Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-287/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 243.229,02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat, faiz borcu 56.319,32 (əlli altı min üç yüz on doqquz manat otuz iki qəpik) manat, cərimə borcu 23.693,43 (iyirmi üç min altı yüz doxsan üç manat qırx üç qəpik) manat olmaqla, cəmi 323.241,77 (üç yüz iyirmi üç min iki yüz qırx bir manat yetmiş yeddi qəpik) manat borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə tutmanın X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hərracdan ilkin satış qiyməti 550.000 (beş yüz əlli min) manat olmaqla; Cavabdeh6 mülkiyyətində olan ünvan 2 2 nömrəli mənzilə hərracdan ilkin satış qiyməti 300.000 (üç yüz min) manat olmaqla yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; əmlaklar satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, X1 və Cavabdeh6 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixdə PB/GTC-051/2015 nömrəli Bank Xidmətlərinin Göstərilməsinə dair X12 imzalanmışdır. Eyni zamanda tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana xx xxxx 2019-cu il tarixinədək illik faiz dərəcəsi 22% (illik cərimə faizi 37%, gündəlik 0,1027%) olmaqla, 346,369 (üç yüz qırx altı min üç yüz altmış doqquz qəpik) manat məbləğində kredit vermişdir. xx xxxxxxxx 2017ci il tarixli, K2301 nömrəli Maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxxxx 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. xx xxxxxxxx 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx xxxxxxx 2017-ci il tarixli RX1155036 nömrəli (reyestr nömrəsi: **********06-05101-083002; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; Cavabdeh6 mülkiyyətində olan ünvan 2 2 nömrəli ünvanında yerləşən mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxxxx 2017-ci il tarixli İS2157 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx xxxxxxx 2017-ci il tarixli RX1155030 nömrəli (Reyestr nömrəsi: **********04-05101-093001; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa K2301 nömrəli kredit üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh3 arasında xx xxxxxxxx 2017-ci il tarixli Z2234 nömrəli, Cavabdeh2 arasında xx xxxxxxxx 2017-ci il tarixli Z2235 nömrəli və Cavabdeh4 arasında xx xxxxxxxx 2017-ci il tarixli Z2236 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin borcalan K2301 nömrəli kredit üzrə 477 (dörd yüz yetmiş yeddi) gün ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xx xxxxxx 2018-ci il tarixli PBCOS-2918 nömrəli xəbərdarlıq məktubu, zaminlərə isə xx xxxxxx 2018-ci il tarixli PBCOS-2919, 2920 və xx xxxxxxxx 2019-cu il tarixli PBCOS-2841 nömrəli bildiriş məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka qoyan X4 və Cavabdeh6 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların banka məlum olan qeydiyyat və faktiki ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdırlar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Borcalanın xx xxxxxx 2019-cu il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu aşağıdakı kimidir: xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli kredit üzrə əsas borc 243.229,02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat, faiz borcu 56.319,32 (əlli altı min üç yüz on doqquz manat otuz iki qəpik) manat, cərimə borcu 23.693,43 (iyirmi üç min altı yüz doxsan üç manat qırx üç qəpik) manat təşkil edir. Cəmi öhdəlik üzrə borc 323.241,77 (üç yüz iyirmi üç min iki yüz qırx bir manat yetmiş yeddi qəpik) manat təşkil edir. Gecikmə gününün sayı 477 (dörd yüz yetmiş yeddi) gün təşkil edir. X10 İV fəslinin 2.4.10-cu bəndində göstərilir ki, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. X10 İV fəslinin 5.2.1, 5.2.3. və 5.2.4-cü bəndlərində, həmçinin kredit müqaviləsinin 6-cı bəndində göstərilir ki, kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4-cü bəndində göstərilən şərtlər müştəri tərəfindən pozulduqda, müqavilə bank tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər və onların nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 nümayəndəsinin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış xx xxxx 2015-ci il tarixli PB/GTC-051/2015 nömrəli Bank Xidmətlərinin Göstərilməsinə dair X10 və onun ayrılmaz tərkib hissəsini təşkil edən xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizənin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, bank tərəfindən borcalana xx xxxx 2019-cu il tarixinədək illik faiz dərəcəsi 22% (illik cərimə faizi 37%, gündəlik 0,1027%) olmaqla, 346,369 (üç yüz qırx altı min üç yüz altmış doqquz qəpik) manat məbləğində kredit vermişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə Cavabdeh6-ipoteka qoyan və Cavabdeh1-borc alan arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli İS2157 nömrəli sonrakı ipoteka müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, xx xxxxxxxx 2017-ci il tarixli, K2301 nömrəli Maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh6 mülkiyyətində olan ünvan 2 2 nömrəli ünvanında yerləşən mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilmişdir (2.5-ci bənd). İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx xxxxxxx 2017-ci il tarixli RX1155030 nömrəli (Reyestr nömrəsi: **********04-05101-093001; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə X5-ipoteka qoyan və Cavabdeh1-borc alan arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, xx xxxxxxxx 2017-ci il tarixli, K2301 nömrəli Maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 550.000 (beş yüz əlli min) manat məbləğində müəyyən edilmişdir (2.5-ci bənd). xx xxxxxxxx 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx xxxxxxx 2017-ci il tarixli RX1155036 nömrəli (reyestr nömrəsi: **********06- 05101-083002; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli Z2234 nömrəli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, K2301 nömrəli kredit üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh3 öz üzərinə öhdəlik götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli Z2235 nömrəli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, K2301 nömrəli kredit üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2 öz üzərinə öhdəlik götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli Z2236 nömrəli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, K2301 nömrəli kredit üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh4 öz üzərinə öhdəlik götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borcalan Cavabdeh1nə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli PBCOS-2918 nömrəli xəbərdarlıq məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks təqdirdə qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvanladığı müvafiq olaraq xx xxxxxx 2018-ci il tarixli PBCOS-2919 və 2920, xx xxxxxxxx 2019-cu il tarixli PBCOS-2841 nömrəli bildiriş məktublarının müvafiq qaydada təsdiq edilmiş surətlərindən və məzmunlarından görünür ki, bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ipoteka qoyan X4 və Cavabdeh6 göndərdiyi xx xxxxxx 2019-cu il tarixli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətlərindən və məzmunlarından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların banka məlum olan qeydiyyat və faktiki ünvanlarına bank tərəfindən bildirişlər göndərilmişdir. İpoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı bank tərəfindən ödənilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli müvafiq məktublarının məzmunlarından görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə həmin idarədə qeydə alınmışdır; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli PBCOS-2953 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, borcalanın xx xxxxxx 2019-cu il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli kredit üzrə əsas borc 243.229,02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat, faiz borcu 56.319,32 (əlli altı min üç yüz on doqquz manat otuz iki qəpik) manat, cərimə borcu 23.693,43 (iyirmi üç min altı yüz doxsan üç manat qırx üç qəpik) manat məbləğində olmaqla, cəmi öhdəlik üzrə borc 323.241,77 (üç yüz iyirmi üç min iki yüz qırx bir manat yetmiş yeddi qəpik) manat məbləğində təşkil etmişdir. Gecikmə gününün sayı isə 477 (dörd yüz yetmiş yeddi) gün müəyyən edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli PBCOS-3304 nömrəli maliyyə arayışının məzmunundan görünür ki, borcalanın xx xxxxxx 2019-cu il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli kredit üzrə əsas borc 243.229,02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat, faiz borcu 56.319,32 (əlli altı min üç yüz on doqquz manat otuz iki qəpik) manat (K2301 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi tarixədək-xx xxxx 2019-cu ilədək hesablanmışdır), cərimə borcu 35.442,73 (otuz beş min dörd yüz qırx iki manat yetmiş üç qəpik) manat məbləğində olmaqla, cəmi öhdəlik üzrə borc 334.991,07 (üç yüz otuz dörd min doqquz yüz doxsan bir manat yeddi qəpik) manat məbləğində təşkil etmişdir. Gecikmə gününün sayı isə 525 (beş yüz iyirmi beş) gün müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 28595 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, xx xxxx 2015-ci il tarixdə PB/GTC-051/2015 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2019-cu il tarixədək olan borcu 298.157,44 (iki yüz doxsan səkkiz min bir yüz əlli yeddi manat qırx dörd qəpik) manat məbləğində (əsas borc üzrə 248.752,44 (iki yüz qırx səkkiz min yeddi yüz əlli iki manat qırx dörd qəpik) manat və faiz borcu üzrə 49.405 (qırx doqquz min dörd yüz beş) manat) müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat məbləğində təşkil etmişdir; “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 007/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan orta bazar qiyməti 1.218.000 (bir milyon iki yüz on səkkiz min) manat təşkil etmişdir. Qiymətləndirmə xərci 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir; “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 008/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin hazırkı dövrə olan orta bazar qiyməti 880.000 (səkkiz yüz səksən min) manat təşkil etmişdir. Qiymətləndirmə xərci 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir; “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli QR-317-1M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 550.000 (beş yüz əlli min) manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə xərci 400 (dörd yüz) manat məbləğində təşkil etmişdir; “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli QR-317-2M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin bazar dəyəri 315.000 (üç yüz on beş min) manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə xərci 400 (dörd yüz) manat məbləğində təşkil etmişdir; xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixdə PB/GTC-051/2015 nömrəli Bank Xidmətlərinin Göstərilməsinə dair X12 imzalanmışdır. Eyni zamanda tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana xx xxxx 2019-cu il tarixinədək illik faiz dərəcəsi 22% (illik cərimə faizi 37%, gündəlik 0,1027%) olmaqla, 346,369 (üç yüz qırx altı min üç yüz altmış doqquz qəpik) manat məbləğində kredit vermişdir. Lakin borcalan K2301 nömrəli kredit üzrə 477 (dörd yüz yetmiş yeddi) gün ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Nəticədə, borcalanın xx xxxxxx 2019-cu il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında borcu xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli kredit üzrə əsas borc 243.229,02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat, faiz borcu 56.319,32 (əlli altı min üç yüz on doqquz manat otuz iki qəpik) manat və cərimə borcu 23.693,43 (iyirmi üç min altı yüz doxsan üç manat qırx üç qəpik) manat olmaqla, cəmi öhdəlik üzrə borcu 323.241,77 (üç yüz iyirmi üç min iki yüz qırx bir manat yetmiş yeddi qəpik) manat təşkil etmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu tam, ona hesablanmış faiz borcu qismən təmin edilməli, xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli kredit üzrə əsas borc 243.229,02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat və müvafiq ekspert rəyi ilə müəyyən edilmiş 49.405 (qırx doqquz min dörd yüz beş) manat faiz borcu olmaqla, cəmi 292.634,02 (iki yüz doxsan iki min altı yüz otuz dörd manat iki qəpik) manat məbləğində borc vəsaitini cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən iddiaçıya ödəməlidirlər. Məhkəmə iddia ərizəsinin kredit müqaviləsinə əsasən əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığından endirilməli, 23.693,43 (iyirmi üç min altı yüz doxsan üç manat qırx üç qəpik) manat məbləğində cərimə (dəbbə) borcu 19.000 (on doqquz min) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə Cavabdeh6-ipoteka qoyan və Cavabdeh1-borc alan arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli İS2157 nömrəli sonrakı ipoteka müqaviləsi ilə xx xxxxxxxx 2017-ci il tarixli, K2301 nömrəli Maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh6 mülkiyyətində olan ünvan 2 2 nömrəli ünvanında yerləşən mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilmişdir (2.5-ci bənd). İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx xxxxxxx 2017-ci il tarixli RX1155030 nömrəli (Reyestr nömrəsi: **********04-05101-093001; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə X5-ipoteka qoyan və Cavabdeh1-borc alan arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsi ilə xx xxxxxxxx 2017-ci il tarixli, K2301 nömrəli Maliyyələşdirmə üçün Ərizə forması üzrə borcalanın bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 550.000 (beş yüz əlli min) manat məbləğində müəyyən edilmişdir (2.5-ci bənd). xx xxxxxxxx 2017-ci il tarixli İS2158 nömrəli sonrakı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx xxxxxxx 2017-ci il tarixli RX1155036 nömrəli (reyestr nömrəsi: **********06-05101-083002; qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh1nə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh6 mülkiyyətində olan ünvan 2 2 nömrəli ünvanında yerləşən mənzilə və cavabdeh X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanlara-Cavabdeh6 və X4 qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı Qiymətləndirmə Xidməti Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli QR-317-1M və QR-317-2M nömrəli qiymətləndirmə rəyləri əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 550.000 (beş yüz əlli min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin bazar dəyəri 315.000 (üç yüz on beş min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin “satışdan əldə olunmuş vəsaitin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; əmlaklar satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi” hissəsində də təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq dövlət büdcəsinə keçirilməli, hər biri 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə, hər biri 400 (dörd yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat məbləğində qiymətləndirmə xərci isə cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 birgə qaydada tutularaq “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada xx xxxxxxxx 2017-ci il tarixli K2301 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 243.229,02 (iki yüz qırx üç min iki yüz iyirmi doqquz manat iki qəpik) manat, faiz borcu 49.405 (qırx doqquz min dörd yüz beş) manat, cərimə borcu 19.000 (on doqquz min) manat olmaqla, cəmi 311.634,02 (üç yüz on bir min altı yüz otuz dörd manat iki qəpik) manat məbləğində borc, iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulmalı olan məbləğ-311.634,02 (üç yüz on bir min altı yüz otuz dörd manat iki qəpik) manat məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh6 mülkiyyətində olan ünvan 2 2 nömrəli ünvanında yerləşən mənzilə və cavabdeh X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin ipoteka predmetləri açıq hərrac yolu ilə realizə edilsin. İpoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdehlər Cavabdeh6 və X4 verilsin. İpoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 550.000 (beş yüz əlli min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti 315.000 (üç yüz on beş min) manat məbləğində müəyyən olunsun. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 189 nömrəli evin 2 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın və ipoteka predmetləri alıcıya təhvil verilsin. İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Aparılmış qiymətləndirmə xərci olan 600 (altı yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq X7 Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Aparılmış qiymətləndirmə xərci olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq “Qiymətləndirmə Xidməti Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-287/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-287/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver