Məhkəmə qərarları › İş №2(005)-2727/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2727/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2727/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X3 xx.xx.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin anası X6 30 noyabr 2021 -ci il tarixdə, faktiki yaşadığı, ünvan 1 ünvanında qəfil vəfat etmişdir.Bu barədə Təcili və X7 Stansiyası tərəfindən, 0785 №-li, 30 noyabr 2021-ci il tarixli "ölüm haqqında" xəbərdarlıq vərəqəsi verilmişdir.Anasının ölümü ilə əlaqədar onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsi üçün ərizəçi, ölümün baş verdiyi yer üzrə tibb müəssisə olaraq fəaliyyət göstərən 7 saylı uşaq poliklinikasına müraciət etmişdir (8 saylı şəhər poliklinikası müvəqqəti olaraq bu klinikanın tərkibində fəaliyyət göstərir). Oradan isə ona rəsmi cavabla bildirilib ki, anası ölümünə qədər son yeddi il ərzində hər hansı xəstəliklə bağlı poliklinikaya müraciət etmədiyi üçün və dispanser qeydiyyatında (sağlamlıq haqqında məlumatları) olmadığı üçün ona ölüm haqqında sənəd verilməmişdir.Ərizəçi cavabla razılaşmadığından ilk öncə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, 15 iyun 1956-cı ildə, Masallı rayonunda doğulmuş, anası X3 30 noyabr 2021-ci il tarixdə vəfatı ilə əlaqədar “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh tibb müəssisəsinə həvalə olunsun. İnzibati Məhkəmənin onun ərizəsi üzrə qəbul etdiyi 2-1(112)-5402/2022 №-li, 21 aprel 2022-ci il tarixli qərarı ilə anasının ölümünün baş vermə səbəbi bilinmədiyi üçün ambulator tibb müəssəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkünsüz olduğu qənaətinə gəlinmiş və ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi qaynıdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, hüzr və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5402/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında işin tədqiq olunmuş sübutlarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı, 13421015 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 xx.xx.1956-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr Vtorçermet,Yusifzadə küç,114 qeydiyyatda olmuşdur. Xİİİ-JQ seriyalı, 433716 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, anası – X5r; Təcili və X7 Stansiyasının xəbərdarlıq vərəqəsinə əsasən X2 00:15-da artıq vəfat emişdir. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 05/q nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə tibbi arayış olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsinin 3911nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən məzarlıqda dəfn olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1956-ci il tarixdə Masallı rayonunda anadan olmuş X6 Ərizəçi anasıdır. Ərizəçinin anası X6 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1956-ci il tarixdə Masallı rayonunda anadan olmuş X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-ci il tarixdə Masallı rayonunda anadan olmuş X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar