Məhkəmə qərarları › İş №2(005)-2709/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2709/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2709/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X4 nümayəndəsi X8 oglunun iştirakı ilə, İddiaçı X7 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair Cavabdeh İddiaçı ASC-yə olan 11479.29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4105.87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 4291.98 (dörd min iki yüz doxsan bir dollar, 98 sent) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 19877.14 (on doqquz min səkkiz yüz yetmiş yeddi dollar, 14 sent) ABŞ dolları borcun, eləcə də ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması; Həmin məbləğlərin girov qoyulmuş, cavabdehə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBİJ11F19KÖ61313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC- yə ödənilməsi; İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X2 Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 699/1-15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 12 000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın Binəqədi filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 699/f-15 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA № 135185 saylı çıxarış Banka təqdim edilmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcdan 520.71 ABŞ dolları, faiz borcundan isə 576.29 ABŞ dolları ödəmişdir. Hal-hazırda cavabdehin İddiaçı ASC-yə 11479.29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4105.87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 4291.98 (dörd min iki yüz doxsan bir dollar, 98 sent) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 19877.14 (on doqquz min səkkiz yüz yetmiş yeddi dollar, 14 sent) ABŞ dolları təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar bildiririk ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-cı bəndinə görə “Borcalan” tərəfindən kredit müqaviləsi üzrə borcunun ödənilməsi Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən ödəyir. Müqavilənin tələbinə görə “Borcalan Banka kreditdən istifadəyə görə illik 20% faiz, kreditin və ona hesablanmış faizlərin qaytarılma müddətini pozduğu halda isə 40% faiz cərimə faizi ödəyir”. Müqavilənin 3.1.5- ci bəndinə əsasən Borcalan kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməzsə filial “verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək və borc tələbini banka girov- qoyulmuş avtomobilə yönəldə bilər”. Müqavilənin 3.1.2-ci bəndinə görə “Borcalanın kredit üzrə yaranan əsas və faiz borclarım vaxtında ödəməzsə borcun dərhal qaytarılmasını (məhkəmə qaydasında) tələb etmək” hüququ vardır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ei il tarixli 699/T-15 saylı İpoteka müqaviləsinin 1.2- ci bəndinə görə “İpoteka qoyana” veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsi bu müqavilə üzrə ipoteka predmeti olan cavabdehə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-$i JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan 90'İ R 062 dövlət nömrə nişanlı avtomobil ilə təmin edilir. Müqavilənin 2.1.3-cü bəndinə görə “İpoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi halda İpoteka saxlayan ipoteka predmetinin ona verilməsini tələb edə bilər” (məhkəmə qaydasında). 2.1.7-ci bəndə görə isə “İpoteka qoyulmuş avtomobilin satışından əldə edilən vəsait İpoteka saxlayanın tələblərini tam ödəmədikdə qalan məbləğin İpoteka qoyanın digər əmlakları hesabına ödənilməsini tələb edə bilər”. Müqavilənin 4.1-ci bəndinə görə “İpoteka qoyan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə İpoteka saxlayan özünün tələbinin ödənilməsi üçün məhkəməyə müraciət etmədən ipoteka predmetinə tutma yönəldə bilər”. Həmin müqavilənin 4.2-ci bəndinə görə “İpoteka qoyanın əsas öhdəliyini, yaxud onun bir hissəsini vaxtında icra etməməsi və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətini ardıcıl olaraq iki dəfə pozması ipoteka predmetinə tutmanın yönəldilməsi anı hesab olunur”. Məhkəmə iclasında İddiaçı X4 nümayəndəsi X8 oglu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı X2 Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 699/1-15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 12 000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Bankın Binəqədi filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 699/f-15 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh özünə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli AA seriyalı 135185 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan TOYOTA FJ-CRUİSER markalı, ** TR *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçıX5rşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il müddətli orderindən görünür ki, Cavabdeh 12.000 ABŞ dolları məbləğində kredit məbləğini kassadan qəbul etmişdir. İş materiallarında olan İddiaçıX4 Cavabdeh ünvanladığı xx.xx.2016-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçıX4 Azərbaycan Respublikası Baş Dövlət X10 ünvanladığı xx.xx.2017-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçıX7 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X2 Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 699/1-15 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 12.000 (on iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın Binəqədi filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 699/f-15 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan TOYOTA FJ- CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Hal-hazırda cavabdehin İddiaçı ASC-yə 11479.29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4105.87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 4291.98 (dörd min iki yüz doxsan bir dollar, 98 sent) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 19877.14 (on doqquz min səkkiz yüz yetmiş yeddi dollar, 14 sent) ABŞ dolları təşkil edir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh oğlu İddiaçıX3 aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz hissədə tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 4291,98 ABŞ dollarıcərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 1.000 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçıX7 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 699/f-15 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan TOYOTA FJ-CRUİSER markalı, qara rəngli, Ban №-si JTEBU11F19K061313, buraxılış ili 2008-ci il olan ** TR *** dövlət nömrə nişanlı avtomobilini ipoteka qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Baş Dövlət X9 qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınar əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdehtərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehin mülkiyyətində olan TOYOTA FJ- CRUİSER markalı, ** TR *** dövlət qeydiyyat nömrəli avtomobili açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. İddianın “İpoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi” hissəsə qətnamənin icra mərhələsinə aid oldugundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh11.479,29 (on bir min dörd yüz yetmiş doqquz dollar 29 sent) ABŞ dolları əsas, 4.105,87 (dörd min yüz beş dollar, 87 sent) ABŞ dolları faiz, 1.000 (bir min) ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 16.585,16 (on altı min beş yüz səksən beş dollar, 16 sent) ABŞ dolları(ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət İddiaçıX4 xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçıX5rşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “TOYOTA FJ-CRUİSER” markalı, ** TR *** dövlət qeydiyyat nömrəli avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar