Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2944/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1939-cu ildə Şəki şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X4 28 iyun 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X2 xx.xx.1939-cu ildə Şəki rayonu, Beri kəndində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, U.Əliyev prospekti ev 101 A, mənzil 29-da qeydiyyatda olmuşdur. X2 28 iyun 2023-cü il tarixdə saat 08:13 radələrində yaşadıqları ünvan 2 ünvanında ürək tutmasından rəhmətə getmişdir. Təcili tibbi yardıma mərhum atasının adına çağırış edilmiş və təcili tibbi yardım həkimləri gələnə qədər ölüm baş vermişdir. Ərizəçi bildirir ki, atasının anidən ölümü onları mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadları olmadığından poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmişdir. Mərhum atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət X3 müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini məsləhət görmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək atası X1nun 28 iyun 2023cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, o, X1nun həyat yoldaşıdır. X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmişdir. X8 04 il bundan əvvəl yataq xəstəsi idi, X1 8-ci km qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi uşağının dayəsidir. Ərizəçi X1nun qızıdır. X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmişdir. X1 8-ci km-də dəfn olunmuş, sonuncunun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə Bakı şəhərində doğulub. X2, anası X7r. - Şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X8 xx.xx.1939-cu il tarixdə doğulmuşdur. - Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 08:13-də X4 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. - “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X16 44 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 08 nömrəli məktubdan müəyyən olunur ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş, lakin bu ünvanda yaşamamış 1939-cu il təvəllüdlü X4 44 nömrəli ŞP-na müraciəti olmadığı üçün poliklinika tərəfindən onun adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. - AR DİN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan aydın olur ki, Ərizəçi 23 oktyabr 2015-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. - 5 saylı Bakı “Asan xidmət” X6 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1939-cu il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində rəhmətə gedib. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1939-cu il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu ildə Şəki şəhərində anadan olmuş X4 28 iyun 2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2944/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2944/2023
28.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver