Məhkəmə qərarları › İş №2(005)-2923/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2923/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2923/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların satışı üzrə X17” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ləğv Prosesində olan “Bank Standard” KB-nin Ləgvedicisi Əmanətlərin Sığortalanması fonduna və Sumqayıt şəhər İcra İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Xammal və X18 Mərkəzi Cavabdeh1nə, LPO Cavabdeh2manətlərin Sığortalanması Fondu və Cavabdeh3nə qarşı “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi, o cümlədən hərracın yekunları barədə 35/03 nömrəli, 29 iyul 2019-cu il tarixli protokolun, həmin protokolun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 04 mart 2015-ci il tarixdə cavabdeh QSC “Bank Standard" KB ilə aralarında 50000 ABŞ dolları məbləğində kredit verilməsi üçün kredit müqaviləsi bağlanmışdır. 06 mart 2015-ci il tarixdə isə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Bildirir ki, yuxarıda göstərilən ev həyat yoldaşı X3 xüsusi mülkiyyətində olduğu üçün ipoteka müqaviləsi onunla QSC “Bank Standard” KB arasında bağlanmışdır. Tərəfindən kreditin bir hissəsi ödənildikdən sonra müəyyən səbəblərdən ödənişi davam etdirmək mümkün olmamış və barəsində kreditin ödənilməsinə dair qətnamə verilmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2217/2018 saylı 12 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən onunla QSC “Bank Standard” KB arasında bağlanmış 14 mart 2015-ci il tarixli 160/00/351/15 saylı kredit müqaviləsi üzrə 44051.40 ABŞ dolları əsas borc, 11232.18 ABŞ dolları faiz borcu, ümumilikdə 55283,58 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, 30 manat məhkəmə, 30 manat ipatekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada ondan, həyat yoldaşı X7 və oğlu X15 oğlundan QSC “Bank Standard" KB-nin xeyrinə tutulması, tələbin ipateka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 79 000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Cavabdeh3 24 aprel 2019-cu il tarixli, 63/20 nömrəli məktubuna əsasən açıq hərracın keçirilməsinə dair sifariş edilmiş, 10 iyun 2019-cu il, 01 iyul 2019-cu il tarixlərdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin satılmadığından “xxxx" MMC Hərrac Mərkəzi tərəfindən ləğv prosesində olan QSC Cavabdeh2manətlərin Sığortalanması Fonduna təklif edilmiş və ev həmin qurum tərəfindən əldə edilmişdir. Hesab edir ki, hərrac qanunsuz keçirilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X7 14 mart 2019-cu il tarixdə vəfat etmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən yuxarıda göstərilən icra sənədi üzrə icraat dayandırılmamış və hərrac keçirilmişdir. Halbuki, “İcra Haqqında” qanunun tələbinə görə borclu öldüyü halda vərəsələr müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Azərbaycan Xammal və X18 Mərkəzi Cavabdeh1nə və Sumqayıt şəhər İcra İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Xammal və X18 Mərkəzi Cavabdeh1nə və Sumqayıt şəhər İcra İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin iddia ərizəsinə olan münasibətini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Sumqayıt Şəhər Apelyasiya Məhkəməsinin 2(105)-2217/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı QSC ‘'Bank Standard" KB-nin apeliyasiya şikayəti təmin olunmaması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apelyasiya şikayətinin qismən təmin olunması, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-758/2018 saylı, 12 fevral 2018-ci il qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilməsi, həmin hissədə ipoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141a ünvanında, ümumi sahəsi 191.4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə QSC “Bank Standard" KB ilə İddiaçı arasında bağlanmış 04.03.2015-ci il tarixli, 160/00/351/15 saylı kredit müqaviləsi üzrə 44051.40 ABŞ dolları əsas borcu; 11232.18 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə borcu, ümumilikdə 55783 58 4 dolları vo ya ödəniş güıılinə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada İddiaçı, X2 Ələşrəf Əlsafa oğlundan QSC "Bank Standard" KB-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141 a ünvanında, ümumi sahəsi 191.4 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və onun satışından əldə ediləcək vəsaiti hesabına cavabdehlərdən tutulmalı olan 55783 58 ABŞ dolları və ya ödəniş güııiınə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 60 manat məbləğində dövlət rüsumunun QSC "Bank Standard" KB-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 300 manat pulun 150 manatı ilk iddia üzrə cavabdeh İddiaçı, 150 manat hissəsi isə ilk iddia üzrə iddiaçı QSC “Bank Standard" KB-dən tutularaq, "xxxx" MMC-nin müvafiq bank hesabı (“xxxx“ ASCdə olan VÖEN: **********, cari hesab A/53PAHA******************** ödənilməsi qət edilmişdir. “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış 04.03.2015-ci il tarixli, 160/00/351/15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı bank cavabdehə 48 ay müddətinə 50000 manat məbləğində kredit vermişdir. İddiaçı, Məmmədov Ələşrəf Əlsafa oğlu və X15 oğlu ilə bank arasında bağlanmış 04.03.2015-ci il tarixli, 160/00/351/15 №-li zaminlik müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. 06.03.2015-ci il tarixli 160/00/351/15 nömrəli ipoteka müqaviləsindən görünür ki, Məmmədov Ələşrəf Əlsafa oğlu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini QSC "Bank Standard" KB qarşısında ipoteka ilə yüklü edilmişdir. Sumqayıt şəhər İcra İdarəsinin Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1nə ünvanladığı 24 aprel 2019-cu il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubunun təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, 2(105)-2217/2018 saylı, 10 avqust 2018-ci il tarixli borclu Məmmədov Ələşrəf Əlsafa oğlundan. İddiaçı və X4 cəmi 55783.58 ABŞ dolları (ödəniş gününə manata olan nisbətdə) və 60 manat məbləğində dövlət rüsumu QSC "Bank Standart" KBnin xeyrinə tutulmalıdır. Tutma ipoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141 a ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməli, açıq hərracda satılmalı və satışdan əldə ediləcək pul vəsaiti hesabına QSC' “Bank Standart” KB-yə olan borc ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcinindəyəri olan 300 manat pulun 150 manatı borclu İddiaçı, 150 manatı isə tələbkar QSC' “Bank Standart" KB-dən tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayon. 141 a ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin salış qiyməti 120000 manat müəyyən edilməlidir. hərracın keçirilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 10 may 2020-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 120000 (yüz iyirmi min manat) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 10 iyun 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 14 iyun 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 102000 (yüz iki min manat) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 01 iyul 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; Sumqayıt şəhər qeydiyyat şöbəsinin 29.03.2019-cu il tarixli, AZ-İ 980380 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədov Ələşrəf Əlsafa oğlu 14.03.2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. 05.07.2019-cu il tarixli 01/2352 №-li Cavabdeh2na ünvanlanmış təklifdən görünür ki, Cavabdeh3 63/20 saylı, 24.04.2019-cı il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı qızma məxsus ipoteka yüklü Sumqayıt şəhəri, 16-cı mikrorayon, 14 la ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 05.07.2019-cu il tarixli nömrəsində dan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipotek predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 76500 (yetmiş altı min beş yüz) manat olmaqla ipoteka saxlayana təklif olunur. Daşınar və Daşınmaz Əmlakların satışı üzrə X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər İcra İdarəsinə ünvanlanmış 20.07.2020-ci il tarixli, 01/1294№-li məktubundan görünür ki, Sizin 8991/20 saylı, 24.06.2020-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2217 saylı. 10.08.2018-ci il tarixli icra sənədinə əsasən hərraca çıxarılmış, İddiaçı qızma məxsus Sumqayıt şəhəri. 16-cı pıkr., 14la ünvanında yerləşən fərdi yaşayış evini “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 29.07.2019-cu il tarixli 35/03 saylı hərracın yekunları haqqında protokolla ipoteka saxlayan və əldə etmək hüququna malik olan Ləğv prosesində olan QSC ‘'Bank Standard" KB (**********773 saylı, 07.05.2019-cu il tarixli etibarnamə əsasında nümayəndəsi X6) əldə etmişdir. “Birja yenilikləri” qəzetinin 24-30 may 2019-cu il tarixli, 14-20 iyun 2019-cu il tarixli buraxılışlarının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141a ünvanında yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması haqqında elan dərc edilmişdir; FM Express məktub və bağlama daşınması xidmətinin qəbzlərinin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X7 və İddiaçı keçiriləcək hərracın vaxtı və yeri barədə məlumatlandırılmışdır; Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 14 iyun 2019-cu il tarixli 01/2 nömrəli bildirişi ilə Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141a ünvanında yerləşən fərdi yaşayış evinin 120000 manat - 15% = 102000 manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 01 iyul 2019cu il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçı iddia ərizəsinin əsası kimi X3 14.03.2019-cu il tarixdə Sumqayıt şəhərində öldüyü və hərracın onun ölümündən sonra keçirildiyini əsas gətirərək, hərracın keçirilməsinin qanunsuz olduğunu iddia edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və onun mərhum həyat yoldaşı X1 təkrar hərracın vaxtı və yeri barədə hərracın keçirilməsinə dair bildirişlərlə məlumatlandırılmış, bildirişlər “Məmmədova” soyadlı şəxs tərəfindən 18.06.2019-cu il tarixdə qəbul edilmişdir. Belə ki, ilkin və təkrar hərracın keçirilməsinə dair bildirişlər iddiaçının ailə üzvləri tərəfindən qəbul edilsə də, X3 ölümü barədə hərrac təşkilatına məlumat verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Daşınar və Daşınmaz Əmlakların satışı üzrə X17” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ləgv Prosesində olan Cavabdeh2manətlərin Sığortalanması fonduna və Sumqayıt şəhər İcra İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar