Məhkəmə qərarları › İş №2(005)-2835/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2835/2021

07.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2835/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “vərəsəlik hüququ şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verilmiş 27.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında ona verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev 75 ünvanında yerləşən evə dair ********** nömrəsi ilə qeydə alınan 29.08.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri. Xəzər rayonu. Zirə qəsəbəsi, Maqomayev küçəsi 75 saylı ev hazırki iş üzrə 3-cü şəxsin mərhum X4nın atası, X3 məxsus olmuşdur. Sonradan həmin tikili əvvəlcə kolxozun sonra isə sovxozun balansında olmaqla onun ailəsinin istifadəsinə verilmişdir. 28.03.1990-cı il tarixli Əzizbəyov rayon xalq məhkəməsinin qərarına əsasən X2 şəxsi mülkiyyət hüququ bərpa edilmiş və dərhal bu qərarın əsasında 22 may 1991-ci ildə həmin evə çıxarış almışdır. Sonra prokurorluğun nəzarət qaydasında verdiyi protestə əsasən həmin məsələyə baxılarkən qanun pozuntusunu yol verildiyinə görə həmin Qərar Bakı şəhər məhkəməsi tərəfindən ləğv olunmuş və baxılması üçün Əzizbəyov rayon xalq məhkəməsinə göndərilmişdir. 27 fevral 1992-ci ildə işə yenidən baxan Əzizbəyov rayon xalq məhkəməsi iddia tələblərinin rədd edilməsi haqda qərar qəbul etmiş və bu qətnamədə kassasiya qaydasında öz qüvvəsində saxlanılmışdır. X1 tələbinin təmin edilməsi haqda qərar ləğv edilsə də, bunun əsasında əldə edilmiş çıxarış sonuncunun əlində qalmışdır. Azərbaycan SSR Ali Sovetinin göstərişi ilə 1992-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun protesti əsasında kassasiya qaydasında işə yenidən baxılmış və 3-cü şəxsin (miras qoyanının) xeyrinə qəbul edilmiş qətnamə ləğv edilmişdir. Lakin əldə edilmiş çıxarış onların əlində qalmış və bunun əsasında hazırki iş üzrə 3-cü şəxsə vərəsəlik şəhadənaməsi verilmiş və bunun əsasında o, faktiki ləğv edilmiş və qüvvədə olmayan çıxarış əsasında mirası qəbul etmiş və təkrar çıxarış almışdır. Beləliklə cavabdeh inzibat orqan mövcud olmayan miras əmlaka dair təkrar qeydiyyat aparmış və ikinci cavabdehə çıxanş vermişdir. Cavabdeh inzibati orqan tərəfindən ikinci cavabdehə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi. Maqomayev 75 ünvanda yerləşən evə dair ********** nömrəsi ilə qeydə alınan 29.08.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməlidir. Mübahisənin başqa həlli mövcud olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmə onun ərizəsini geri qaytararaq, işə rayon məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X19 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan ev atasına verilmişdir. O həmin evdə doğulmuşdur. Qızılgül həmin evdə 45 ildir ki yaşayır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştrakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, ünvan 3ylı ev mərhum anası X7 atası, babası X3 məxsus olmuşdur. Babası 1918-ci ildə vəfat etmişdir. 1930-cu ildə həmin ev tədris mərkəzi, daha sonra sovxozun inzibati binası kimi istifadə olunmuşdur. Sonradan sovxozun yeni məntəqəsi inşa olunduğu üçün həmin ev sovxoz işçiləri üçün müvəqqəti yaşamaq üçün verilmişdir. Həmin ev 1978-ci ildə müvəqqəti yaşamaq üçün sovxozun işçisi X12 verilmişdir. X4 daha sonra öz evində yaşamaq istədiyi üçün X10 həmin evdən çıxmasını tələb etmiş və bununla bağlı Əzizbəyov rayon deputatları Soveti İcraiyyə komitəsinə müraciət etmişdir. X15 başqa mənzillə təmin ediləndən sonra yaşadığı mənzili tərk edəcəyini bildirmişdir. X29 yaşadığı mənzili tərk etməmişdir. X23 mübahisəli evə dair 22 may 1991-ci il tarixli qeydiyyat vəsiqəsi almışdır. Anası 11 avqust 2009-cu il tarixdə ölməsinə baxmayaraq, o həmin evi 27 avqust 2019-cu il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak kimi qəbul etmiş və həmin ev 29 avqust 2019-cu il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Hazırda həmin evdə mərhum X10 arvadı İddiaçı yaşayır. Lakin onun həmin evə dair heç bir hüququ yoxdur. İddiaçı ona verilmiş 27 avqust 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi 75 saylı evə dair verilmiş 29 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən çıxarış verilərkən onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamış və bununla bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli qanuni qüvvəsini almış qərardadı ilə iddia mümkün sayılmamışdır. Ona görə də, İddiaçı iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini dinləyib, sübutları araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsinin 2-96-92 nömrəli qətnaməsindən görünür ki, X6, X16 və X5 ünvan 4 ünvanda yerləşən tikintiyə sahiblik faktının müəyyən edilməsi tələbləri, eləcədə Bağırova H.M. Zirə südcülük tərəvəzçilik sovxozundan və X8 evdən çıxarılma tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 21.04.1992-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsinin iş üzrə 27.021992-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 21.07.2017-ci il tarixli, **********11 saylı məktubundan görünür ki, ünvan 3ylı ev 7 saylı DNK-nın 1kn”N”-44 reyestr nömrəli 21.04.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X6 adına qeydiyyata keçmiş və adında olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi, 75 ünvanında yerləşən əmlak Cavabdeh2 İmran qızının xüsusi mülkiyyətindədir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 11.08.2009-cu il tarixdə ölmüş X6 vərəsəsi qızı Cavabdeh2 İmran qızıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 22.05.1991-ci il tarixdə X9 verilmiş 30/1386 qeydəalma nömrəsi ilə 01 nömrəli kitabın 144-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi, 75 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-373/2021 saylı qərardadından görünür ki, iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sadalanan qanunvericliyin əsaslarından göründüyü kimi vərəsəlik hüququ haqqında şəhadətnamələr çıxarışın verilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisəli əmlaka ehtimal etdiyi hüququ ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh2 çıxarışı vərəsəlik hüququ əsasında almış və hazırkı mənzilin çıxarışı X6 adına olan mənzil çıxarış əsasında verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisələndirdiyi hüquq münasibətləri ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı bu hal iddiaçının bu əmlaka dair iddia qaldrmaya dair subyektiv hüqüuqnun mövcudluğunu istisna edir. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “vərəsəlik hüququ şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar