Məhkəmə qərarları › İş №2(005)-2947/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2947/2023

21.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2947/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X7 Mehdi qızının katibliyi, Ərizəçi Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/3/2023-00522 saylı, xx.xx.2023 tarixli mediasiya haqqında barışıq sazişinin "2. Maraqlı şəxs1 birgə nikahlarından doğulmuş, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və alinənin saxlanması üçün hər ay, 1000 (bir min) manat aliment ödəməyi öhdəlik götürür” və “3. Ərizəçi ikinci tərəf Maraqlı şəxs1 hər ay uşaqların və ailənin saxlanması üçün verəcəyi 1000 (bir min) manat alimenti qəbul edir və bunun müqabilində ona qarşı digər iddialarını dayandırır.” şərtlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, birinci tərəf qismində Ərizəçi, ikinci tərəf Maraqlı şəxs1 ilə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədənkənar həll edilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Müraciəti əsasında MŞB/3/2023-00522 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı ikinci tərəf Maraqlı şəxs1 ilə aralarında razılaşma (Maraqlı şəxs1 onun tələbini qismən qəbul edərək, birgə nikahlarından doğulmuş xx.xx.2007-ci iİ təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və alinənin saxlanması üçün hər ay, 1000 (bir min) manat aliment ödəməyi öhdəlik götürməsi ilə bağlı) olmuş və aralarında bu barədə Barışıq Sazişi imzalanmışdır. Həmin Saziş onların və mediatorun imzası ilə təsdiq olunmuş və möhürü ilə möhürlənmişdir. Lakin Sazişin təsdiq olunmasına baxmayaraq Maraqlı şəxs1 tərəfindən Sazişin şərtləri icra olunmamışdır. Ərizəçi qeyd edir ki, mediasiya proseesi nəticəsində bağlanılmış sazişin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdən xeyli keçmişdir. Hər ay ödəyəcəyini bildirsə də, cəmi 1 ay ödəsə də, sonradan ödəniş etməmişdir. Məhkəmə iclasında ərizəçi X3 ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 ərizənin təmin edilməsinə etiraz etməyərək bildirdi ki, alimentin ödənilməsi barədə razılıq əldə etmişlər, lakin bəzən olur ki, aliment öhdəliyini icra etmir. Qətnamə çıxdıqdan sonra aliment öhdəliyini vaxtı-vaxtında icra edəcəyini qeyd etdi. Digər maraqlı şəxs mediasiya təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.

2. İkinci tərəf birinci tərəfin tələbini qismən qəbul edir və Ərizəçi Maraqlı şəxs1 ilə birgə nikahlarından doğulmuş, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və alinənin saxlanması üçün hər ay, 1000 (bir min) manat aliment ödəməyi öhdəlik götürür, 1ci tərəfin iddasını qalan hissədə qəbul etmir.

3. Ərizəçi Maraqlı şəxs1 hər ay uşaqların və ailənin saxlanması üçün verəcəyi 1000 (bir min) manat alimenti qəbul edir və bunun müqabilində ona qarşı digər iddialarını dayandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən, Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinin 2-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişinin 2-ci bəndinin şərtləri maraqlı şəxs tərəfindən pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi və Maraqlı şəxs1 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2-ci bəndinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Belə olan halda məhkəmə barışıq sazişinin icra olunması müddətini nəzərə alaraq hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 2-ci bəndi “İkinci tərəf birinci tərəfin tələbini qismən qəbul edir və Ərizəçi Maraqlı şəxs1 ilə birgə nikahlarından doğulmuş, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və alinənin saxlanması üçün hər ay, 1000 (bir min) manat aliment ödəməyi öhdəlik götürür, 1-ci tərəfin iddasını qalan hissədə qəbul etmir” təsdiq edilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablansın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır.

Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar