Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2946/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü, Azərbaycan Respublikası, Qəbələ rayonu, Hacıalı kəndində anadan olmuş X1 17 iyun 2023-cü il tarixdə Bakı şəhərində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü X4 onun atasıdır. Məhrum atası onunla qeydiyyatda olduqları ünvanda yaşayırdı. Məhrum atası, son 5 ildir ürək xəstəliyindən əziyyət çəkirdi və bununla bağlı müalicə alırdı. Bununla yanaşı həmçinin son 1 ildir yüksək təzyiqdən əziyyət çəkirdi. Buna baxmayaraq mütəmadi olaraq xəstəliyi ilə bağlı müalicələr alırdı. Məhrum atası, 17 06.2023-cü il tarixdə, saat 12:00 radələrində evdən çıxaraq bacısının evinə getmişdir. Daha sonra bacısının evindən çıxaraq 6 nömrəli avtobus nəqliyyat vasitəsi ilə işi ilə bağlı mərkəz istiqamətinə gedirdi. Məhrum atası, avtobusda gedərkən yüksək təzyiq nəticəsində avtobusun oturacağında vəfat etmişdir. Həmin vaxt avtobusda olan sərnişinlərdən biri Təcili və X3 Stansiyasının 4 saylı bölməsinin təcili tibbi yardımına zəng etmiş, lakin tibbi yardım gəldikdə artıq atası vəfat etmişdir. Bununla bağlı Təcili və X3 Stansiyasının 4 saylı bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarix, saat 12.50-da ünvan 1 ünvanında 6 saylı avtobusda X4 adına çağırış daxil olmuşdur. Çağırışı 4 saylı bölmənin həkimi R.Zeynalova yerinə yetirmiş və xx.xx.1957-ci il təvəllüdlü həkimə qədər ölmüş kişi cinsli meyit qeyd etmişdir. Atasının dəfnindən sonra o, ölüm haqqında şəhadətnamə almaq üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmişdi. Lakin, xx.xx.2023-cü il tarixli, 57 saylı imtina məktubu ilə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq işlərinin çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 57 nömrəli arayışından görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən övladının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu, Hacıalı kəndində doğulmuşdur; - Bakı şəhər Təcili və X3 Stansiyasının 4 saylı bölməsinin xx.xx.2023-cü il tarixli, 16 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:50-də Ş.Mehdiyev 142 Torpaq Komitəsinin yanı 6 saylı avtobusda X4 adına çağırış daxil olmuşdur. Çağırışı 4 saylı bölmənin həkimi Zeynalova R. yerinə yetirmiş və xx.xx.1957-ci il təvəllüdlü həkimə qədər ölüm kişi cinsli meyit müəyyən edilmişdir; - Bakı şəhəri, Sabunçu Rayonu, Pirşağı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli arayışından görünür ki, mərhum X1 TTTYS-nin 4 saylı bölməsinin verdiyi xx.xx.2032-cü il tarixli sənədinə əsasən rəhmətə gedib. ünvan 3 ünvanında yerləşən qəbiristanlıqda xx.xx.2023-cü il tarixdə dəfn olunmuşdur; - Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, “X4” xx.xx.1957-xx.xx.2023” yazısı əks olunmuşdur. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı qızıdır. Hadisə baş verən gün bacısı zəng edərək hansı xəstəxanada olduqlarını deyib. Onlar xəstəxanaya çatanda bacısının əri artıq ölmüşdü. Mərhum daimi ürək və təzyiq xəstəliklərindən əziyyət çəkirdi, hadisədən təxminən 4 ay əvvəl isə burnundan qan açılmış və 3 gün bundan əziyyət çəkmişdir. Mərhum Pirşağı qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X4 ərizəçinin atası olmuşdur. X4 Bakı şəhərində ictimai nəqliyyatda vəfat etmiş və ünvan 3 ünvanında yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçi Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X4 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2946/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2946/2023
10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver