Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2813/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi X3 ilə 1973-cü ildə rəsmi qaydada nikah daxil olmşam. X3 21.02.2021-ci il tarixində qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Bununla əlaqədar olaraq. ünvan 2ndən “Ölüm haqqında xəbərdarlıq vərəqəsi“ tərtib edilmişdir. Mərhumu ailə üzvlərimizlə birgə mehdiabad qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişdir. Mərhumun stasionar şəraitdə deyil, yaşayış yerində vəfat etməsi əsas gətirilərək. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair təlimatın təsdiq edilməsi barədə Səhiyyə Nazirinin 03.07.2015-ci il tarixli. 52 saylı qərarına baxmayaraq xəbərdarlıq vərəqəsi təqdim edilsə də ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, nəticədə də. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamənin olmamasını əsas gətirərək, ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Həyat yoldaşı X1 ölüm faktı şahidlər, müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar ilə təsdiq edilə bilər. Hal hazırda X1 ölüm faktının müəyyən edilməsi mərhumun vərəsəlik işinin başlanılması üçün zəruridir. X1 qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 3 ünvanındak! 1 nömrli mənzil mərhumun mülkiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, Ərizəçi onun əmisi yoldaşıdır. Əmisi 21.02.2021-ci il tarixdə yaşadığı ünvanda dünyasını dəyişib, mərhum əmisi müxtəlif ağır xəstəliklərdən əziyyət çəkirdi. Onu Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn ediblər. Məhkəmə iclasında şahid X7 mərhumun qohumu olduğunu qeyd etmiş, mərhumun 3 ay bundan qabaq öldüyünü təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Maraqlı şəxs 09.03.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında həkim şəhadətnaməni təqdim etməyinizə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 1 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, 21 fevral 2021-ci il tarixdə, saat 12:45-də X1 adına olan çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X3 dəfn edilmiş və onun qəbirüstü abidəsi mövcuddur. İş materiallarında olan Abşeron Rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş 04.04.2021-ci il tarixli, 44 saylı arayışından görünür ki, X3 21.02.2021-ci il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 30.08.1973-cü il tarixdə verilmiş, АЗ 237340 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında nikah bağlanmış, bu barədə nikah haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında 30.08.1973-cü il tarixində 13 nömrə ilə qeyd aparılmışdır. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X3 21.02.2021-ci ildə Bakı şəhərində vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 21.02.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 21.02.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2813/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2813/2021
10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver