Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2943/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, X5 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Müstəqil tələb irəli sürməyən 3-cü şəxs-X8 oglunun iştirakları ilə, X5 Cavabdeh qarşı “minik avtomobilinin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Cavabdeh qarşı “minik avtomobilinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus LEXUS CT 200 markalı ** ZM *** dövlət nömrə nişanı olan minik avtomobilinin Cavabdeh texniki cəhətdən saz vəziyyətdə alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 iddia tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər hazırkı iş üzrə Cavabdeh ilə uzun müddət bir yerdə işləmiş, dostluq etmişlər, bir-birlıərinə inanmışlar. Bu il mart ayının əvvəllərində o, Gürcüstandan iddiaçının adına olan maşını Azərbaycana gətirib qeydiyyata salmağı, maşınla əlaqədar bütün hüquqi hərəkətləri yerinə yetirməyi öz öhcəsinə götürmüş və bu məqsədlə iddiaçı 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzində xx.xx.2020-ci il tarixdə 10 gün müddətinə ona Etibarnamə vermişdir. Bundan sonra Cavabdeh əlavə olaraq öz xətti ilə ona məxsus WW 718 WX Gürcüstan dövlət nişanlı LEXUS CT 200 markalı minik avtomobilini ona verdiyi etibarnamə ilə Azərbaycana keçirib Azərbaycanda maşina yeni dövlət nömrə nişanı almağı öhdəsinə götürmüşdü. Onlar belə razılaşmışlar ki, həmin maşını gələcəkdə iddiaçı ona satacaq maşının real dəyəri 9500 AZN-dir. Cavabdeh 2020-ci ilin mart ayının axırına kimi həmin puldan 8500 AZN ödəməyi, iyul ayının 01-nə kimi isə qalan 1000 AZN-i ödəməyi barədə yazılı öhdəlik götürmüşdü. Bundan sonra cavabdeh maşını gömrükdən keçirib Azərbaycana gətirmiş və avtomaşına yeni 99- ZM 745 dövlət nömrə nişanı almışdır. Lakin bu günə kimi o, iddiaçıdan qaçıb gizlənir və ona məxsus avtomaşının hazırda harada olması ona məlum deyildir. Eşitdiyinə görə Cavabdeh izi itirmək üçün onun maşınını kənar şəxsə satıb pulunu mənimsəmişdir. Cavabdeh dələduzluq hərəkətləri nəticəsində mənə əhəmiyyətli dərəcədə maddi zərər dəymişdir. Bununla əlaqədar iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş, ona izah olunmuşdur ki, bu barədə mən məhkəmədə mülki iddia qaldırmalıdır. Hazırda o, Cavabdeh təqsiri üzündən uzun müddətdir ki, öz vətəninə qayıda bilməmiş, dəfələrlə ondan maşını qaytarmağı iələb etsə də heç bir nəticəsi olmamışdır. Maddi imkanın yol vermədiyi üçün mən məcbur olub öz vətəninə qayıtmışdır. Məhkəmə iclasında X5 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, o Ağ şəhərdə obyektdə işləmişdir. Ghaşemian Mahdi sənədlərdə müdir müavini kimi gedirdi. Mehdi ilə onun münasibəti yaxşı olmuşdur. Mehdi ilə razılaşmasına əsasən ona WW 718 WX Gürcüstan dövlət nişanlı LEXUS CT 200 markalı olan maşını Gürcüstandan Bakı şəhərinə gətirmiş, maşının yol xərclərini şəxsən özü çəkmişdir. Maşını gətirəndən sonra Mehdi ona maşını satmağı və maşının dəyərinin 9500 manat olduğunu bildirmişdi. Onların razılaşmasına əsasən maşının pulunu yəni 9500 manatı o hissə-hissə ödəyəcəkdi. Aralarındakı razılaşmaya əsasən maşını onlarən ortaq tanışı olan Cavabdeh adına keçirmişlərk. O, 95xx xxxxxxxx 3892,21 manatını iddiaçıya ödəmişdir. Qeyd edir ki, o maşını gömrükdən keçirib Azərbaycana gətirmiş və avtomaşına yeni **-ZM-*** dövlət nömrə nişanı almışdır. Gömrük xərcləri ilə əlaqədar olaraq 9.165 manat xərc çəkmişdir. İddiaçı isə həmin maşını ona satsa da, həmin çəkdiyi xərcləri çıxmag istəmir. Onun çəkdiyi xərclər çıxılsa onun maşına görə iddiaçıya cəmisi 2500 manat borcu qalmişdir. Lakin iddiaçı bununla razılaşmır və oulun hamısını yaxud maşını tələb edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X4 bildirdi ki, LEXUS CT 200 markalı, ** ZM *** dövlət nömrə nişanı avtomobil xx xxxx 2020-ci ol tarixdən onun mülkiyyətindədir. X6 və Cavabdeh tanıyır. Tərəflər ondan xahiş etmişlər ki, maşını onun adına keçirsinlər. Oda razılaşmışdır. Maşını Cavabdeh ilə birlikdə maşını Gürcüstandan Bakı şəhərinə gətirmişlər və maşınla baglı bütün xərcləri Cavabdeh çəkmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan əlyazmanın surətindən görünür ki, Cavabdeh WW 718 WX Gürcüstan dövlət nişanlı LEXUS CT 200 markalı olan avtomobili 9500 manata almagı, həmin puldan 8500 manatını mart ayına kimi ödəməyi, qalan 1.000 manatını isə iyul ayının 1-nə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, LEXUS CT 200 markalı, ** ZM *** dövlət nömrə nişanlı avtomobil X2 mülkiyyətindədir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1 maddəsinə əsasən- Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 adına maşın alıb Azərbaycana gətirib qeydiyyata salmağı, maşınla əlaqədar bütün hüquqi hərəkətləri yerinə yetirməyi cavabdehə həvalə etmiş, bu məqsədlə iddiaçı 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzində xx.xx.2020-ci il tarixdə 10 gün müddətinə ona Etibarnamə vermişdir. Bundan sonra Cavabdeh WW 718 WX Gürcüstan dövlət nişanlı LEXUS CT 200 markalı minik avtomobilini ona verdiyi etibarnamə ilə Azərbaycana keçirib Azərbaycanda maşına yeni dövlət nömrə nişanı almışdır. Daha sonra iddiaçı həmin maşını cavabdehə 9.500 manata satmagla baglı razılaşmışdır. İddiaçı həmin maşınla baglı cavabdehin hər hansı ödəniş etməməsini və maşının ona qaytarılmasını xahiş edir. Cavabdeh isə həmin maşının Bakı şəhərinə gətiriməsi ilə baglı xərcləri özünün çəkməsini və buna dair gömrük qəbzlərini məhkəməyə təqdim edərək onun iddiaçıya cəmi 2.500 manat borcunun olmasını bildirmişdir. Mübahisəli maşın isə xx xxxx 2020-ci il tarixdən X2 mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Göründüyü kimi, mübahisəli avtomobil nə iddiaçının nədə cavabdehin mülkiyyətində deyildir. İddiaçı mülkiyyətində olmayan avtomobili cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Belə ki, avtomobillə bağlı müəyyən xərclər cavabdeh tərəfindən çəkilmiş, hər iki tərəf həmin xərclərlə bağlı məhkəməyə iddia vermək hüququna malik olmuşlar. Hazırki halda başqa şəxsin mülkiyyətində olan avtomobilin iddiaçıya qaytarılması barədə tələbi əsassızdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 Cavabdeh qarşı “minik avtomobilinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X5 Cavabdeh qarşı “minik avtomobilinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2943/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2943/2020
07.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver