Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2783/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK və üçüncü şəxs X4 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi ” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK və üçüncü şəxs X4 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 23.05.2016-cı il tarixli, 251-23-05-2016-HR-FE saylı kredit müqaviləsi üzrə 65482.73 (altmış beş min dörd yüz səksən iki manat 73 qəpik) manat əsas, 2421.69 (iki min dörd yüz iyirmi bir manat 69 qəpik) manat faiz borcu, cəmi 67904.42 (altmış yeddi min doqquz yüz dörd manat 42 qəpik) manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 0.65 (sıfır manat 65 qəpik) manat bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının və 0.77 (sıfır manat 77 qəpik) manat bank xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, М3, m. 9 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m olan mənzilə (Seriya RX, № 1389986, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 27.09.2018) yönəldilməsi və Cavabdeh1 qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi; ipoteka predmeti olan mənzilin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.05.2016-cı il tarixli, 251-23-05-2016- HR-FE saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 8%-lə hesablanmaqla 71585 (yetmiş bir min beş yüz səksən beş manat 0 qəpik) manat məbləğində məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M3, m. 9 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m olan mənzilin (Seriya RX, № 1389986, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 27.09.2018) ipotekaya qoyulması barədə 05.07.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi, həmçinin, Bankla Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativi arasında zaminlik müqavilələri bağlanmışdır. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdeh1 23.05.2016-cı il tarixli, 251-23-05-2016--R-FE saylı kredit müqaviləsi üzrə 14.04.2021-ci il tarixinə 65482.73 (altmış beş min dörd yüz səksən iki manat 73 qəpik) manat əsas, 2421.69 (iki min dörd yüz iyirmi bir manat 59 qəpik) manat faiz borcu, cəmi 67904.42 (altmış yeddi min doqquz yüz dörd manat 42 qəpik) manat kredit borcu mövcuddur. Cavabdehlər kreditin qaytarılması haqqında tərəfimizdən xəbərdar olunmuş, lakin müqavilələr üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün cavabdehlərdən hesablanmış kredit borcunun tələb edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş 15.03.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. İddiaçı "xxxx" ASC 15 sentyabr 2021-ci il tarixdə “İddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 23.05.2016-cı il tarixli, 251-23-05-2016-HR-FE saylı kredit müqaviləsi üzrə 65482,73 manat əsas borc, 3415,27 manat faiz borcu olmaqla, cəmi borcu 68.898 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun, 0.65 (sıfır manat altmış beş qəpik) manat bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının və 0.77 (sıfır manat yetmiş yeddi qəpik) manat bank xidmət haqqının tutulması; tutmanın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, М3, m. 9 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m olan mənzilə (Seriya RX, № 1389986, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 27.09.2018) yönəldilməsi və Cavabdeh1 qeyd olunan mənzilə dair istifadə hüququna xitam verilməsi; ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması; mənzilin ən geci bir ay ərzində boşaldılması, əks təqdirdə məcburi qaydada çıxarılmaları, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, eyni zamanda əmlakın qiymətləndirilməsi ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK və üçüncü şəxs X4 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.05.2016-cı il tarixli, 251-23-05-2016- HR-FE saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 8%-lə hesablanmaqla 71585 (yetmiş bir min beş yüz səksən beş manat 0 qəpik) manat məbləğində məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə təminat kimi 23.05.2016-cı il tarixli 766№-li Cavabdeh3 MTK və Cavabdeh1 arasında imzalanmış müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və 251-23-05-2016-HR-FE №-li, 23.05.2016-cı il tarixli Zaminlik müqaviləsindən irəli gələn zaminlik göstərilmişdir. Qeyd olunan kreditin təminatı olaraq Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhkəllədə tikilməkdə olan bina D, blok 1, mərtəbə 3, ümumi sahəsi 51,5 kv. metrdən ibarət 1 otaqlı 9 №-li mənzil Azərbaycan Beynəlxalq Bankı” ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bir tərəfdən Cavabdeh1 və Cavabdeh3 MTK-nın (“Zamin”) Nizamnaməyə əsasən hərəkət edən icraçı direktoru Cavabdeh2, digər tərəfdən"xxxx" ASC ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 oğlu borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borcalan ilə birlikdə birgə məsuliyyət dayışır. Kredit müqaviləsinin təminatı olaraq bir tərəfdən Cavabdeh1 və “ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2, digər tərəfdən"xxxx" ASC ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 oğlu borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borcalan ilə birlikdə birgə məsuliyyət dayışır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki,Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 194, M3,m9 ünvanda yerləşən 52,2 kv. metr sahəli mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan “Yeni Dövr”Qiymətləndirmə mərkəzinin 28.07.2021-ci il tarixli, 066 №-li rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 194, M3,mənzil 9 ünvanda yerləşən ümumi sahəsi 50,2 kv. metrdən ibarət mənzilin qiymətləndirmə tarixinə olan bazar dəyəri 92870 (doxsan iki min səkkiz yüz yetmiş) manat, likvid dəyəri isə 83500 (səksən üç min beş yüz) manat müəyyən edilir. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 23.05.2016-cı il tarixli, 251-23-25-2016-HR-FE saylı kredit müqaviləsinə əsasən bank qarşısında ******* manat əsas borc, 2421 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat borc üzrə cəmi tələb edilən məbləğ mövcuddur. İş materiallarında olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya oğluna ünvanladığı 18 fevral 2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15.03.2021-ci il tarixli, **********09 №-li cavab məktubundan görünür ki, Bakı şəhəru, Yasamal rayonu, H.Zərdabi prospekti 194, M3 m.9 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" ASC-nin “Abşeron” filialı arasında 23.05.2016-cı il tarixli 251-23-05-2016-HR-FE №-li kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 240 ay müddətinə, illik 8% hesablanmaqla, 71585 (yetmiş bir min beş yüz səksən beş manat sıfır qəpik) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh3 MTK və Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 2-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh3 MTK və Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və borcalan ilə birlikdə birgə məsuliyyət dayışır.Zaminlik müqaviləsinin 13.1-ci maddəsinə əsasən büqavilə tərəflərin imzaları ilə tədiq edildiyi andan qüvvəyə minir;13.2-ci maddəsinə əsasən, borclu kreditor ilə bağladığı 23.05.2016-cı il tarixli 251-23-05-2016-HR-FE №-li Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin Borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəbindən yaranan sair ziyanlar Kreditora ödənilənədək Müqavilə qüvvədə olur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış bağlanmış 23.05.2016-cı il tarixli 251-23-05-2016-HR-FE №-li kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 23.06.2016-cı il tarixdə, sonuncu ödəniş 23.05.2036-cı il tarixdə həyata keçirilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, kreditin təminatı olaraq müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M3 ünvanında yerləşən, ümumi sahəsi 50,2 kv. metr olan mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır . Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M3 ünvanında yerləşən, ümumi sahəsi 50,2 kv. metr olan mənzil (Seriya RX №1389986, qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: 27.09.2018) açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə iddia tələbinin "cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, ipoteka predmetinin boşaldılması özündə həm həmin əmlakda yaşayan şəxslərin, həm də onların bütün əmlaklarının (onlara məxsus olan əşyaların) çıxarılmasını özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikasının "İpoteka haqqında" Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən vurgulayır ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qısmən təmin edilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər həmin əmlakdan çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 həmin mənzilə istifadə hüququna xitam verilməsi" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı kimi bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı mənzildən (ipoteka predmetindən) istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən xərclər cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3ndən müştərək qaydada 23.05.2016-cı il tarixli, 251-23-05-2016-HR-FE №-li saylı kredit müqaviləsi üzrə 65482.73 (altmış beş min dörd yüz səksən iki manat yetmiş üç qəpik) manat əsas, 3415,27 (üç min dörd yüz on beş manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 68.898 (altmış səkkiz min səkkiz yüz doxsan səkkiz) manat kredit borcu; iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu, 0.65 (sıfır manat altmış beş qəpik) manat bank xidmət haqqın, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı və 0.77 (sıfır manat yetmiş yeddi qəpik) manat bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M3 ünvanında yerləşən, ümumi sahəsi 50,2 kv. metr olan 9 saylı mənzilə (Seriya RX №1389986, qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: 27.09.2018) yönəldilsin; mənzilin ilkin satış qiyməti 83.500 manat müəyyən olunmaqla mənzil açıq hərracdan satılsın, satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın və ipoteka predmeti iddiaçı "xxxx"na təhvil verilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. Mənzilin satışından əldə edilmiş vəsait iddiaçı "xxxx"nın tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləg cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3ndən müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2783/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2783/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver