Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2703/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X8 nümayəndəsi X12 oglunun iştirakı ilə, İddiaçı X8 cavabdeh X5 qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdeh X5 qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsi üzrə kreditə görə 1331,76 manat əsas, faiz borcuna görə 107,97 manat borcun cəmi məbləğ 1439,73 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; X5 məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, Sep+klon - 2 ədəd, çəkisi - 34,2 qr, əyarı - 750; Cəmi: 34,2 qr, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X4 xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1439,73 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi; Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdeh X4 digər əmlakına yönəldilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X14 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sahil” Filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 1750 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1,2.3. və 2.4. bəndləri). xx.xx.2019-cu il tarixl, SHLMB-6057 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh X1 üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq X6 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdeh X4 xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1331,76 manat əsas, faiz borcuna görə 107,97 ınanal, borcun cəmi məbləği 1439,73 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X5 məxsus olan qızılzinət əşyaları xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep+klon - 2 ədəd, çəkisi - 34,2 qr, əyarı - 750; Cəmi: 34,2 qr. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”.Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2019-cu il tarixli, SHLMB- 6057 saylı kredit müqaviləsi üzrə kreditə görə 1331,76 manat əsas, faiz borcuna görə 107,97 manat borcun cəmi məbləği 1439,73 manat pul tutulmalıdır, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. Məhkəmə iclasında İddiaçı X8 nümayəndəsi X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı X14 ilə X6 arasında bağlanmış xx.xx.2019cu il tarixli, SHLMB-6057 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki,kreditor borcluya illik 31.4 olmaqla 18 ay müddətinə qaytarmaq şərti ilə 1750 manat məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, X6 18 ay ərzində hər ay 121,92 manat (sonuncu ay 122,56 manat) məbləğində pul ödəməli idi. İş materiallarında olan İddiaçıX14 ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHLMB-6057 nömrəli saxlanc girov müqaviləsinin məzmunundan görünür ki, xx.xx.2019-cu il tarixli, SHLMB-6057 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq X6 özünə məxsus olan zinət əşyaları (Sep+klon - 2 ədəd, çəkisi - 34,2 qr, əyarı - 750; Cəmi: 34,2 qr.) banka girov qoymuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 İddiaçı X10 xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı müqavilə üzrə xx xxxx 2020-cı il tarixə bank qarşısında 1331,76 manat əsas, faiz borcuna görə 107,97 manat borcun cəmi məbləği 1439,73 manat borcu vardır. İş materiallarında olan İddiaçı X8 cavabdeh X5 ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması girov ilə yüklü edilmiş əşyalara yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Sahil” Filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 1750 manat məbləğində cavabdehə kredit verilmişdir . xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X5 məxsus olan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep+klon - 2 ədəd, çəkisi - 34,2 qr, əyarı - 750; Cəmi: 34,2 qr.Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Müvafiq maliyyə arayışından müəyən olunmuşdur ki, X4 İddiaçı X10 xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı müqavilə üzrə xx xxxx 2020-cı il tarixə bank qarşısında 1331,76 manat əsas, faiz borcuna görə 107,97 manat borcun cəmi məbləği 1439,73 manat borcu vardır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanıн saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X5 məxsus olan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli, SHLMB- 6057 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep+klon - 2 ədəd, çəkisi - 34,2 qr, əyarı - 750; Cəmi: 34,2 qr Cavabdeh X1 müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin girov qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı girov predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da girov saxlayanın girov predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (girov saxlayan) hazırda girov predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, saxlanc girov müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu X6 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb girov qoyulmuş və cavabdehə məxsus olan zinət əşyaları Sep+klon - 2 ədəd, çəkisi - 34,2 qr, əyarı - 750; Cəmi: 34,2 qr olan açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyana qaytarılmalıdır. İddianın “girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdeh X4 digər əmlakına yönəldilməsi” hissəsi qətnamənin icrası mərhələsinə aid oldugundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 xx.xx.2019-cu il tarixli, SHLMB-6057 saylı kredit müqaviləsi üzrə kreditə görə 1331,76 manat əsas, faiz borcuna görə 107,97 manat borcun cəmi məbləğ 1439,73 manat və ödənilmiş 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı X8 xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı X9rşısında girov qoyulmuş X5 məxsus Sep+klon - 2 ədəd, çəkisi - 34,2 qr, əyarı - 750; Cəmi: 34,2 qr. olan zinət əşyalarına yönəldilsin. Həmin zinət əşyaları açıq hərrac yolu ilə realizə edilsin. Zinət əşyalarının satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait X5 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2703/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2703/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver