Məhkəmə qərarları › İş №2(005)-2715/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2715/2020

31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2715/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, atası X7 xx.xx.1947-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. xx.xx.2020-ci il tarixdə atası yaşadığı Bakı şəhəri, Buzovna qəsəbəsi, Musa Nağıyev küçəsi, dalan 12 ünvanında yerləşən bağ evində vəfat etmişdir. Atanı Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Qeyd etmək istəyir ki, atasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmiş və xx.xx.2020-ci il tarixli 101 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ölümü təsdiq edən sənəd təqdim edilmədiyindən atasının ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunmalıdır. Belə ki, bəzi hüquqi münasibətlərin yaranması və xitam olunması şəxsin (vərəsəlik, pensiya, yaşayış yeri üzrə qeydiyyatdan çıxanlması və s.) ölümü ilə başlandığı üçün ölüm faktı mütləq dövlət qeydiyyatına alınmalıdır. Yaranmış hüquq münasibətlərin müdafiəsini həyata keçirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.1947-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuş atası X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfal etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəllərinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X8 ifadəsində ərizəçinin bacısı oğlu olduğunu, mərhumun xərçəng xəstəliyindən əziyyət çəkdiyini, xx xxxx 2020-ci il tarixdə vəfat etdiyini, Mehdiabadqəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində mərhumun əmisi olduğunu, mərhumun uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdiyini və xx xxxx 2020-ci il tarixdə vəfat etdiyini, Mehdiabadqəbirstanlığında dəfn olunduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 101 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 44 №-li arayışından görünür ki, X1 qəbirstanlığında xx.xx.2020-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin Təcili və X5 Stansiyası Ölüm Haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 16:00-da X2 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər ZAQS şöbəsi tərəfindən verilmiş Vİİİ-JQ 324089 nömrəli, xx.xx.1981-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X7 oğlu, anası X6r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1947-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər araşdırılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi məhkəməyə müraciət etmiş və qeyd edilən tələb üzrə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar