Məhkəmə qərarları › İş №2(005)-27/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-27/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-27/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2014-cü il tarixli 120.LN.2105.100714.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Hacəli oğluna "İddiaçı1' ASC tərəfindən illik 22 %-lə 36 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 77000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq. Cavabdeh1 mülkiyyətindəki ünvan 1, mənzil 34 fərdi yaşayış evi xx xxxxxx 2008-ci il tarixli İ-010/İF/MF ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxxx 2017-ci il tarixə Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 120.LN.2105.100714.00001 saylı kredit müqaviləsi üzrə banka 76345.88 manat əsas, 13390.22 manat faiz, və 13390.22 manat cərimə olmaqla, cəmi 103126.32 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeli olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 "İddiaçı1" ASC-in xeyrinə xx xxxx 2014-cü il tarixli 120.LN.2105.100714.00001 saylı kredit müqaviləsi üzrə 76345.88 manat əsas. 13390.22 manat faiz və 13390.22 manat cərimə olmaqla, cəmi 103126.32 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanındakı 34 saylı mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanındakı 34 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçı1“ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 120LN.2105.100714.00001 saylı kredit sazişinə əsasən İddiaçı1 ASC Cavabdeh1 ilə müqavilə bağlanmışdır. Bank Müştəriyə cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22% ödəmək şərtilə 77000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh1 10 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 120LN.2105.100714.00001 saylı kredit sazişi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh1 müqavilə üzrə hər ay üçün ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 76345,88 manat əsas, 13390,22 manat faiz, 13390,22 manat hesablanmış artırılmış faiz borcu olmaqla, cəmi 103126,32 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli İ-010/İF/MF nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 120LN.2105.100714.00001 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ünvan 1, mənzil 34-də yerləçən fərdi yaşayış evini bank qarşısında yüklü etmişdir. İş materiallarında olan müqavilələrdən görünür ki, ipoteka müqaviləsinə əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1, mənzil 34-də yerləçən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizədən görünür ki, “İddiaçı1“ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1, mənzil 34-də yerləçən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 ASC-nin adına ipoteka yüklü edilmişdir.qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçə kdən ibarət 2 otaqlı 34 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 789 nömrəli reyestr kitabının 73690 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MN Abşeron rayon MİH-nın 1 saylı Evlər İdarəsinin xx.xx.2014 saylı arayışından görünür ki, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 34-də yerləçən fərdi yaşayış evində daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 13342 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixə banka ödənilməli olan borcu ümumilikdə 76264,36 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 76264,36 manat, faiz borcu üzrə 0,00 manat. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli QXM 375/M saylı rəyindən görünür ki, ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 100000 manat təşkil edir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 77000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, ekspert rəyi nəzərə alınmaqla iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli, 76264,36 manat məbləğində əsas borc cavabdeh Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Faiz borcuna gəldikdə isə rəyə əsasən bu hissədə iddia tələbi rədd edilməlidir. Cərimə borcuna gəldikdə isə məhkəmə 76264,36 manat əsas borca nisbətdə 13390,22 manat cərimə borcunu tənasübsüz dərəcədə yüksək hesab edir və 500 manat məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 76264,36 manat əsas borc, 500 manat cərimə borcu, cəmi isə 76764,36 (yetmiş altı min yeddi yüz altmış dörd manat, 36 qəpik) manat, həmçinin bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı1 ASC-nin qarşısında girov ilə yüklü edilmiş ünvan 1, mənzil 34-də yerləçən fərdi yaşayış evinə yönəldilməli, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 76264,36 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 76764,36 (yetmiş altı min yeddi yüz altmış dörd manat, 36 qəpik) manat, həmçinin bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulsun. Tutma İddiaçı1 ASC-nin qarşısında girov ilə yüklü edilmiş ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinə yönəldilsin, mənzilin ilkin satış qiyməti 100000 manat müəyyən edilsin, mənzil açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin, mənzil satıldıqdan 1 ay sonra boşaldılsın. Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutularaq “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar