Məhkəmə qərarları › İş №2(005)-2660/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2660/2020

12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2660/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktı tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək anası X5 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X3 anasıdır. O, xx.xx.1928-ci ildə Rusiya Federasiyası, Primorsk vilayətində anadan olmuşdur. xx xxxx 2020-ci il tarixdə anasının vəziyyəti ağırlaşmış və X9 gələnə qədər o, vəfat etmişdir. Onlar analarını xx xxxx 2020-ci il tarixdə “Qurd Qapısı” qəbristanlığında dəfn etmişlər. Bundan sonra o, ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmiş, ordan isə ona rəsmi qaydada bildirmişlər ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət edilməlidir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, o, mərhumun ailəvi dostudur. Emil Hüseynov gecə saat 3-də zəng edərək nənəsinin vəziyyətinin yaxşı olmadığını bildirdi. Bu səbəbdən həmin gecə Emilə kömək üçün Doranın evinə getmiş, bir müddət sonra o vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X8 ifadəsində bildirmişdir ki, o, mərhumun nəvəsidir. Nənəsi ölən zaman evdə idi. 2-3 gün əvvəl də özünü pis hiss etmiş, bu səbəbdən X9 çağırmışdır. xx xxxx 2020-ci il gecə saat 4:00-5:00 radələrində vəfat etmişdir. X7 xx xxxx 2020-ci il tarixdə Qurd Qapısı qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZE seriyalı № 05418958 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1928-ci il tarixdə Rusiya Federasiyası, Primorsk vilayətində anadan olmuş X7 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il tarixdə Monqolustan respublikasının Şeremet şəhərində anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 8 nömrəli şəhər poliklinikası tərəfindən xx xxxx 2020-ci il tarixli 429 saylı məktubdan görünür ki, Çəmənzəminli küçəsi, ev 127B, mənzil 9 ünvanında qeydiyyatda olmuş X5 ölümə səbəb olan xəstəliyi poliklinika şəraitində təsdiq olunmamışdır. Bu səbəbdən AR Səhiyyə Naziliyinin xx.xx.2015-ci il tarixli 52 saylı əmrinə əsaslanaraq ölüm haqqında şəhadətnamənin verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 08:05-da X5 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan AR Bakı şəhər İH Mənzil Kommunal Təsərrüfatı X2 Tresti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 37 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə “Qurd Qapısı” ümumşəhər qəbristanlığında hərbi sektorda dəfn edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 107 saylı xx xxxx 2020ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1928-ci il tarixdə Rusiya Federasiyası, Primorsk vilayətində anadan olmuş X7xx.xx.2020-ci il tarixdə “Qurd Qapısı” ümumşəhər qəbristanlığında hərbi sektorda dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 xx.xx.2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1928-ci il tarixində Rusiya Federasiyası, Primorsk vilayətində anadan olmuş X5 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar