Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2706/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nın xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhumə X8 ərizəçinin anasıdır. O, 1964-cü ildə Naxçıvan şəhərinin Yengicə kəndində doğulmuş, xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Həmin gün anası X4 Quşçuluq sovxozu y/s qəbristanlığında dəfn etmişlər. Bundan sonra, ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirilmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda Siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz.” Ərizəçi bu səbəbdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1964-cü il tarixdə Naxçıvan MR, Yengicə kəndində doğulmuşdur. “Tibbi Ərazi Bölmələrinin İdaəetmə Birliyi” X16 4 nömrəli Şəhər Poliklinikası tərəfindən 30 aprel 2024-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxca küçəsi ünvanında vəfat edən, xx.xx.1964-cü il təvəllüdlü vətəndaş X9 hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, sağlamlıq vəziyyəti ilə əlaqədar tibbi qeydiyyatda olmadığından, xidməti əraziyə aid olmayan ünvanda vəfat etdiyindən onlar tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuşdur. X1, anası X6r. Bakı Şəhər Təcili və X7 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsində qeyd olunur ki, X3 adına xx.xx.2024-cü il tarixdə saat 18:45-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxca küçəsi ünvanı üzrə çağırış olmuş, xəstəyə ağciyər-ürək çatışmazlığı, sol mədəcik çatışmazlığı diaqnozu qoyulmuşdur. Hövsan Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 127 №-li arayışdan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, həmin tarixdə Quşçuluq sovcoxu y/s qəbristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası"-nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi Ərizəçi tərəfindən şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi mümkün deyil. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunur. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X10 ifadəsində bildirdi ki, o, ərizəçinin xalasıdır, mərhum isə ərizəçinin anası olmuşdur. X2 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X9 xx.xx.1964-cü il Naxçıvan MR, Yengicə kəndində doğulmuşdur. Ərizəçi mərhumun qızıdır. X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Tələb olunan sənədlər olmadığından Ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilməmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, mərhum xx.xx.1964-cü il təvəllüdlü X9 Ərizəçi anasıdır. X9 xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxca küçəsi ünvanında vəfat etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X3 xx.xx.2024cü il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında) ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2706/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2706/2024
06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver