Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2962/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12.12.1951-ci il təvəllüdlü X1 21.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 21 fevral 2021-ci il tarixdə nənəsi (anasının anası) X5 ev şəraitində qara ciyər serroz nəticəsində vəfat etmişdir. Çağırışa gələn BŞT və TTYS 1 aylı bğlmə əməkdaşları evə gəldikdə nənəsi artıq vəfat etmişdir. Təcili və X4 əməkdaşları ölüm haqqında xəbərdarlıq vəsiqəsi vermişlər. Bundan sonra yaşayış yeri üzrə poliklinikaya ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin orada ona nənəsinin həmin poliklinikada qeydiyyatda olmadığı və buna görə də ölüm haqqında tibbi şəhadətnamə verilə bilmədiyi bildirilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Mərhum Abşeron rayon Masazır kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırda nənəsinin adına olan və Bakı şəhərində yerləşən miras əmlaka dair vərəsəlik işinin açılması niyyətindədir. Ümumiyyətlə nənəsinin övladları bu işlə məşğul olmaq istəmirlər. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X9 ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadəsində bildirmişdir ki, anası X5 21.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X14 ifadəsində bildirmişdir ki, X5 21.02.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Masazır qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 17.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. 116 saylı MKİS tərəindən verilən 21.04.2021-ci il tarixli 405 nömrəli arayışdan görünür ki, X5 03.08.2015-ci il tarixindən Ə.Əliyev küçəsi, 65 saylı evin 44 nömrəli mənzilinə qeydiyyata düşmüşdür. Vİİİ-JQ № 298092 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X13 28 yanvar 1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X2 anası X6r. AZ-İİ № 503962 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 11 mart 2020-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X3 anası X8r. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə doğulmuşdur. AZE seriyalı ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 12.12.1951-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuşdur. Bakı şəhəri Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X1 21 fevral 2021-ci il tarixdə yanına gəlmə vaxtı 03:59-durr. Həkimə qədər ölüm qeyd edilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 03.05.2021-ci il tarixli 05/Q-555/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Abşeron rayon Masazır Bələdiyyəsinin 16 iyun 2021-ci il tarixli 110/A saylı arayışından görünür ki, X5 21.02.2021-ci il tarixdə Masazır kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X15 17.06.1970-ci il tarixdə Tovuz rayonunda anadan olmuş 25.12.2020-ci il tarixdə vəfat edib. 25.12.2020-ci il tarixdə Masazır kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 21.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12.12.1951-ci il təvəllüdlü X1 21.02.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2962/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2962/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver