini verilməsini xahiş etsə də, bu mümkün olmamışdır. Daha sonra AR TƏBİB Gəncə BX PHŞ Adilxanlı ASM-nə yaxınlaşıb forma 106 yazılmasını istədikdə, bunun mümkün olmadığını və imtina məktubunu təqdim etmişlər. Forma 106 olmadığı üçün AR ƏN Qeydiyyat şöbəsindən “Ölüm haqqında şəhadətnamə” ala bilmirlər. Bildirilir ki, AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 tərəfindən, eyni zamanda AR Təbib Gəncə BX PHŞ Adilxanlı ASM tərəfindən və AR ƏN Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəflərindən müvafiq ölümün qeydə alınması mümkün olmur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyniməzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, ərizəçi onun yaxın dostudur. X9 Turalın atasıdır. Mərhumu sağlığında tanıyırdı. O, Göygöl ərazisində baş vermiş daşqın zamanı sel axımı nəticəsində boğulmuşdur. Hadisə günü o, ərizəçi ilə Bakıda kafelərin birində oturmuşdu. Elə bu vaxt telefon zəngi gəlmiş,açanda məlum olmuşdur ki, zəng edən şəxs polis əməkdaşıdır. Polis onlara sel daşqını olduğunu və ərizəçinin atasının sel aparması nəticəsində itkin düşdüyünü bildirmişlər. Daha sonra onlar Gəncəyə getmiş və çayın ətrafını axtarmışlar. Axtarış nəticəsində mərhumu arxası üstə uzanıqlı vəziyyətdə tapmışlar. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Gəncə çayı sahilində meyitin tapılması faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ Adilxanlı Ailə Sağlamlıq Mərkəzinin 02 iyun 2023-cü il tarixli 52 nömrəli arayışından görünür ki, mərhum xx.xx.1954-cü il təvəllüdlü Gəncə şəhər Atatürk prospekti, kvartal 197, bina 10A, mənzil 9-da qeydiyyatda olan X1 Gəncə şəhər Təcili Tibbi və X3 Stansiyasının xx.xx.2023-cü il tarixli 1068 nömrəli məlumatına əsasən xx.xx.2023-cü il tarixdə Göygöl ərazisində baş vermiş daşqın zamanı həyatını itirmiş və xx.xx.2023-cü il tarixdə saat 09:12 Totanlı qəsəbəsi 1-ci döngə çayın yanında cəsədi tapılmışdır. Gəncə şəhər X7 Ekspertiza Mərkəzinin rəyinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3-cü bəndinə əsasən “ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi Şəhadətnamənin verilməsinə imtina edilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini “İdarəetmə Birliyi” PHŞ “Gəncə Şəhər Birləşmiş Xəstəxanası”X11 TTTYS-nın xx.xx.2023-cü il tarixli 1068 nömrəli arayışından görünür ki, həqiqətən xx.xx.2023-cü il tarixdə, saat 09:12 də Totanlı qəsəbəsi 1-ci döngə çayın yanı ünvanına X4 adına çağırış olmuş. Çağırış yerinə gələn TTYS-nın çağırışçı hakimi Əlizadə Gülxar xəstəyə həkimə qədər ölüm, suda boğulma diaqnozu qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-966 nömrəli məktubundan görünür ki, Gəncə şəhər qeydiyyat şöbəsinə daxil olmuş “xx.xx.2023-cü ildə vəfat etmiş X1 ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı tibb müəssisə tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilmişdir. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməməsi mümkün olunmamışdır. İş materiallarında olan Gəncə şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 14 nömrəli arayışından görünür ki, həqiqətən X4 xx.xx.2023-cü il tarixdə 4 nömrəli qəbirsanlıqda dəf olunmuşdur. İş materiallarında olan dəfnüstü abidəsinin fotoşəkillərindən görünür ki, X1 dəfnüstü abidəsində qeyd olunur ki, mərhum xx.xx.1954-cü il tarixində doğulmuş, xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2640/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2640/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver