Məhkəmə qərarları › İş №2(005)-2640/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2640/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2640/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilmə faktı barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə ölümün qeyd edilmə faktı barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfatı faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhumə X6 iddiaçının qızı idi. xx.xx.2012-ci ildə Bakı şəhəri Cəlilabad rayonunda doğulmuşdur. xx.xx.2025-ci il tarixdə X3 halı pisləşmiş və təcili tibbi yardım çağırılmış, lakin qızı vəfat etmişdir. İddiaçı Ərizəçi tərəfindən qızı Ağasiyeva Fərizə həmin gün Cəlilabad rayonu Privolnoye kənd qəbiristanlığında dəfn edilmişdir. Bundan sonra iddiaçı ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri, Nərimanov rayonu qeydiyyat şöbəsindən iddiaçıya rəsmi qaydada bildirilmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur, əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyət faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz. İddiaçı bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O qeyd etdi ki, qızı 4-5 yaşlarından bağırsaq keçməməzliyindən əziyyət çəkirdi. Müalicələr edilsə də, xeyri olmayıb. Xəstəliyi ilə əlaqədar son illər məktəbə getməyib. Qəbirüstü abidədə səhvən vəfat etdiyi tarix - 08 fevral deyil, dəfn edildiyi 09 fevral tarixi göstərilib. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçinin iş yoldaşıdır. Ərizəçinin övladı 8 fevralda rəhmətə gedib. Fevralın 9-u Cəlilabad rayonunda dəfn edilib. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, Ərizəçi iş yoldaşıdır. 8 fevralda rəhmətə gedib, fevralın 9-u dəfni Cəlilabad rayonunda olmuşdur. Yas mərasimində iştirak edə bilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materialları: - İş materiallarında olan azərbaycan Respublikası Cəlilabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən 02 aprel 2013-cü il tarixdə verilmiş, AZ-İİİ 071486 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 aprel 2012-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuşdur. 02 aprel 2013-cü il tarixdə doğum akt qeydlər kitabında 949 nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan 116 saylı Mənzil Kommunal İstismar səhəsi tərəfindən verilən arayışdan görünür ki, X7 Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 104 saylı evin 32 saylı mənzilində yaşayır və pasport qeydiyyatındadır. - İş materiallarında olan “Bakı şəhər Təcili və X9 Stansiyası” PHŞ tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 104 saylı evin 32 saylı mənzilə xx.xx.2025-ci ildə saat 21:47 də çağırış edilmiş, xəstə-X3 Ölümünün ilkin səbəbi kəskin bağırsaq keçirməməzliyi, agonal vəziyyət, həkim yanında ölüm kimi qeyd edilmişdir. - İş materiallarında olan Cəlilabad rayonu Ağdaş Bələdiyyəsi tərəfindən verilən 18 aprel 2025-ci il tarixli, 14 nömrəli arayışdan görünür ki, Ərizəçi qızı X1 rayon Privolnoye kənd qəbiristanlığında xx.xx.2025-ci il tarixdə dəfn olunmuşdur. - İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi “X14 “7 nömrəli Uşaq Poliklinikası” tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli, 29 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqında qərarın 4.3 və 4.8 bəndinə əsasən X4 ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. - İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli, 3-16- 518-983/25 nömrəli məktubdan görünür ki, Ərizəçi ölümü təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün ərizəsinin təmin edilməsi imkan xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - İş materiallarından olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, X3 xx.xx.2012ci ildə anadan olduğu və xx.xx.2025-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 08 aprel 2012-ci il təvəllüdlü X6 8 fevral 2025-ci il vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 08 aprel 2012-ci il təvəllüdlü X6 08 fevral 2025-ci ildə ünvan 1 ünvanında vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 aprel 2012-ci il təvəllüdlü X3 08 fevral 2025-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar