Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2704/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2012-ci il 16 yanvar tarixli kredit müqaviləsi üzrə 38805.05 manat əsas, 1284.71 manat faiz və 93.25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 40183.01 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanm Cavabdeh qızma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 458-ci məhəllə ünavnında yerləşən, 3 otaqlı, 144.7 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi , 458-ci məhəllə ünavnında yerləşən, 3 otaqlı, 144.7 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait zeszbma "İddiaçı ” ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümimi qaydada icra edilməsi; Cavabdeh qızma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, 458-ci məhəllə ünavnında yerləşən, 3 otaqlı, 144.7 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi , 458-ci məhəllə ünavnında yerləşən, 3 otaqlı, 144.7 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; 5 Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını tədqiq edib belə qənaətə gəlir ki, mülki iş icraata ərazi aidiyyəti qaydaları pozulmaqla qəbul edildiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, 31.07.2021-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh rəsmi qeydiyyatı ünvan 1 ünvanındadır. Azərbaycan Respublikası MPM-nin: 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.4-cü maddəsinə əsasən aidiyyatı haqqında məsələ qalxdıqda hakim işin aidiyyatı üzrə göndərilməsi haqqında əsaslandırılmış qərardad çıxarır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olduğu təqdirdə məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Cavabdeh rəsmi olaraq qeydiyyatda olduğu ünvan üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(005)-2704/2021 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2704/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2704/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver