Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2885/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh firmasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh firmasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək məzuniyyəti üzrə istifadə olunmamış müddət üçün kompensasiyanın hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək məzuniyyəti üzrə istifadə olunmamış müddət üçün kompensasiyanın hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Paşa-K" firması tərəfindən verilmiş 075/k saylı, xx.xx.2021-ci il tarixli əmrin ləgv edilməsi, iddiaçının işə bərpa olunması və əmək məzuniyyəti üzrə istifadə olunmamış müddət üçün kompensasiyanın hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 096/k saylı, xx.xx.2015-ci il tarixli əmrlə xx.xx.2015-ci il tarixdən Cavabdeh firmasının Lənkəran şəhər Aptek məntəqəsinə menecer-operator vəzifəsinə təyin olunmuşdur. Lakin məlum olmayan səbəbdən iş yerindən onunla telefon əlaqəsi saxlayan kadrlar şöbəsinin məsul şəxsi gözlənilmədən bildirmişdir ki, işdən azad olunmuşdur. Sonradan '‘Paşa-K” firmasının xx.xx.2021-ci il tarixli 075/k saylı əmri ilə işdən azad olunmasına dair məlumat almışdır. Belə ki, həmin əmrlə işdən azad olunsa da, lakin bu barədə əmr ona rəsmi qaydada verilməmiş və həmin əmrin surətini qeyri-rəsmi olaraq bərabər işdən azad olumuş digər iş yoldaşlarından əldə etmişdir. Sonradan həmin əmri və əmək kitabçasını qanunamüvafiq qaydada ona verilməsinə dair rəsmi ərizə ilə müraciət etsə də, təəssüf ki, bu günədək işəgötürən tərəfindən ona təqdim olunmamışdır. İşdən azad olunmasına dair “Paşa-K" firmasının xx.xx.2021-ci il tarixli 075/k saylı əmri qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, işəgötürən Cavabdeh firmasının 075/K saylı, xx.xx.2021-ci il tarixli əmrindən də göründüyü kimi iddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək vəzifələrini kobudcasına pozduğuna görə) azad olunmuşdur. Həmin əmrdən göründüyü kimi işdən azad olunmasının səbəbi guya onun əmək funksiyalarını yerinə yetirməməsi və ya əmək vəzifələrini kobudcasına pozmağı olmuşdur. İddiaçı işlədiyi 6 ilə yaxın bir müddət ərzində özünü bacarıqlı, işgüzar və öz işini sevən bir işçi olmuşdur. İşəgötürənin ona verdiyi tapşırıqları vaxtlı-vaxtında icra etmiş, gördüyü işlərə məsuliyyətlə yanaşmış və heç bir problemi olmamışdır. İddiaçı tərəfindən qanunsuz işdən azad olunmağına dair əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət edilmiş və iddia ərizəsinə əlavə olunmuş və həmin Xidmət tərəfindən müraciətinə verilmiş xx.xx.2022-ci il tarixli **********4 saylı və xx.xx.2023-cü il tarixli, 3-17-5/2-S-6102/3^2023 saylı cavab məktublarından da göründüyü kimi onun işdən qanunsuz azad olunması ilə bağlı ərizəsi ilə əlaqədar işəgötürən Cavabdeh firmasının özünün təqdim etdiyi sənədlər əsasında araşdırmalar aparılmış, araşdırmalar zamanı işəgötürən tərəfindən təqdim edilmiş sənədlərə yenidən baxış keçirilmiş və işəgötürən Cavabdeh firmasının həqiqətən də onu işdən qanunsuz azad etməsi faktı öz təsdiqin tapmışdır. Nəticədə də işəgötürən Cavabdeh firmasının əməllərində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində qeyd olunan inzibati xəta faktının mövcud olması aşkarlanaraq tam sübuta yetirilmişdir. Lakin, inzibati xətanın aşkar edilməsi zamanı Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin tətbiqi inzibati xətanın törədildiyi gündən ən geci 3 ay müddətinədək verilə bildiyindən işəgötürənin törətdiyi inzibati xətaya dair iş üzrə icraata başlamaq mümkün olmamışdır. Bir sözlə iddiaçını işdən qanunsuz azad etdiyinə görə işəgötürən "Paşa-K” firmasının inzibati xəta törətməsi faktı tam təsdiq olunmuşdur. İddiaçının işə qəbul olunan zamanı əmək kitabçasında və əmək müqaviləsi bildirişində vəzifəsi “menecer-operator” kimi göstərilsə də, sonradan işdən çıxarılarkən barəsində verilmiş əmrdə isə “operator xəzinədar” vəzifəsindən azad olunmağı qeyd olunur. İşlədiyi müddətdə başqa işə keçirilməsinə dair razılıq ərizəsinin, eyni zamanda bu barədə nə əmək müqaviləsinə hər-hansı dəyişiklik, nə də yeni əmək müqaviləsinin olmadığı halda onun “operator xəzinədar” vəzifəsindən azad olunmağı əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh firmasının nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "Paşa-K” firmasının rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçı ilə xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Əmək Məcəiiəsinın 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və yə əmək müqaviləsi üzrə öhdəlikləni yerirə yetırmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən müəssisənin Həmkarlar İttifaqının razılığı ilə xitam verildiyi və bununla bağ'' sənədlərdən (tərtib olurmuş akt və iş vaxtının uçotu (tabelləri) İddiaçı 25 may 2021-ci il və 1-15 iyul 2021-ci il tarixlərində səbəbsiz olaraq işə gəlməməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, "Paşa-K” firmasının nümayəndəsi İMS-də iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, İddiaçı Fəxrəddin oğlu, operator xəzinədarının xx.xx.2020-xx.xx.2021 iş dövrü hesabına istifadə olunmayan məzuniyyət günlərinin 30 (otuz) təqvim günü pulunun və son haqq-hesabının qanuna uyğun olaraq ödənilməsi təmin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, İddiaçı Fəxrəddin oğlunun əmək fəaliyyətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xidməti mürciətdə qeyd olunur ki, firmanın Lənkəran şəhər aptekinin işçilərinin Aptekin və müəssisənin mənafeyinə ciddi xələl yetirməsi barədə dəfələrlə şifahi, yazılı məlumat və xəbərdarlıq edilmişdir. Onlar mütəmadi olaraq işdə daxili nizam-intizam qaydalarını pozur, işdən yayınır, heç bir səbəb göstərmədən və sənəd təqdim etmədən işə gəlmirlər. 16-19 may 2021-ci il tarixlərində Aptekdə yoxlama apararkən maliyyə pozuntularına da yol verdikləri aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" firması Həmkarlar Təşkilatının protokolundan görünür ki, Lənkəran şəhər aptekinin işçilərinə: operator - İddiaçı, operator – X4 və tibbi nümayəndə - X7 işə məsuliyyətsiz münasibəti, verilən tapşırıqlara, edilən şifahi xəbərdarlıqlara əməl etməməsi nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" firmasının 049 nömrəli əmrindən görünür ki, operator - İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" firması Həmkarlar Təşkilatının 4 nömrəli protokolundan görünür ki, Lənkəran şəhər aptekinin işçilərinə: operator xəzinədar - İddiaçı, operator –X5 və tibbi nümayəndə - X6 işə məsuliyyətsiz münasibəti, verilən tapşırıqlara əməl etməməsi nəzərə alınaraq, onlarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" firmasının aktından görünür ki, Firmanın Lənkəran şəhər aptekinin işçiləri: operator - İddiaçı, operator – X5 və tibbi nümayəndə - X10, əvvəllər də onlara verilən tapşırıq və töhmətdən nəticə çıxmayaraq mütəmadi olaraq işdə daxili əmək və icra intizamını pozur, heç bir səbəb və sənəd təqdim etmədən, səbəbsiz olaraq işə gəlmir, aptekin işində maliyyə pozuntularına yol verirlər. İş materiallarında olan xx.xx.2021-ci il əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 2016-2021-ci il əmək məzuniyyəti qrafikinin çıxarışından görünür ki, İddiaçı 2021-ci ildə xx.xx.2021-ci il tarixdən 32 gün, 2020-ci ildə xx.xx.2020-ci il tarixdən 30 gün, 2019-cu ildə xx.xx.2019-cu il tarixdən 30 gün müddətinə məzuniyyətə buraxılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xidməti mürciətdə qeyd olunur ki, firmanın Lənkəran şəhər aptekinin işçiləri daşıdıqları vəzifəyə səhlənkar münasibət bəsləyirlər, əmək və icra intizamını daim pozaraq Aptekin mənafeyinə mütəmadi şəkildə maddi və mənəvi ziyan vururlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Firmanın apteklər üzrə baş nəzarətçisi X8 tərəfindən Lənkəran şəhər aptekinin işçilərinin işə səhlənkar münasibəti ilə bağlı müraciəti, X1 müvafiq baxılıb araşdırılaraq təklif vermək "xxxx" firmasının Həmkarlar Təşkilatının sədrinə tapşırılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il "xxxx" firmasının aktından görünür ki, Firmanın Lənkəran şəhər aptekinin tibbi nümayəndəsi – X2 daxili əmək və icra intizamını pozaraq, əvvəllər də ona verilən tapşırıqlardan nəticə çıxarmayaraq, heç bir səbəb və sənəd təqdim etmədən, xx.xx.2021-ci il tarixlərində səbəbsiz olaraq işə gəlməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il "xxxx" firmasının aktından görünür ki, Firmanın Lənkəran şəhər aptekinin işçiləri: operator xəzinədar - İddiaçı, operator – X5 və tibbi nümayəndə - X10 tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktı imzalamaqdan imtina etmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı təsdiq edir ki, "xxxx" firmasının Baş İdarəsinə xx.xx.2021-ci il tarixdə ona aid olan əmək kitabçasını təhvil aldığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı qeyd etmişdir ki, Aptekdə işlədiyi müddətdə ortaya çıxmış 2400 AZN əskik məbləği öhdəliyinə götürür, bu məbləğin işlədiyi müddətdə aylıq 150 AZN olmaqla, aylıq əlavə və ya mükafat məvacibindən tutulmasına etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı, Cavabdeh firmasının Lənkəran şəhər Aptek məntəqəsinə menecer-operator vəzifəsində çalışmışdır. İşəgötürən Cavabdeh firmasının 075/k saylı, xx.xx.2021 -ci il tarixli əmrindən də göründüyü kimi iddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən vəzifəsindən azad olunmuşdur. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirir. Əmrin qanunsuzluğunu iddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir.a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan '‘Paşa-K” firmasının xx.xx.2021-ci il tarixli 075/k saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilərkən, Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, İddiaçı Cavabdeh firmasının Lənkəran şəhər Aptek məntəqəsinə menecer-operator vəzifəsində çalışmışdır. İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini, əmək funksiyalarını yerinə yetirmədiynə görə, '‘Paşa- K” firmasının xx.xx.2021-ci il tarixli 075/k saylı əmri ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci, 83-cü və 84-cü maddələrinin tələbləri pozulmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsində özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən aşağıdakı şərtlər nəzərdə tutulmuşdur. Belə ki, AR ƏM-nin 80.1-ci maddəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsas şərtdir. Məhz sadalanan halların mövcudluğu iş materiallarından aydın görünür, bu səbəbdən də işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsi ilə nəticələnmiş və tərəflər arasındakı əmək müqaviləsinə həmin Məcəllənin tələblərinə əməl olunması şərtilə xitam verilmişdir. Məhkəmə qeyd olunanlarla yanaşı iddiaçının “istifadə olunmamış məzuniyyət üçün kompensasiyanın hesablanıb ödənilməsi” tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.(1-ci bəndi) İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.(3-cü bəndi). 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. (1-ci bəndi) Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər .(2-ci bəndi) Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər .(3-cü bəndi) Məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir. Belə ki, iş materiallarında olan məzuniyyət qrafikindən görünür ki, mübahisələndirilən müddətlər üçün iddiaçı məzuniyyətdə olmuş və ona müvafiq olaraq məzuniyyətə görə pul hesablanaraq, ödənilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilməsi ədalətlilik prinsipi baxımından daha məqsədəmüvafiq hesab edilən haldır. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2021-ci il tarixli əmr ilə iddiaçı barəsində ƏMnin 186-cı maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 62.4-cü maddəsində işəgötürənin həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi səlahiyyəti tanınmışdır. Lakin bu səlahiyyətin olması hər bir halda o demək deyildir ki, intizam tənbehlərindən ən ağırı mütləq tətbiq edilməlidir. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göründüyü kimi, hazırki əmək mübahisəsi zamanı işəgötürən işçi barəsində işdən çıxarılma tətbiq etməmişdən qabaq alternativ tənbeh tədbirlərini tətbiq etmişdir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən yuxarıda qeyd olunan pozuntular davam etdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yuxarıda qeyd olunan pozuntuların onun əməllərində mövcud olması arqumenti ilə xitam verilməsi əsaslı hesab edilməlidir, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması işin faktiki halları ilə sübut olunur. İşçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi formal və ümumi mülahizələrdən ibarət olmamış, cavabdeh tərəfindən təqdim edilmiş dəlillər ilə də iddiaçının hərəkətlərindəki pozuntunun varlığı təsdiqlənmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmış, işçinin “özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə” əsası ilə əmək müqaviləsinə xitam verilərkən həmin hərəkətlərin konkret nədən ibarət olması əsaslandırılmış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmuşdur. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh firmasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək məzuniyyəti üzrə istifadə olunmamış müddət üçün kompensasiyanın hesablanıb ödənilməsi” tələbinə dair iddiasını əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh firmasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və istifadə olunmamış məzuniyyət üçün kompensasiyanın hesablanıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2885/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2885/2023
12.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver