Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2815/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbi” ərizə ilə məhkəməyə müraciət edərək 1928-ci il təvəllüdlü anası X5 02.03.2021-ci il tarixində, faktiki yaşadığı Bakı şəh, Y.Əliyev küç. 7, 3 saylı mənzildə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 1928-ci il təvəllüdlü Kəlbəcər rayonu, Başlibel kəndində doğulmuş X11 ərizəçinin anasıdır. Anası S.S.Əzizova 02.03.2021-ci il tarixində hazırda faktiki olaraq yaşadığı ünvan 1 ünvanında ölmüşdür. Qeyd edilən bu xüsusat “Təcili və X4 Stansiyasının 6 saylı bölməsinin həkimi T.Quliyeva tərəfindən 02.03.2021-ci il tarixli çağırış üzrə verilmiş “ölüm haqqında xəbərdarlıq vəsiqəsi” ilə təsdiq olunur. Belə ki, sözügedən vərəqədən görünür ki, 02.03.2021-ci il tarixli çağırış üzrə xəstə X5 yanına 22:33 radələrində gələrkən qadın cinsinə mənsub meyid (həkimə qədər ölüm) aşkar olunmuşdur. Hazırkı ərizəyə əlavə edilən Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli BŞX-nin poliklinika şöbəsinin 20.04.2021-ci il tarixli “QİSA EPlKRİZ" indən görünür ki, anası 1928-ci il təvəllüdlü, 02.03.2021-ci il tarixində vəfat etmiş S.S.Əzizovanın ölüm arayışının ərizəçiyə sözügedən arayışın alınması üçün gec, yəni 20.04.2021-ci il tarixdə müraciət etməyi səbəbindən verilməsindən imtina olunmuşdur. “Təcili və X4 stansiyasının 6 saylı bölməsinin həkimi T.Quliyeva tərəfindən 02.03.2021-ci il tarixli çağırış üzrə verilmiş “ölüm haqqında xəbərdarlıq vərəqəsi”nə istinad olunaraq 23.04.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxsnə müraciət edilərək anası X5 ölümü haqqında şəhadətnamənin verilməsi xahiş olunmuşdur. Sözügedən ərizə ilə əlaqədar həmin qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova tərəfindən ünvana göndərilən 28 aprel 2021-ci il tarixli, 90 nömrəli məktubda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 8.5-ci maddəsinə istinad olunaraq göstərilmişdir ki, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Beləliklə də ölümü təsdiq edən sənədin olmamasını nəzərə alan qeydiyyat şöbəsi ərizənin təmin edilməsinin mümkün olmadığını bildirərək, ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə eləmişdir. Yuxanda sadalanan xüsusatlardan göründüyü kimi ərizəçinin anası S.S.Əzizova 02.03.2021-ci il tarixində vəfat etsə də, ölümü barədə tibbi arayış əldə edə bilməməyi səbəbindən onun ölümü haqqında şəhadətnaməni ala bilməkdən məhrum olmuşdur. Bu səbəbdən də hazırkı «ərizə ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X9 ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi X9 ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadəsində bildirmişdir ki, X11 onun anasıdır. X9 isə onun qardaşıdır. Anası qocaqlıq səbəbindən 02.03.2021-ci il tarixdə gecə saatlarında vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X3 ifadəsində bildirmişdir ki, X11 onun anasıdır. Ərizəçi isə onun qardaşıdır. Anası yaşla əlaqəli vəfat edib və Ramana qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 04.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Nərimanov RPİ tərəfindən verilmiş 21.07.2005-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 03945533 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X11 XX.XX.1928-ci ildə Kəlbəcər rayonu, Başlıbel kəndində anadan olmuş və Kəlbəcər rayonu, Başlıbel kəndində qeydiyyatdada olub. ASAN 4 tərəfindən verilmiş 10.12.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Kəlbəcər rayonu, Başlıbel kəndində anadan olmuş və Kəlbəcər rayonu, Başlıbel kəndində qeydiyyatdadır. 13.11.1964-cü il tarixli AЗ № 572592 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1964-cü il tarixdə Kəlbəcə rayonu, Başlıbel kəndində doğulmuşdur. X1 anası isə X7r. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 78 nömrə ilə qeyd edilmişdir. 11.08.1968-ci il tarixli AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 11.08.1968-ci il tarixdə Kəlbəcə rayonu, Başlıbel kəndində doğulmuşdur. X1 anası isə X7r. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 47 nömrə ilə qeyd edilmişdir. 05.02.1962-ci il tarixli ИЕ № 148939 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04.02.1962-ci il tarixdə Kəlbəcər rayonu, Başlıbel kəndində doğulmuşdur. X1 anası isə X7r. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 16 nömrə ilə qeyd edilmişdir. Təcili və X4 Stansiyasının 02.03.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vəsiqəsindən görünür ki, xəstənin yanına gəlmə vaxtı 22 saat 33 dəqiqədə Y.Əliyev 7 mənzil 3 ünvanında X8 aid qadın cinsinə mənsub meyid (həkimə qədər ölüm) müəyyən edilmişdir. Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinkasının qısa epikrizindən görünür ki, Rəhmətə gedən X11 1928-ci il təvəllüdlüdür. 02.03.2021-ci il tarixdə vəfat etmişdir. Ölüm arayışının alınması üçün mərhumun övladı X9 20.04.2021-ci il tarixdə müraciət etmiş lakin gec müraciət etdiyinə görə ölüm haqqında arayış ona verilməmişdir. 23.04.2021-ci il tarixdə X2 Maraqlı şəxsnə ünvanladığı ərizədən görünür ki, 1928-ci il təvəllüdlü Kəlbəcər rayonu, Başlıbel kəndində doğulmuş X11 ərizəçinin anasıdır. S.S.Əzizova 02.03.2021-ci il tarixində hazırda faktiki olaraq yaşdığı ünvan 1 ünvanında ölmüşdür. Qeyd edilən bu xüsusat “Təcili və X4 Stansiyası”nın 6 saylı bölməsinin həkimi T.Quliyeva tərəfindən 02.03.2021-ci il tarixli çağırış üzrə verilmiş “ölüm haqqında xəbərdarlıq vəsiqəsi” ilə təsdiq olunur. Belə ki, sözügedən vərəqədən görünür ki, 02.03.2021-ci il tarixli çağırış üzrə xəstə X5 yanına 22:33 radələrində gələrkən qadın cinsinə mənsub meyid (həkimə qədər ölüm) aşkar olunmuşdur. Hazırki ərizəyə əlavə edilən Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 18 nömrəli BŞX-nin poliklinika şöbəsinin 20.04.2021-ci il tarixli “qıssa epikriz” indən görünür ki, anası 1928-ci il təvəllüdlü, 02.03.2021-ci il tarixində vəfat etmiş anası S.S.Əzizovanın ölüm arayışının sözügedən arayışın alınması üçün gec, yəni 20.04.2021-ci il tarixdə müraciət edilməsi səbəbindən verilməsindən imtina olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs X6 ünvanlanmış 28.04.2021-ci il tarixli 90 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs anası 1928-ci il təvəllüdlü vət. X5 ölümünün qeydiyyata alınması barədə 23.04.2021-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Nərimanov rayonu Mənzil-Kommunal Təsərüffatı Birliyinin 53 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 04.05.2021-ci il tarixli 53/126 nömrəli arayışdan görünür ki, X9 1964-cü ildə Kəlbəcər rayonunda doğulmuşdur. Ona görə ki, həqiqətən o N.Yusifbəyli 51 nömrəli evdə məcburi köçkün olaraq müvəqqəti məskunlaşmışdır. Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin 229 nömrəli 26.05.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi ondan ötrü ki, anası X11 (AZE ********) 02.03.2021-ci ildə vəfat etmişdir və Ramana qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, XX.XX.1928-ci il tarixdə Kəlbəcər rayonu Başlıbel kəndində anadan olmuş X11 02.03.2001-ci il tarixdə vəfat edib. 02.03.2001-ci il tarixdə Ramana qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X5 02.03.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1928-ci il təvəllüdlü X5 (şəxsiyyət vəsiqəsi nömrəsi: AZE ********) 02.03.2001-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2815/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2815/2021
02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver