Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3003/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi üçüncü şəxs qismində cəlb edilməklə) “müəlliflik hüququnun müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi üçüncü şəxs qismində cəlb edilməklə) “müəlliflik hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” elmi əsəri və Əsirəddin Əbhərinin “Hidayət əl-hikmət” əsərindən ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələr üzərində müəlliflik hüquqlarının pozulması faktlarının təsdiq edilməsi; cavabdehlərin müəllifliyi ilə 1000 nüsxə tirajla “Nurlar” X3 tərəfindən nəşr edilmiş “İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın müəlliflik hüququnu pozan pirat məhsul hesab edilməsi; müəlliflik hüququnu pozan pirat məhsul olan həmin kitabın ölkə ərazisindəki kitab satışı müəssisələrindən və kitabxanalardan müəlliflik hüququnu pozan tərəfə heç bir kompensasiya ödənilmədən müsadirə olunaraq məhv edilməsi; müəlliflik hüququnu pozan pirat məhsul olan həmin kitabın elektron variantının internet resurslarından silinməsi; müəlliflik hüquqlarını pozmalarına görə kütləvi informasiya vasitələrində ondan yazılı üzr istəmələri öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1984-cü ildə Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1984-1992-ci illərdə Azərbaycan Milli Elimlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunda işləmişdir. 1992-ci ildən Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında fəaliyyət göstərir. 2012-ci ildən Fəlsəfə kafedrasının elmlər doktoru proqramı üzrə doktorantıdır. 2019-cu ildən Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiridir. 1988-ci ildən AMEA Füzuli adına Əlyazmalar İnstitutunun disertantı olaraq “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” mövzusunda elmi iş üzərində işləməyə başlamışdır. Xİİİ əsr Azərbaycan filosofu Əsirəddin Əbhərinin fəlsəfi görüşləri ilə bağlı araşdırmalar apararaq, mütəfəkkirin Əlyazmalar İnstitutunun fondunda saxlanılan çoxsaylı əsərlərini və həmin əsərlərə yazılan çoxsaylı şərhləri Ərəb dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Bu görkəmli mütəfəkkirin yaradıcılığı haqqında 20-yə qədər elmi məqalə və tezis dərc etdirmiş, müxtəlif ölkələrdə elmi konfranslarda çıxışlar etmişdir. Təvazökarlıqdan uzaq olsa da, bu iddia ərizəsi kontekstində xüsusi əhəmiyyət kəsb etdiyi üçün bildirir ki, Azərbaycanda Əsirəddin Əbhərinin yaradıcılığının əhatəli tədqiqinin yeganə müəllifi hələ ki, özüdür. 2001-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün Azərbaycan Respublikası Elmlər Akademiyası Bəhmənyar adına Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 12 illik elmi araşdırmalarının nəticəsi olan “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Bununla əlaqədar əlyazasması hüququnda “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” adlı fəlsəfi mövzuda namizədlik dissertasiyasının avtoreferatı çap olunmuşdur. Müdafiədən sonra Azərbaycan Respublikası Prezidentinin yanında X4 02393 saylı 20 iyun 2001 -ci il tarixli (33 saylı protokol) qərarı ilə ona fəlsəfə elmlər namizədi alimlik dərəcəsi verilmişdir. 2014-cü ildə Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən “Elm” nəşriyyatında dərc edilmiş “Azərbaycan fəlsəfə tarixi” adlı çoxcildliyin 2-ci cildinin 193-215-ci səhifələrində namizədlik disertasiyasının mövzusunun məzmununu əhatə edən “Əsirəddin Əbhəri” adlı elmi məqaləsi nəşr edilmişdir. Həmin əsərdə Əsirəddin Əbhərinin “Hidayət əl-hikmət” traktatından ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələr əsasında mütəfəkkirin yaradıcılığını ətraflı təhlil etmişdir. Bununla da Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən “Elm” nəşriyyatında dərc edilmiş “Azərbaycan fəlsəfə tarixi” adlı çoxcildliyin 2-ci cildinin 193-215-ci səhifələrində yerləşən “Əsirəddin Əbhəri” adlı əsərin müəlliflik hüququnun ona məxsus olması öz təsdiqini tapır. “Əsirəddin Əbhəri” adlı elmi əsərinin rus dilində olan variantı isə daha əvvəl, 2008-ci ildə Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən “Elm” nəşriyyatında dərc edilmiş “История Азербайджанской Философии” adlı çoxcildliyin 2-ci cildinin 189-209-cu səhifələrində nəşr edilmişdir. Müəllifləri hazırda iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 olan Azərbaycan İlahiyyat İnstitutunun X11 09 oktyabr 2019-cu il tarixli (Protokol № 14) iclasının qərarı ilə çapa məsləhət görülmüş və xx.xx.2019-cu ildə 1000 nüsxə tirajla “Nurlar” X3 tərəfindən nəşr edilmiş “İslam Fəlsəfəsi” (orta əsrlər-müasir dövr) adlı kitabda müəllifliyi ona məxsus olan, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən “Elm” nəşriyyatında dərc edilmiş “Azərbaycan fəlsəfə tarixi” adlı çoxcildliyin 2-ci cildinin 193-215-ci səhifələrində dərc olunmuş “Əsirəddin Əbhəri” adlı həmin elmi əsəri heç bir dəyişiklik edilmədən pirat məhsulu olaraq “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlığı altında nəşr edilmişdir. Müəllifləri Cavabdeh2 və Cavabdeh1 olan “İslam Fəlsəfəsi” kitabında (səh.274-296) müəllifliyi ona məxsus olan və onun fəlsəfə elimləri namizədi alimlik dərəcəsi almaq üçün üzərində illərlə zəhmət çəkib işlədiyi və 2001-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi aldığı mövzu əsasında hazırladığı həmin elmi məqaləsi nöqtə və vergülünə kimi köçürülərək kitabda nəşr olunmuşdur. “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” adlı fəlsəfi mövzuda namizədlik dissertasiyasını işləyib hazırlayana kimi uzun müddət elmi araşdırmalar aparmış, X9 dilində yazdığı əsərlərinin əlyazmalarının Azərbaycan MEA Füzuli adına Əlyazmalar İnstitutunda qorunan yeganə nüsxələrindən tərcümələr etmiş və bu əsər onun illərlə çəkdiyi zəhmət və elmi araşdırmalarının nəticəsidir. Əsirəddin Əbhərinin “Hidayət əlhikmət” traktatından Ərəb dilindən Azərbaycan dilinə etdiyi həmin tərcümələri də həmin pirat məqalədə müəllifə istinad edilmədən, guya özlərinə məxsus tərcümələr kimi pirat üsulu ilə özününküləşdirilmişdir. 2014-cü ildə Azərbaycan MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən dərc edilmiş Azərbaycan Fəlsəfə Tarixi adlı kitabın 2-ci cildinin 193-215-ci səhifəsində “Əsirəddin Əbhəri” adlı elmi əsəri nəşr edilənədək, yəni 2001-ci ildə namizədlik disertasiyasının avtoreferatı əlyazması hüququnda həmin İnstitutun, ölkənin və MDB məkanında yerləşən elm mərkəzlərindəki kitabxanalara təqdim edilmiş və həmin kitabxanalarda saxlanılır. Hesab edir ki, müəllifliyi ona məxsus olan “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” adlı həmin elmi əsərini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müəllifliyi ilə çap edilmiş İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr) adlı kitabın 274-296-cı səhifələrində “Əsirəddin Müfəzzəl bin Ömər Əhbəri” başlığı altında heç bir dəyişiklik edilmədən nəşr etmələri və özlərinə məxsus olaraq göstərmələri Müəlliflik Hüququ haqqında qanunvericiliyə ziddir və müəlliflik hüquqlarının kobud şəkildə pozulmasıdır. Qeyd olunan elmi əsərin müəllifliyi ona məxsusdur və həmin elmi əsərin müəlliflik hüququnun ona məxsus olması yuxarıda göstərilən sübutlarla təsdiq olunur. Cavabdeh2 tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “İslam fəlsəfəsi” (Bakı, Nurlar nəşriyyatı, 2019) adlı kitabı Cavabdeh1 ilə birlikdə həmmüəllif olaraq yazmışlar. Kitabda iddiaçının müəlliflik hüququ pozulduğu iddia edilən hissə, yəni 274-296-cı səhifələri o yazmışdır. Bu, texniki səhv olaraq baş vermişdir. Belə ki, nəşriyyata çap üçün mətnin götürülmə mənbəyi qeyd olunmamış sənədi verdiyi üçün belə bir məqam yaranmışdır. Halbuki hazırladığı digər sənəddə müəllifin adı və götürülmə mənbəyi qeyd olunmuşdur. Kitab yazılarkən hər hansı müəlliflik hüququnu pozmaq niyyəti olmamışdır. Bu, kitabın mövzusuna, dəyərlərə və əxlaqa ziddir. Təsadüfi deyil ki, sözügedən kitabda istifadə olunan digər əsərlərin müəllifinin adı və götürülmə mənbəyi dəqiq olaraq göstərilmişdir. Kitabın 2019-cu il mətbu variantında bəzi orfoqrafik və texniki səhvlərlə yanaşı, 274-296-cı səhifələrində müəllif İddiaçı adının və götürülmə mənbəyinin mövcud olmadığını nəzərə alaraq həmin kitabın mövcud olduğu kitabxanalardan (Axundov adına Milli Kitabxana, Prezident Kitabxanası və X12) yığışdırılması və elektron variantının internet resurslarından silinməsi ile bağlı dərhal faktiki tədbirlər görmüşdür. Həmin tədbirlər sayəsində hazırda həmin kitab (Bakı: 2019) kitabxanalardan yığışdırılmış və elektron variantı isə internet resurslarından silinmişdir. Bütün bunlarla yanaşı kitabı yenidən nəşrə hazırlamağı və orfoqrafik səhvlərlə yanaşı, qeyd edilən problemləri nəzərə alaraq kitabı yeni nəşr üçün təkrar gözdən keçirməyi, kitabın ön sözündə 274-296-cı səhifələrində Əbhəri ilə bağlı yer alan mövzunun müəllifliyinin İddiaçı aid olduğunu qeyd etməyi, yeni nəşrin “ön söz” hissəsində kitabın 2019-cu il nəşrində bunun texniki bir xəta olaraq qeyd olunmadığını üzrxahlıq edərək bildirməyi və həmin mövzunun başladığı səhifədə müəllif İddiaçı adını qeyd etməyi qərara almış və kitabın mövcud nəşrində yol verdiyi texniki xətanın heç bir qərəzli niyyət daşımadığını həmkarı müəllif İddiaçı ilə şəxsən görüşərək bildirmiş və bu məsələ ilə bağlı dərin üzrxahlıq etmişdir. Görüş əsnasında İddiaçı yol verdiyi bu texniki səhvi kitabın yeni nəşrində ortadan qadıracağını, kitabın yeni nəşrinin ön sözündə 2019-cu il nəşrinin 274-296-cı səhifələrində Əbhəri ilə bağlı yer alan mövzunun müəllifliyinin Kəmalə Penahovaya aid olduğunu üzrxahlıq edərək qeyd edəcəyini bildirmişdir. Bütün bu atdığı addımlar onun yol verdiyi bu texniki səhvdə həmkarı İddiaçı qarşı heç bir qərəzli niyyət və münasibət daşımadığını açıq şəkildə ortaya qoyur. Kitabın mətbu nəşrində yol verdiyi texniki səhvi fərq edib, iddiaçının məhz özündən üzrxahlıq edərək həmin səhvin ortadan qaldırılması istiqamətində gördüyü faktiki işlər (kitabın mövcud olduğu kitabxanalardan götürülməsi və oxuculara verilməməsi, kitabın elektron variantının internet resurslarından sildirilməsi, bu mənada İddiaçı ilə üz-üzrə görüşərək ona üzrxahlığını bildirməsi və kitabın yeni nəşrinin ön sözündə kitabın 2019 mətbu nüsxəsinin 274-296-cı səhifələrində Əbhəri ilə bağlı yer alan mövzunun müəllifliyinin İddiaçı aid olduğunu qeyd edəcəyini İddiaçı bildirməsi) İddiaçı iddia ərizəsində qətnamə qəbul edilməsini xahiş etdiyi maddələrin bir çoxunu təmin edir. Ümumiyyətlə kitabda fəlsəfə, xüsusilə İslam fəlsəfəsinin mahiyyəti, İslam dünyasında fəlsəfi düşüncənin təşəkkülünə səbəb olan amillər və orada ortaya çıxan əsas fəlsəfi məktəblər, bu məktəblərin əsas nümayəndələri, onların həyatı və fəlsəfi dünyagörüşləri, xüsusən də azərbaycanlı filosofların bu fəlsəfi miras içindəki əhəmiyyəti, onların İslam mədəniyyətinin təşəkkülünə verdikləri töhfələr və s. kimi mövzulara yer verilmişdir. Həmin kitabda İslam fəlsəfəsi təşəkkül tarixindən müasir dövrədək xronoloji ardıcıllıqla əsas nümayəndə və istiqamətlərini də ehtiva edəcək şəkildə dəqiqliklə araşdırılmışdır. Kitabdakı mövzular uzun illərdən bəri apardıqları tədqiqatların məhsuludur. Kitabda mənbə etibarilə başda İslam fəlsəfəsinin ərəb və fars dillərində olan ilkin mənbələri olmaqla, bu sahənin birinci dərəcəli mütəxəssiləri olan filosof və alimlərin əsərləri əsas alınmış və götürülmə mənbəyinə istinad olunmuşdur. Kitab tələbələr üçün əhəmiyyətli bir dərs vəsaiti olmaqla yanaşı, həmçinin bu sahədə araşdırma edən ilahiyyatçı tələbələr üçün xüsusi ədəbiyyat kimi də dəyərləndirilə bilər. Kitabın nəşri satış üçün nəzərdə tutulmamışdır. Azərbaycan İlahiyyat İnstitutunda təhsil pulsuz olduğu üçün tələbələr dərs vəsaitləri ilə pulsuz olaraq təmin edilir və bu mənada nəşr olunan kitabların, o cümlədən “İslam fəlsəfəsi (orta əsrlər-modern dövr)” adlı kitabın satışı birmənalı olaraq qadağandır. Kitab Azərbaycan İlahiyyat İnstitutunun 4-cü kurs tələbələrinə sadəcə İslam fəlsəfəsi fənninin tədris edildiyi bir semestr ərzində mütaliə üçün pulsuz verilir və tədris ilinin ilk semestrinin sonunda tələbələr həmin kitabı İnstitutun kitabxanasına təhvil verirlər. İki illik tədqiqat nəticəsində ərsəyə gələn bu kitabın yalnız 274-296-cı səhifələrində müəllifin adını və götürülmə mənbəyini göstərmədiyi üçün iddia tələbinə əsasən bütün kitabın pirat məhsul hesab edilməsi bütün digər səhifələrdə olan xüsusi araşdırmalarına, yaradıcılıqlarına və zəhmətlərinə kölgə salır, onlardan istifadəni məhdudlaşdırır, habelə kitabın digər səhifələrində olan müəlliflik hüquqları pozulur. Eyni zamanda, iddia tələbinə əsasən kitab müsadirə olunarsa və ya məhv edilərsə, dərslik və ədəbiyyat kimi xüsusi dəyəri olan bu kitabdan istifadə dayanacaq, tələbələr İslam fəlsəfəsi sahəsində təfsilatlı və başadüşülən şəkildə hazırlanmış bu dərs vəsaitindən istifadə etməkdən məhrum qalacaq, bu sahədə olan tədqiqatlara çıxış məhdudlaşacaq və kitabın müəlliflərinin elmi yaradıcılığına təsir göstərəcək. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. Eyni zamanda, iddia tələbində kütləvi informasiya vasitələrində iddiaçıdan yazılı üzr istənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması qeyd olunmuşdur. Bununla bağlı bildirir ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunlarında müdafiə vasitələri və məhkəmə tərəfindən bu işlər üzrə çıxarılan qərarlar müəyyən olunmuşdur. Lakin həmin qanunlarda iddiaçıdan yazılı üzr istənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul edilməsi nəzərdə tutulmadığı üçün digər tələblər kimi bu tələb də əsassızdır. Cavabdeh1 tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “İslam fəlsəfəsi (Bakı, Nurlar nəşriyyatı, 2019)” adlı kitabı Cavabdeh2 ilə birlikdə həmmüəllif olaraq yazmışlar. Həmin kitabın 60-108-ci, 109- 128-ci, 214-222-ci və 333-338-ci səhifələrini o yazmışdır. Kitabda iddiaçının müəlliflik hüququ pozulduğu iddia edilən hissə, yəni 274-296-cı səhifələr onun tərəfindən yazılmamışdır və ona görə də ona qarşı iddia tələbi irəli sürülə bilməz. “İslam fəlsəfəsi” kitabının iddia ərizəsində göstərilən hissəsi, yəni 274-296-cı səhifələri digər Cavabdeh2 tərəfindən yazılmışdır və o, bu barədə məhkəməyə müraciət edərək öz etirazında bildirmişdir. Kitabın sözügedən hissəsinin onun tərəfindən yazılmadığını təsdiqləyən e-mail yazışmasının surəti də sübut olaraq qoşmada təqdim olunur. Daha sonra İddiaçı Elxan qızı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsinə aşağıdakı bəndin əlavə edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20.000 (iyirmi min) manat kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kitabda həmmüəllif olan Cavabdeh1 qarşı heç bir iddia tələbi irəli sürülə bilməz və kitabın iddia ərizəsində göstərilən hissəsi onun (Cavabdeh2) cavabdehliyində olan bir məsələdir. “Nurlar” X2 tərəfindən 2019-cu ildə nəşr olunmuş “İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabı Cavabdeh1 ilə birlikdə həmmüəllif olaraq yazmışlar. Amma kitabı yazmağa başlamazdan əvvəl, hansı mövzunu hansının yazacağına dair qərar verərək kitabın fəsilləri və altfəsillərinin müəlliflər üzrə bölgüsünü əvvəlcədən aparmışlar. Həmin bölgüyə əsasən mövzuların bir qismi onun (Cavabdeh2) tərəfindən, digər bir qismi isə Cavabdeh1 tərəfindən yazılmışdır. Kitabda iddiaçının müəlliflik hüququnun pozulduğu iddia edilən hissə, yəni kitabın 274-296-cı səhifələri arasında yer alan “Əsirəddin Müfəzzəl bin ömər Əbhəri” adlı yarım fəsil onun (Cavabdeh2) tərəfindən yazılmış və hazırlanmışdır. Bu hissədə Cavabdeh1 heç bir əlavəsi, yaxud əməyi olmayıb. Bunu sübut edən dəlil və rəsmi sənəd Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 tərəfindən təqdim edilmiş və qeydiyyata alınmışdır. Sözügedən dəlildə onun xx.xx.2019 saat 15:14-də ona aid olan mailto:a.philosophy@hotmail.comElektron ünvan 1 elektron poçt ünvanından Cavabdeh1 məxsus olan mailto:sh_agil@yahoo.comElektron ünvan 2 elektron poçt ünvanına göndərdiyi elektron məktub və həmin məktubun qoşmasında göndərdiyi “islam fəlsəfəsi dərsliyi əsas nüsxə” adlı “word” formatında elektron dosye yer almaqdadır. Həmin elektron dosyedən də göründüyü kimi “1.3.Əsirəddin Mufaddal bin ömər Əbhəri (v.663/1265)” adlı yarımfəsıl yer almaqda və Aqil müəllimə yazdığı sözügedən məktubda kitabın ona aid olan hissələrini yazdığını, həmin versiyanın elektron variantını Aqil müəllimə göndərdiyini Aqil müəllimin yazacağı hissələri (fəsil və yarımfəsil başlıqları olaraq) sarı rənglə işarələdiyini bildirmiş və Aqil müəllimin yazıb hazırladığı hissələri kitabın elektron nüsxəsinə əlavə edib təkrar ona göndərməsini xahiş etmişdir. Sözügedən elektron yazışmanın iki səhifəlik print variantını bu etiraz ərizəsinin qoşmasında təqdim edir. Əqli mülkiyyətlə bağlı yol verilən hüquq pozuntusu məqsədyönlü və qərəzli şəkildə olmamışdır. Kitabın 2019-cu il Nurlar nəşriyyatında çap olunan nüsxəsində yer alan “Əsirəddin Müfəzzəl bin Ömər Əbhəri” adlı hissə 2014-cü ildə Bakıda “Elm” nəşriyyatı tərəfindən çap olunan çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi” kitabında yer alan ve müəllifi İddiaçı olan “Əsirəddin Əbhəri” adlı məqalə ilə eynidir. Bu xəta, ailə və məişət zəminində yaşadığı bir çox sıxıntı və xəstəliklərin doğurduğu ciddi mənəvi və fiziki yorğunluq səbəbilə baş verən tamamilə texniki bir xətadır və məqsədyönlü şəkildə olmamışdır. Belə ki, “İslam fəlsəfəsi (orta əsr-müasir dövr)” adlı kitabın redaktorlar tərəfindən ona verilən elektron dosyesi üzərində mövzular üzrə hissəhissə, fəsil-fəsil davamlı olaraq yenidən işləyirdi ki, kitabın dili həm anlaşılan olsun, həm də bəzi elmi və orfoqrafik, o cümlədən, mənbəşünaslıq baxımından diqqətsizlik nəticəsində yol verilmiş səhvləri və gözdən qaçan məqamları korrektə edib ortadan qaldırsın. Korrektə ve redaktə edib hazırladığı hissələrdən biri də kitabın çap olunmamış elektron nüsxəsində yer alan “Əsirəddin Mufaddal bin ömər Əbhəri” bölümü idi. Normalda kitabı hazırlayarkən iş prinsipi kitab bölümü və məqalələrin elektron variantını əvvəlcədən hazılayıb kompüter ekranına yerləşdirmək və daha sonra həmin elmi məqalə və kitab bölümlərini birbaşa kompüter ekranından oxuyaraq onlardan vasitəli nitq metodu ilə iqtibas etdiyi fikir və yanaşmaları mənbələrini göstərmək şərti ilə istifadə etməkdən ibarətdir. “İslam fəlsəfəsi (orta əsrlər və müasir dövr)” kitabının (yazılması onun öhdəliyində olan) “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissəsini hazırlayarkən də eyni şəkildə 2014-cü ildə Bakıda “Elm” nəşriyyatı tərəfindən çap olunan çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi” kitabında yer alan “Əsirəddin Əbhəri” ilə bağlı məqalənin xam (üzərində heç bir əlavə olunmayan və tədqiqat süzgəcindən keçirmədiyi) və elektron variantını kompüterində hazırlamış və redaktəyə göndərəcəyi “islam fəlsəfəsi” kitabına yerləşdirmişdir ki, növbəti mərhələdə həmin xam mətni oxuyub lazımi hissələri vasitəli nitq üslubu ilə iqtibas etsin və mənbə kimi də 2014-cü ildə Bakıda “Elm” nəşriyyatı tərəfindən çap olunan çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi” kitabını qeyd etsin. Lakin daha əvvəl hazırladığı fəsil və yarım fəsillərin ədəbi redaktorlar tərəfindən redaktə edilməsi üçün kitabı (hansı ki, həmin nüsxədə İddiaçı aid olan Əbhəri məqaləsinin hazırladığı xam (tədqiqat süzgəcindən keçirmədiyi) elektron variantı da yer alıb) ədəbi redaktora göndərmişdir. Ədəbi redaktorlar mərhələli şəkildə əvvəlki fəsil və mövzuların düzəlişlərini edib kitabda yer alan “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissəyə toxunmayıblar. Çünki həmin hissəni sadəcə elektron varianta xam mətn olaraq yerləşdirmiş və bildirmişdir ki, bu hissə hələ tam hazır deyil. Daha sonra o, kitabın redakorlar tərəfindən ona USB (elektron yaddaş kartı) vasitəsilə göndərilən nüsxəsini kompüterinə kopyalamışdır ki, növbəti mərhələdə kitabın “Əsirəddin Mufaddal bin ömər Əbhəri” adlı xam hissəsini oxuyub lazımi bilik və məlumatları vasitəli nitq üsulu ilə iqtibas etsin və həmin məlumatlara digər tədqiqatçı alimlərin fikir və yanaşmalarını da əlavə edib sintez edərək mətni yenidən hazırlasın və hər bir müəllifə aid mənbəni həm səhifə sonunda, həm də kitabın ədəbiyyat siyahısında qeyd etsin. Əlbəttə o, mətni qeyd etdiyi üsul və metodlarla yenidən hazırlamışdır. Lakin bu işi görərkən ailə və məişət zəminində yaşadığı bir çox sıxıntı və xəstəliklərin doğurduğu ciddi mənəvi və fiziki yorğunluq səbəbindən redaktorların əvvəlki mətnləri redaktə edərək ona göndərdikləri və kompüterinə kopyaladığı axırıncı nüsxə üzərində deyil, redaktorların ona göndərdikləri bir öncəki nüsxə üzərində işləmişdir. Amma kitabı növbəti redaktə mərhələsi üçün redaktorlara göndərəndə Əbhəri ilə bağlı son işlədiyi nüsxəni deyil, redaktorların ona axırıncı olaraq göndərdiyi və kompüterinin “downloads” papkasına kopyaladığı elektron voysk variantını göndərmişdir. Hansı ki, Əbhəri ilə bağlı üzərində işlədiyi bir öncəki nüsxədə həm çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi” kitabının həmmüəlliflərindən biri olan İddiaçı yazdığı “Əsirəddin Əbhəri” məqaləsindən həm də dünyadakı digər alimlərin Əbhəri ilə bağlı tədqiqatlarından istifadə edib mənbələrini göstərmişdir. Belə ki, kitabın Əbhəri ilə bağlı daha öncə hazırladığı hissəsində X5 şəhərində yerləşən Süleymaniyə kitabxanasında mövcud olan “Hidayətul-hikmə” adlı əsərinin əlyazma nüsxələrini vahid nüsxə altında hazırlayan Abdullah Yormazın ərəbcə mətbu variantına da müraciət etmişdir. Hətta Əbhəri ilə bağlı cəmi 6 səhifədən ibarət olan mətni hazırladığı dövrdə Əbhərinin Süleymaniyə kitabxanasında mövcud olan “Hidayətul-hikmə” adlı əsərinin əlyazma nüsxəsinin ərəb dilində türkiyəli alim Abdullah Yormaz tərəfindən hazırlanan və 2008-cı ildə Türkiyənin Marmara Universiteti İlahiyyat fakültəsi dərgisinin 34-cü sayında, 145-202 səhifələri arasında nəşr olunan vahid mətbu variantını (elektron halında 2019-cu ildən etibarən kompüterində yığıb hazırlamağa başladı və 2020-ci ildə bu işi bitirdi. Bunu sübut edən elektron və mətbu dəlil hazırda ondadır. Daha sonra “Əsirəddin Mufaddal bin ömər Əbhəri” bölümünü yazarkən, həm elektron variantda hazırladığı bütün mənbələri gözdən keçirib zəruri gördüyü məlumatlardan vasitəli nitq üsulu ilə istifadə etmiş və mənbələrdən vasitəli nitq üsulu ilə iqtibas etdiyi məlumatların mənbəyini “İslam fəlsəfəsi (orta əsrlərmüasir dövr)” kitabının elektron nüsxəsində göstərərək “Əsirəddin Mufaddal bin Ömər Əbhəri (1200-1265)” adlı hissəni 6 səhifəlik bir material olaraq yazıb hazırlamışdır. “İslam fəlsəfəsi (orla əsrlər-müasir dövr)” adlı kitabın diqqətsizlik səbəbi ilə ədəbi redaktorlara göndərmədiyi sözügedən nüsxəsindəki Əsirəddin Mufaddal bin ömər Əbhəri ilə bağlı olan hissə ümumilikdə həmin kitabın 2019-cu ildə nəşr olunan nüsxəsindəki Əsirəddin Əbhəri məqaləsindən fərqli olaraq 22 səhifəlik xam mətndən deyil, tədqiqat süzgəcindən keçirilərək hazırlanmış 6 səhifəlik materialdan ibarətdir. Əsirəddin Əbhəri ilə bağlı həmin 6 səhifəlik materialda çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi” adlı əsər həm səhifələr içində, həm də kitabın sonunda yer alan “İstifadə olunmuş ədəbiyyat” siyahısında mənbə kimi qevd olunmuşdur. Bununla yanaşı, 2020-ci ilin oktyabr avında hazırlayıb tamamladığı sözügedən 6 səhilfəlik Əbhəri bölümündə çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi” kitabının sadəcə baş redaktoru F.Köçərli və digər iki əsas redaktoru olan Z.Quluzadə və K.Bünyadzadənin adlarını qeyd etmişdır. Həmin 6 səhifəlik materialda kitabı mənbə göstərərkən İddiaçı adını qevd etməməsinin səbəbi isə odur ki. çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi” kitabının redaktorları ilə yanaşı, həmmüəlliflərin adlarının və soyadlarının da göstərilməsi zəruri olan əvvəlki səhifələrində təəssüf ki, heç bir həmmüəllifın adı qeyd olunmayıb. Həmmüəlliflərin adları ancaq sözügedən kitabın giriş hissəsinin sonunda bir iki cümlə ilə qeyd olunub Buna dair sübutunu məhkəmənin əvvəlki hazırlıq iclasında təqdim etmişdır. Əlbəttə redaktor ilə müəllif ayrı-ayrı anlayışlardır. Amma demək olar ki, bir çox tədqiqatçı kitabın ona lazım olan hissəsini və fəslini oxuyub tədqiqat üçün istifadə edir və müəllifin, yaxud həmmüəlliflərin adlarını tədqiqatçıya bəzən baxılması lazım gəlməvən giriş hissəsində deyil, kitabın ya qapaq hissəsində, ya da iç qapaq səhifəsində axtarır və orada yer alan müəllif və redaktorun adını qeyd edir. Müəllif adlarının kitabın giriş hissəsinin sonunda qeyd olunması, müəllif adlarının onların məqalələrindən istifadə edən tədqiqatçıların diqqətindən qaçmasına səbəb ola bilər. Sözügüden çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi” kitabındakı məqalənin başında heç bir müəllifin adı qeyd olunmayıb. Buna görə də, Əbhəri ilə bağlı hazırladığı 6 səhifəlik materialda belə mənbə kimi çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarıxi”ni qeyd etsə də, kitabın giriş hissəsini oxumadığı üçün ilk səhifədə yer alan baş redaktor F.Köçərli və digər iki əsas redaktor olan Z.Quluzadə va K.Bünyadzadənin adlarını qeyd etmişdir. Burada belə bir şübhə oyana bilər ki, bəlkə iş məhkəmə prosesinə gəlib çıxandan sonra bu dəyişikliyi etmişdir?” Ailə və məişət zəminində yaşadığı mənəvi və fiziki sıxıntı və xəstəliklərin doğurduğu mənəvi və fiziki yorğunluq səbəbilə səhvən ədəbi redaktora göndərmədiyi “İslam fəlsəfəsi (orta əsrlər müasir dövr)” adlı kitabın 2019-cu ildə yaradılmış elektron voysk nüsxəsindəki son dəyişiklik 2020-ci ilin oktyabr ayında olub ki, bu da həmin dosyedə Əsirəddin Əbhəri ilə bağlı hazırladığı 6 səhifəlik materialın işlənməsi səbəbilədir. Həmin tarixdən sonra kitabda heç bir mövzuya, o cümlədən “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı 6 səhifəlik hissəyə də müdaxilə olunmayıb. Çünki hər hansı bir faylda hər hansı bir dəyişiklik olanda bu həmin elektron faylın “İnfo..” ya da “History” hissəsində özünü biruzə verir. Səhvən, ədəbi redaktora göndərmədiyi “islam fəlsəfəsi (orta əsrlər-müasir dövr) adlı kitabın 2019cu ildə yaradılmış elektron voysk nüsxəsində yer alan Əbhəri ilə bağlı 6 səhifəlik materialı 2020-ci ilin oktyabr ayında hazırlayıb bitirdiyini göstərən sübut və dəlillərini əvvəlki hazırlıq məhkəməsində yazdığı ilk etiraz ərizəsinə əlavə olaraq məhkəmənin dəftərxanasına həm mətbu, həm də elektron nüsxədə təqdim etmişdir. Burada belə bir sual ortaya çıxa bilər ki, kitab 2019-cu ildə nəşr olunub. 2020-ci ildə kitabın hazırlanması ile bağlı tədqiqat işlərinin tamamlanmasından bəhs etmək nə dərəcədə həqiqəti əks etdirir? Əslində Azərbaycan İlahiyyat İnstitutunun elmi əsərlərin və dərsliklərin nəşrinə dair plan və layihəsinə əsasən “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın hazırlanıb nəşr edilməsi 2019-cu il üçün nəzərdə tutulsa da, kitabla bağlı tədqiqat işlərinin müddət etibarilə 2020-ci ili də əhatə edəcək şəkildə uzanması və həmin dövrdə covid 19 virusunun yayılması ilə əlaqədar olaraq ölkədə elan edilən pandemiya şəraiti həm sözügedən kitabla bağlı tədqiqat, həm də redaktə işlərinin uzanmasına və işin 2020-ci ilin sonunadək davam etməsinə səbəb olmuşdur. Buna görə də kitabın hazırlıq mərhələsi 2020-ci ilin sonunda bitmişdir. Kitab nəşr olunduqdan uzun bir müddət sonra, kitabın digər həmmüəllifi Cavabdeh1 kitabın çap variantının əvvəlki bir-iki fəslini nəzərdən keçirdiyini və kitabda bəzi ciddi orfoqrafik və cümlə səhvləri olduğunu ona bildirdi. Buna görə də kitabın onun və redaktorlar tərəfindən yenidən daha diqqətli şəkildə gözdən keçirməsini və mövcud xəta və səhvlərin ortadan qaldırılaraq yenidən nəşr edilməsini uyğun gördü. Bu göstərişə əsasən 2021-ci ilin dekabr ayının sonundan etibarən kitabı dərslər və imtahanlar arasında fürsət olduqca, sözbəsöz, cümlə-cümlə oxumağa və redaktə etməyə başlamışdır. Hardasa ilk üç fəsli oxuyub bitirmişdi ki, Azərbaycanlı filosofları ilə bağlı növbəti fəslini oxumağa başlarkən artıq 2022-ci ilin iyun-iyul ayları idi və o, həmin vaxt kitabının Bəhmənyar və onun fəlsəfəsi ilə bağlı hissəsini oxuyub redaktə edirdi. Həmin fəsildə eyni zamanda Əsirəddin Əbhəri ilə bağlı da sözügedən məqalə yer almaqdadır. Kitabla əlaqədar redaktə işləri davam edərkən telefonuna İddiaçı müəlliflik hüquqlarının pozulması ilə bağlı cavabdeh qismində ona qarşı məhkəmə açdığına dair SMS mesajı gəldi. Həmin mesajdan sonra məsələni araşdırmış və problemin “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” kitabının Əsirəddin Mufaddal bin Ömər Əbhəri ilə bağlı hissəsi ilə əlaqədar olduğunu öyrənmiş və kitabın həmin hissəsində yuxarıda qeyd etdiyi səbəblərdən ötrü yol verdiyi texniki səhvin və mətbəəyə əvvəlcə tədqiqat üçün hazırladığı xam mətnin olduğu dosyeni göndərdiyini görmüşdür. Lakin ilkin anda onu təəccübləndirən o idi ki, axı bu məqalənin yer aldığı “Azərbaycan fəlsəfə tarixi” kitabının nə üst, nə də iç qapağında nə İddiaçı, nə də digər həmmüəlliflərin adı yox idi. Sonradan “Azərbaycan fəlsəfə tarixi” kitabının redaktorlarından biri, hörmətli prof. Könül Bünyadzadəyə zəng edib öyrənmişdir ki, sözügedən kitabda İddiaçı da həmmüəlliflərdən biridir, amma bütün həmmüəlliflərin adı kitabın giriş hissəsinin sonunda qısa şəkildə qeyd olunub. Nəhayət İddiaçı xanımın nömrəsini onun həmkarı Zaur (soyadını unutmuşdur) müəllimdən əldə etmiş və xanıma zəng edib bunun texniki bir xəta olduğunu, müəyyən üzrlü səbəblərdən baş verdiyini və həmin bölümün onun tərəfindən hazırlandığını, buna görə də yol verilən səhvə görə dəfələrlə üzrxahlığını bildirmiş 1 avqust 2022-ci ildə Bakı Dövlət Universitetinə gedib İddiaçı rəhbəri olduğu kafedrada ziyarət etmiş və bunun texniki bir səhv olduğunu bildirərək üzr istəmişdir. Hətta həmin problemin texniki bır səhv olduğunu subut etmək üçün sözügedən kitabın elektron variantını da USB-də ona təqdim etmişdir ki, öz kompüterində baxıb bunun həqiqətən texniki bir səhv olduğunu bilsin. Sözügedən elektron dosye yuxarıda bəhs etdiyi “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın elektron variantını mətbəəyə səhvən göndərmədiyi nüsxəsidir ki həmin nüsxədə qeyd etdiyi kimi Əbhəri ilə bağlı hissə 6 səhifəlik materialdan ibarətdir və orada çoxmüəllifli “Azərbaycan fəlsəfə tarixi” kitabı bir mənbə kimi qeyd olunub. O, Kəmalə xanımdan görüş əsnasında dəfələrlə üzr istəyərək mövcud problemin ortadan qaldırılması üçün ziyalıya yaraşacaq və ziyalı ünsiyyətini pozmayacaq üslub ilə addım atmağa hazır olduğunu, bu səhvin aradan qaldırılması üçün “İslam fəlsəfəsi (orta akrlar-müasir dövr)” adlı kitabın yenidən nəşr olunub orada İddiaçı kitabın həm elmi redaktoru, həm də 415 səhifəlik kitabın 5 faizini (yəni 22 səhifəsini) təşkil edən Əbhəri ilə bağlı hissənin müəllifi kimi qöstərəcəyini, eyni zamanda, yeni nəşrin ön sözündə kitabın 2019 nəşrində yer alan Əsirəddin Mufaddal bin ömər Əbhəri” adlı məqalənin müəllifinin İddiaçı olduğunu qeyd edəcəyini iddiaçıya bildirmişdir. Bütün bunları deməkdə məqsədi, çoxmüəllifli “Azərbaycan fəlsəfəsi tarixi kitabındakı həmmüəllif İddiaçı “Əsirəddin Əbhəri” ilə bağlı məqaləsinə dair müəlliflik haqqının 2019-cu ildə Nurlar nəşriyyatında cap olunan “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabda pozulması faktı onun tərəfindən məqsədyönlü və qərəzli şəkildə edilməmiş, həmin dövrdə ailə və məişət zəminində yaşadığı mənəvi və fiziki sıxıntıların doğurduğu mənəvi və fiziki yorğunluq və böhran səbəbilə səhvən baş vermişdir. Bu, tamamilə kitabın elektron dosyelerini qarışıq salaraq mətbəvə nəşr olunması müvafiq olmayan əvvəlki xam nüsxəni göndərməsi nəticəsində baş vermiş texniki bir səhvdir. Qeyd etdiyi ailə və məişət zəminində bu və qeyd edə bilmədiyi digər problemlərin onda yaratdığı fiziki və mənəvi yorğunluq və böhran texniki olaraq böyük səhvə vol verməsinə gətirib çıxarmışdır ki, buna görə çox peşman olduğunu da üzrxahlıq edərək hörmətli İddiaçı ilə görüşüb şəxsən özünə bildirmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizəsində qətnamə qəbul edilməsini xahiş etdiyi tələblərin 1-ci və 4-cü maddələri tam, üzrxahlıqla əlaqədar olan 5-ci hissəsi isə ziyalı ünsiyyətinə yaraşacaq şəkildə təmin edilmişdir. Kitab yazılarkən hər hansı müəlliflik hüququnu pozmaq niyyəti olmamışdır. Bu. kitabın həm mövzusuna, həm də dəyərlərə və əxlaqa ziddir. Təsadüfi deyil ki, sözügedən kitabda istifadə edilən digər əsərlərin müəlliflərinin adları, onların hər bir fikir və yanaşmasının istinad mənbəyi dəqiq olaraq göstərilib. Kitabın 2019-cu il mətbu variantında bəzi orfoqrafik və texniki səhvlərlə yanaşı, 274-296-cı səhifələrində müəllif İddiaçı adının və götürülmə mənbəyinin mövcud olmadığını nəzərə alaraq həmin kitabın 2019 nəşrinin mövcud olduğu kitabxanalardan (Axundov adına Milli Kitabxana, Prezident Kitabxanası və X12) yığışdırılması, istifadədən qaldırılması və elektron variantının internet resurslarından silinməsi ilə bağlı dərhal faktiki tədbirlər görmüşdür. Həmin tədbirlər sayəsində hazırda sözügedən kitab (Bakı 2019) kitabxanalardan yığışdırılmış və elektron variantı isə internet resurslarından silinmişdir. Bütün bu qeyd etdiyi və faktiki olaraq gördüyü tədbirlərə dair sübut və rəsmi yazıları təqdim etmişdir. Həmin rəsmi yazışmalarda kitabın 2019-cu il nəşrinin mövcud olduğu kitabxanaların fondunda qeydiyyatdan çıxarılması kitabın elektron variantının internet resurslarından sildirilməsi kimi tələblər rəsmi yazı halında öz əksini tapır. Hətta bununla bağlı atılan addımların faktiki nəticəsi olaraq sözügedən kitabın 2019 nəşrinin mövcud olduğu kitabxanaların fondundan qaldırılan və Azərbaycan İlahiyyat İnstitutuna təhvil verilən nüsxələrindən birini, o cümlədən kitabın elektron pdf variantının internet resurslarından silinməsinə dair yazışmaların print nüsxəsini nümunə üçün ilk hazırlıq iclasında tədqım etmişdir. Bu məsələnin iki ziyalı azərbaycanlı arasındakı ziyalı ünsiyyətini pozmayacaq şəkildə hüquqi və sivil qaydada münasib həll yolu tapması cavabdeh bır şəxs olaraq onun üçün həm hüquqi həm də əxlaqi və vicdani bir məsələdir. Düşünür ki, bu məsələ hüquqi, əxlaqi, və vicdani müstəvidə əsl ziyalıya yaraşan şəkildə verilən təkliflərlə öz həll yolunu tapa bilər. İddiaçı müəlliflik hüququnun təmin olunması ilə bağlı atdığı addımlar və problemin həllinə yönəlik irəli sürdüyü ağlayatan təkliflər şəxsən cavabdeh qismində bu məsələdə heç bir qərəzli niyyət daşımadığını bariz şəkildə ortaya qoyur. Yuxarıda qeyd etdiyi və sübutlarda öz əksini tapan nüanslar və problemin ziyalıya yaraşacaq şəkildə sivil və mədəni müstəvidə həll edilməsi istiqamətində faktiki olaraq cavabdeh qismində onun tərəfindən atılan addımlar və görülən tədbirlər İddiaçı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizəsində qətnamə qəbul edilməsini xahiş etdiyi maddələrin 1-ci və 4-cü hissələrini tam, üzrxahlıqla əlaqədar olan 5-ci hissəsini ziyalı ünsiyyətinə yaraşacaq şəkildə təmin edir. Cavabdeh1la həmmüəllifi olduqları və illərlə apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn 415 səhifəlik “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 5 faizlik (22 səhifə) plagiat hissəsindən ötrü ümumilikdə pirat məhsul hesab edilməsinə dair iddiaçı tərəfindən irəli sürülən tələb sözügedən kitabın geriyə qalan 95%nin həmmüəllifləri olan Cavabdeh2 və Cavabdeh1 müəlliflik hüquqlarını pozacağına görə əsassızdır. Sözügedən kitabda əqli mülkyyətlə bağlı yol verilən hüquq pozuntusunun ziyalı ünsiyyətini pozmayacaq şəkildə ortadan qaldırılması, əqli mülkiyyət hüququ pozulan İddiaçı müəlliflik hüququnun bərpası və təmin edilməsi üçün sözügedən kitabın “Əsirəddin Mufaddal bin Ömər Əbhəri (1200-1265)” adlı hissəsinin müəllifi olaraq İddiaçı ad və soyadının qeyd edilməsi şərti ilə 2019-cu il tarixi ilə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən institutun rəsmi loqosu ilə yenidən nəşrinə dair təklif və qərarın qəbul edilməsini daha münasib hesab edir. Digər tərəfdən “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın tamamilə pirat məhsul hesab edilməsi üçün İddiaçı eyni və ya buna bənzər adda daha əvvəlcə nəşr olunmuş kitabının olması və “islam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın da bu mövzuda İddiaçı daha əvvəlcə eyni adda yaxud bənzər adda nəşr olunmuş kitabının müəllif adı saxtalaşdırılaraq nüsxələrinin çoxaldılması lazım gəlir. Halbuki, “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitab bütövlükdə Əsirəddin Əbhəri haqqında hansısa bir kitabın müəllif adı dəyişdirilərək nüsxələri saxta bir şəkildə çoxaldılmış və bundan qazanc əldə edilmiş əsər deyil. Sözügedən 415 səhifəlik kitabda “Əsirəddin Mufaddal bin Ömər Əbhəri (1200-1265)” adlı hissə çoxmüəllifli olan “Azərbaycan fəlsəfə tarixi” (Bakı: “Elm” Nəşriyyatı, 2014) adlı kitabın Əsirəddin Əbhəri ilə bağlı 22 səhifədən ibarət bir hissəsini təşkil edir ki, elmi qaydalara görə bunun adı plagiatdır. Bu mənada, pirat ilə plagiat anlayışları arasında böyük fərq var. Nəticə etibarilə “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 415 səhifəsi sadəcə Əsirəddin Əbhəri və onun fəlsəfi düşüncələri haqqında deyil. Ümumiyyətlə həmmüəllifi olduğu sözügedən kitabda fəlsəfə, xüsusilə İslam fəlsəfəsinin mahiyyəti, İslam dünyasında fəlsəfi düşüncənin təşəkkülünə səbəb olan amillər və orada ortaya çıxan əsas fəlsəfi məktəblər, bu məktəblərin əsas nümayəndələri, onların həyatı və fəlsəfi dünyagörüşləri, xüsusən də azərbaycanlı filosofların bu fəlsəfi miras içindəki əhəmiyyəti, onların İslam mədəniyyətinin təşəkkülünə verdikləri töhfələr və s. kimi mövzulara yer verilmişdir. Həmin kitabda İslam fəlsəfəsi təşəkkül tarixindən müasir dövrədək xronoloji ardıcıllıqla əsas nümayəndə və istiqamətlərini də ehtiva edəcək şəkildə dəqiqliklə araşdırılmışdır. Kitabdakı mövzular uzun illərdən bəri apardıqları tədqiqatların məhsuludur. Kitabda mənbə etibarilə başda İslam fəlsəfəsinin ərəb və fars dillərində olan ilkin mənbələri olmaqla bu sahənin birinci dərəcəli mütəxəssiləri olan filosof və alimlərin əsərləri əsas alınmış və götürülmə mənbəyinə istinad olunmuşdur. Əsirəddin Əbhəri ilə bağlı hissə isə 415 səhifəlik “İslam fəlsəfəsi (orta əsrlərmüasir dövr)” adlı kitabın cəmi 5 %-ni (22 səhifə) təşkil edir. Buna dair sübutu sözügedən kitabda plagiat dərəcəsinin 5% olduğunu göstərən rəsmi “X7” və “Strike Plagiarism” domenlərinin raportlarıdır. Həmin raportları iki ayrı nüsxə halında 24 avqust 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasında sübut olaraq təqdim etmişdir. Uzun illik tədqiqat nəticəsində ərsəyə gələn bu kitabın yalnız 274-296-cı səhifələrində müəllifin adı və götürülmə mənbəyini ailə və məişət zəminində yaşadığı mənəvi sıxıntılardan doğan mənəvi yorğunluq və bundan irəli gələn diqqətsizlik səbəbilə səhvən göstərmədiyi üçün iddia tələbinə əsasən bütün kitabın pirat məhsul hesab edilməsi bütün digər səhifələrdə olan uzunmüddətli xüsusi araşdırmalarına, yaradıcılıqlarına və zəhmətlərinə kölgə salır, tələbələrinin onlardan istifadəsini məhdudlaşdırır, habelə kitabın digər səhifələrində olan müəlliflik hüquqları pozulur. Buna görə də 2019-cu ildə “Nurlar” nəşriyyatında cap olunan “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabda “Əsirəddin Mufaddal bin Ömər Əbhəri (1200-12651)” adlı hissənin kitabın sadəcə 5%-ni (22 səhifə) təşkil etdiyini nəzərə alaraq İddiaçı həmin hissə ilə əlaqədar müəlliflik hüququnu təmin etməklə yanaşı, 2019-cu ildə “Nurlar” nəşriyyatında çap olunan “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 95% faizinin həmmüətlifləri olaraq onların (Cavabdeh2 və Cavabdeh1) müəlliflik hüquqları da qorunmalıdır. Eyni zamanda, iddia tələbinə əsasən kitab müsadirə olunarsa və ya məhv edilərsə, Azərbaycan Respublikasının dini, milli-mənəvi və bu sahədəki ideoloji təhlükəsizlik siyasətinə xidmət edən Azərbaycan Respublikası Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun tələbələri din, ələlxüsus İslam dini və onun fəlsəfəsi kimi həssas bir mövzuda dövlətin mili-mənəvi və ideoloji maraqlarını əsas alaraq müasir elmi tələblərə görə hazırlanan sözügedən yerli dərs vəsaitindən istifadə etmək imkanlarından məhrum qalacaqlar. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizəsi”ndə yer alan 20.000 (iyirmi min) manat kompensasiyanın cavabdehlərdən tutularaq İddiaçı ödəniləməsi barəsində qətnamə qəbul edilməsinə dair tələbi əsassızdır. Belə ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və plagiatçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun “Zərərin əvəzinin ödənilməsi”nə dair 6-cı maddəsində məhkəmə əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hüquqpozmaya yol vermiş şəxsin hüquq sahibinin çəkdiyi zərərin əvəzini ödəməsi barədə qərar qəbul edərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin hüquq pozuntusuna yol verdiyi əqli mülkiyyətdən əldə etdiyi gəlirləri nəzərə almalıdır. 2019-cu ildə “Nurlar” nəşriyyatında çap olunan ‘‘İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitab satış məqsədi ilə deyil, Azərbaycan İlahiyyat İnstitutunda din sahəsində tamamilə dövlət sifarişi və dövlət hesabına (dövlətin maddi dəstəyi ilə) ödənişsiz ali təhsil alan tələbələrin pulsuz dərs vəsaitləri ilə təmin olunması məqsədilə nəşr olunmuşdur. Çünki din və onun fəlsəfəsi cəmiyyət üçün çox həssas bir sahədir. Cəmiyyətdə bu sahədə hər hansı bir radikal və ekstremist anlayış və təsəvvürlərin formalaşmasının qarşısının alınması X1 din sahəsində təhsil alan tələbələrin din və onun fəlsəfəsi mövzusunda müxtəlif bölücü və radikal ideologiyalar daşıyan xarici mənbələrin təsiri altında qalmaq kimi təhlükələrdən sığortalaması və ölkənin bu sahədəki milli-mənəvi və ideoloji təhlükəsizliyinin təmin edilməsi məqsədilə din və onun fəlsəfəsi sahəsindəki dərs vəsaitlərinin Azərbaycan dövlətinin yetişdirdiyi məxsusi ilahiyyatçı mütəxəssis və kadrlar tərəfindən hazırlanması oduqca əhəmiyyətli və zəruri olub Azərbaycan Respublikasının din sahəsindəki təhlükəsizlik siyasətinin də əsasını təşkil edir. “İslam fəlsəfəsi (orta əsrlər və müasir dövr)” adlı dərs vəsaiti də institutda hazırlanan digər dərs vəsaitləri kimi məhz yerli ilahiyyatçı mütəxəssislər tərəfindən hazırlandığını nəzərə alsalar, bu dərs vəsaiti din sahəsində təhsil alan tələbələrin din və onun fəlsəfəsi kimi həssas sahədə xarici mənbələrdən istifadə etmələrinin qarşısının alınmasına xidmət eməsi, onların din və onun fəlsəfəsi sahəsində milli mənəvi dəyərləri və ideoloji təhlükəsizliyi əsas alan yerli mənbələrdən istifadəsini təmin etməsi baxımından olduqca əhəmiyyətli bir əsərdir. Sözügedən dərs vəsaiti Azərbaycan İlahiyyat İnstitutunda yerli mütəxəssislər tərəfindən hazırlanan digər dərs vəsaitləri kimi ölkənin din, milli-mənəvi və ideoloji təhlükəsizlik siyasətinə xidmət edir. Nəzərə alınmalıdır ki. Azərbaycan Respublikasının dini, milli-mənəvi və ideoloji təhlükəsizlik siyasətinin davamı olaraq təsis edilən və strateji təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda təhsil dövlət sifarişli və dövlət dəstəyi ilə həyata keçirildiyi üçün din sahəsində hazırlanan dərs vəsaitlərinin, o cümlədən “İslam fəlsəfəsi (orta əsrlər və müasir dövr)” adlı dərs vəsaitinin satışı birmənalı şəkildə qadağandır və tələbələr həmin bu və digər dərs vəsaitləri ilə pulsuz təmin olunurlar. Satışı birmənalı şəkildə qadağan olan “İslam fəlsəfəsi (orta əsrlər-modern dövr)” adlı dərs vəsaiti Azərbaycan İlahiyyat İnstitutunun 4-cü kurs tələbələrinə sadəcə İslam fəlsəfəsi fənninin tədris edildiyi bir semestr ərzində mütaliə üçün pulsuz verilir və tədris ilinin ilk semestrinin sonunda tələbələr həmin kitabı Aİİ kitabxana fonduna təhvil verirlər. Kitabın satışının olmadığına dair rəsmi sübut Cavabdeh1 vəkili Vəkil2 tərəfindən məhkəmənin 24 avqust 2022-ci ildə təşkil olunan hazırlıq iclasında təqdim edilmişdir. Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin pulsuz dərs vəsaitləri ilə təmin olunduğuna və təhsilin dövlət sifarişi və dəstəyi ilə olduğuna dair bir digər sübut İnstitutun həm 5 avqust 2020, həm 16 iyun 2020-ci ildə youtube-da yerləşdirilən tanıtım videosu, həm də rəsmi səhifəsində bu mənada yer alan rəsmiməlumatlardır.(https://www.youtube.com/watch?v=c1EPP37i9EE;https://ait.edu.az/az /about/n-ucun-ai-i/). Kitabın mətbu nəşrində yol verdiyi texniki səhvi fərq edib, iddiaçının məhz özündən üzrxahlıq edərək həmin səhvin ortadan qaldırılması istiqamətində gördüyü faktiki işlər (kitabın mövcud olduğu kitabxanalardan götülüməsi və oxuculara verilməməsi, kitabın elektron variantının internet resurslarından sildirilməsi, bu mənada İddiaçı ilə üzüzə görüşərək ona üzrxahlığını bildirməsi və kitabın yeni nəşrinin ön sözündə kitabın 2019 mətbu nüsxəsinin 274-296-cı səhifələrində Əbhəri ilə bağlı yer alan mövzunun müəllifliyinin İddiaçı aid olduğunu qeyd edəcəyini İddiaçı bildirməsi) İddiaçı iddia ərizəsində qətnamə qəbul edilməsini xahiş etdiyi maddələrin bir çoxunu təmin edir. Yuxarıda qeyd olunanları, Azərbabycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 1096-cı maddələrini, “Əqli mülkiyyət hüquqlarının təminatı və plagiatçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2.1-ci maddəsini, iddiaçıya zərərin vurulmasına dair təqsirli və hüquqazidd əməlin mövcud olmamasını, kitabın satış məqsədilə nəşr edilmədiyini və ondan heç bir gəlir əldə edilmədiyini, habelə vurulmuş zərərə dair sübutların olmadığını nəzərə alaraq İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizəsi”ndə yer alan 20.000 (iyirmi min) manat kompensasiyanın cavabdehlərdən tutularaq iddiaçıya ödəniləməsinə dair iddia tələbi əsassızdır. Cavabdeh1 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş 14 iyul 2022-ci il tarixli etirazından və 24 avqust 2022-ci il tarixli ərizə ilə təqdim edilmiş sübutlardan göründüyü kimi “İslam fəlsəfəsi (orta əslər-müasir dövr)” (Bakı “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) adlı kitabın 60-128-ci, 214-222-ci və 333-338-ci səhifələrini o yazmışdır. Bir daha qeyd edir ki, kitabda iddiaçının müəlliflik hüququ pozulduğu iddia edilən hissə, yəni 274- 296-cı səhifələr onun tərəfindən yazılmamışdır və ona görə də ona qarşı iddia tələbi irəli sürülə bilməz. Sözügedən kitabın iddia ərizəsində göstərilən hissəsi, yəni 274-296-cı səhifələri digər Cavabdeh2 tərəfindən yazılmışdır və o, bu barədə məhkəməyə müraciət edərək öz etirazında və məhkəmə iclasındakı izahatında bildirərək etiraf etmişdir. Eyni zamanda, bununla bağlı sübutlar da məhkəməyə təqdim edilmişdir. Şərikli müəlliflik məsələsi Azərbaycan Respublikasının qanunvericiliyində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi ilə tənzimlənir. Orada deyilir: İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ (şərikli müəlliflik) həmin əsərin, ayrılmaz, bütöv və ya müstəqil əhəmiyyətə malik olan ayrıayrı hissələrdən ibarət olmasından asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur. Şərikli əsərlərdən istifadə hüququ bütövlükdə onu birgə yaratmış müəlliflərə məxsusdur. Şərikli əsərin müəlliflərindən heç birinin əsaslı dəlilləri olmadan digərinə həmin əsərdən istifadəni qadağan etməyə ixtiyarı yoxdur. Şərikli əsərin müstəqil əhəmiyyətli hissəsi həmin əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilərsə, müstəqil əsər kimi qəbul edilir. Aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, şərikli əsərin müəlliflərindən hər birinin özünün müstəqil əhəmiyyət daşıyan hissəsindən öz istəyinə uyğun şəkildə istifadə etmək ixtiyarı vardır. Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir. Şərikli əsər müəlliflərinin hər birinin ayrılıqda həmin əsəri müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haqqında şəhadətnamə almaq, habelə öz hüquqlarının müdafiəsi ilə əlaqədar, o cümlədən əsərin hissələri ayrılmaz olduqda da müstəqil tədbirlər görmək hüququ vardır. Buradan göründüyü kimi digər həmmüəlif tərəfindən törədilmiş bir pozuntuya görə onun da cavabdehlik daşıması barədə hər hansı bir tənzimləmə yoxdur. Əksinə bu maddədə “Şərik müəlliflər arasındakı münasibətlər onların razılığı ilə müəyyən edilir” müddəası onun cavabdehlikdən çıxarılması üçün hüquqi əsas vermiş olur. Belə ki, digər həmmüəllif tərəfindən aralarında olan razılığa əsasən kitabın hər bir müəllif tərəfindən yazılmış hissəsinə görə həmin müəllif özü cavabdehlik daşıyır. Bunu digər müəllif olan Cavabdeh2 da təsdiqləməkdədir. Kitabın onun tərəfindən yazılmış 60-128-ci, 214-222-ci və 333-338-ci səhifələri müstəqil əhəmiyyətli hissələrdir və həmin əsərin digər hissələrindən ayrılıqda istifadə oluna bilər və müstəqil əsər kimi qəbul edilə bilər. Kitab tamamilə pirat hesab edildiyi halda onun müəlliflik hüquqları pozulacaqdır. Ümumiyyətlə, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində pirat məhsula bu cür anlayış verilmişdir “pirat məhsul - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələri”. Buradan aydın olur ki, bir kitabın pirat məhsul hesab edilməsi üçün onun hər hansı bir kitabın tamamilə eyni nüsxəsi olması lazımdır. Burada isə plagiat sayıla biləcək olan hissə kitabın sadəcə 5-6%lik bir hissəsini təşkil edir. Belə olan halda kitabın tamamilə bu əsərin nüsxəsi sayılması hüquqa zidd olardı. Bunu da nəzərə almaq lazımdır ki, akademik əsərlərin, dissertasiyaların, kitabların, məqalələrin ali təhsil müəssisələri, Ali Attestasiya Komissiyası və ya Elmlər Akademiyası tərəfindən qəbul edilməsi və ya təsdiqlənməsi zamanı 25-30 % bənzərliyin mövcud olmasına yol verilir. Bu barədə müvafiq qurumlara məhkəmə tərəfindən sorğu göndərilə bilər. Əsərlərdə olan plagiatın və ya bənzərliklərin faizinin müəyyən edilməsi üçün istifadə edilən iki ayrı ən mötəbər proqramlar olan “Turnitin" və “StrikePlagiarism” proqramlarına salındıqda sözügedən kitabda sadəcə 5-6 % bənzərlik olduğu üzə çıxıb. Bununla bağlı sübutlar da məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, sözügedən kitab satış məqsədilə nəşr edilməyib və ondan heç bir gəlir əldə edilməyib, bu barədə də sübutlar məhkəməyə təqdim olunub. Lakin iddiaçı iddia tələbinin dəyişdirilməsi ərizəsində ona dəymiş zərərin miqdarını təsdiq edəcək sübutlar təqdim etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən iddia tələbinə dair mülahizə təqdim edilmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Agentliyə təqdim edilmiş 2014-cü ildə Bakı, “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” kitabın 193-215-ci səhifələrində verilmiş İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissə ilə Cavabdeh2 və Cavabdeh1 şərikli müəllifliyi ilə 2019-cu ildə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilmiş “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 274-295-ci səhifələrində verilmiş “Əsirəddin Müfəzzəl bin ömər Əbhəri (1200-1265)” adlı hissəsi Əqli Mülkiyyət Agentliyində müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından müqayisə olunmuşdur. Müqayisə nəticəsində aşağıdakılar müəyyən edilmişdir: 1. “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində verilmiş İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin ömər Əbhəri” adlı hissə ilə Cavabdeh2 və Cavabdeh1 şərik müəllifləri olduqları “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 274-295-ci səhifələrində olan “Əsirəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” adlı hissəsi demək olar ki, eynidir (müqayisə əlavə olunur). 2. 2014-cü ildə Bakı, “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində olan “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissənin müəllifinin “fəl.e.n. İddiaçı” olduğu göstərilmişdir. 2019-cu il Bakı. “Nurlar’ 3. 2019-cu il Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilmiş “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabda isə onun müəlliflərinin Cavabdeh2 və Cavabdeh1 olduqları göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra - Konstitusiya) 30-cu maddəsinə əsasən “hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur”. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının (bundan sonra-Konvensiya) 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “Müəllifin əmlak hüquqlarından asılı olmayaraq və hətta bu hüquqların verilməsindən sonra müəllifin öz əsərinə müəllifliyinin tanınmasını tələb etmək və bu əsərin təhrif edilməsinə, mənasının dəyişilməsinə və digər dəyişikliyə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirə biləcək başqa hərəkətlərə qarşı çıxmaq hüququ vardır”. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun (bundan sonra-Qanun) 6-cı maddəsinə əsasən ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) və törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi) müəlliflik hüququnun obyekti olan əsərlər sırasına daxildir və ədəbi əsərlər kimi qorunur. Qanunun 8-ci maddəsinin normasına görə “Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur” və müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış C latın hərfi — ©; müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); əsərin ilk dəfə dərc edildiyi il”. Qanunun 15-ci maddəsinə uyğun olaraq, “müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadəyə müstəsna hüquqlar əsərin müəllifinə və ya əsərə müəlliflik hüququnun digər sahibinə məxsusdur”. “Müstəsna hüquq” dedikdə, əsərdən istifadə hüquqlarının müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin özü tərəfindən həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir. Müəllifin göstərilən maddədə qeyd edilmiş əmlak hüquqları sırasında əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq, əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək və həmin maddənin 4-cü bəndinə əsasən müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır. Qanunun “Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə” adlanan 19-cu maddəsinə əsasən “müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir. 1) elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; 2) qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və videoyazılmalarda istifadə etməyə; 3) müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; 4) fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; 5) açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; 6) qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa)”. “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində verilmiş İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissə ilə Cavabdeh2 və Cavabdeh1 şərik müəllifləri olduqları “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 274-295-ci səhifələrində olan “Əsirəddin Müfəzzəl bin ömər Əbhəri (1200-1265)” adlı hissəsinin müqayisəsinin nəticəsi göstərir ki, İddiaçı məxsus əsərdən onun razılığı olmadan qeyri-qanuni istifadə olunmuşdur. 2019-cu ildə “Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzində nəşr edilmiş “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 274-295-ci səhifələrində 2014-cü ildə Bakı, “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində olan İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissənin cavabdehlərin öz adları altında, yəni onlara məxsus müəlliflik hüququ obyekti kimi göstərmələri müəllif-hüquq qanunvericiliyinin tələblərinin pozulmasıdır. İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissə müəllifin yaradıcıllıq fəaliyyətinin nəticəsi olmaqla obyektiv formada mövcud müəlliflik hüququnun obyekti olan əsərdir, müəllifin adı altında açıqlanmış həmin əsərə müəllifin müstəsna hüququ vardır və müəllifin razılığı olmadan başqa bir kitabda müəllifin adı dəyişdirilərək onun dərc edilməsi müəllif hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qanunun 45-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi, hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması və pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi barədə qərar qəbul edə bilər. Bununla yanaşı, həmin maddənin 4-cü və 5-ci hissələrinə əsasən məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər və müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 6.1-ci hissəsinə əsasən hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir. Həmin maddənin 6.2-ci hissəsinin tələbinə görə zərər müəyyən edilərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər; hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər; hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) nəzərə alınmalıdır. 1. 2014-cü ildə Bakı, “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində olan İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin ömər Əbhəri” adlı hissənin cüzi dəyişikliklər edilməklə 2019-cu il Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilmiş Cavabdeh2 və Cavabdeh1 şərik müəllifləri olduqları “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabda istifadə edilməsi Qanunun 8-ci (Müəlliflik hüququnun yaranması. Müəlliflik prezumpsiyası). 14-cü (Şəxsi (qeyri-əmlak) hüquqlar). 15-ci (Əmlak (iqtisadi) hüquqları), 19-cu (Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə), Konvensiyanın 2-ci, 3-cü və 6-cı maddələrinin pozulması kimi qiymətləndirilməlidir. 2. Qanunun 8-ci maddəsinin normasına görə 2019-cu il Bakı, “Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzində nəşr edilmiş Cavabdeh2 və Cavabdeh1 şərik müəllifləri olduqları “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın əvvəlində “©Cavabdeh2 və X8” yazılması o deməkdir ki, həmin kitabın müstəsna hüquq sahibi həmin kitabın şərik müəllifləri məhz Cavabdeh2 və Cavabdeh1dur. 3. 2014-cü ildə “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində olan İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissə cüzi dəyişikliklər edilməklə (mahiyyətinə təsir göstərməyən şəkildə) 2019-cu ildə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilmiş “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın 274-295-ci səhifələrində verilmiş və müəllifin adı göstərilməmiş və müəllifə istinad edilməmişdir ki, bununla da Qanunun 14-cü və 19-cu maddələrinin tələbləri pozulmuşdur. 4. 2014-cü ildə Bakı, “Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş “Azərbaycan fəlsəfə tarixi İİ cild” adlı kitabın 193-215-ci səhifələrində olan İddiaçı müəllifi olduğu “Əsirəddin Mufaddal bin Ömər Əbhəri” adlı hissənin 2019-cu il Bakı, “Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzində nəşr edilmiş “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabda istifadə edilməsinə görə müəllifdən icazə alınmamış və ona qonorar ödənilməmişdir. Bu isə Qanunun 15-ci maddəsinin pozulması deməkdir. Qanunun 47-ci maddəsinə əsasən müəlliflik hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini artırılmış həcmdə müdafiə etdi, iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən etiraf etdi, etirazların məzmununa uyğun izahat verərək, mülki işi düzgün tam hərtərəfli və ədalətli araşdıraraq, İddiaçı 2019cu ildə Nurlar Nəşriyyatında çap olunan “İslam fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın yalnız Əsirəddin Mufaddal bin ömər Əbhəri (1200-1265)” adlı hissəsi ilə bağlı müəlliflik hüququnun təmin edilməsi istisna olmaqla, digər iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi, etirazların məzmununa uyğun izahat verərək, iddia tələblərinin Cavabdeh1 aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə mülahizənin məzmununa uyğun izahat verərək, iddianın əsaslı olduğunu, müəlliflik hüquqlarının məhkəmədə müdafiəsinin vacib əhəmiyyətə malik olmasını, qərar qəbul edərkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu tərəfindən verilmiş 02/184-30/14 nömrəli 04 avqust 2022-ci il tarixli arayışdan görünür ki, 10 fəsildən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) 60-128-ci, 214-222-ci və 333- 338-ci səhifələrinin müəllifi Cavabdeh1, 17-59-cu, 129-214-cü (3.2-ci hissəyədək), 223- 332-ci və 339-415-ci səhifələrinin müəllifi Cavabdeh2dur. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu tərəfindən verilmiş 02/183-06/14 nömrəli 04 avqust 2022-ci il tarixli arayışdan görünür ki, X6 Şirinov və Cavabdeh2 olan, 10 fəsildən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabı (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) tələbələr üçün dərs vəsaiti kimi nəşr edilib. Kitab satış məqsədilə nəşr edilməyib və ondan heç bir gəlir əldə edilməyib. Kitab İnstitutun kitabxana fonduna daxil edilib. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu tərəfindən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova ünvanlanmış 02/186-30/14 nömrəli 05 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan İlahiyyat İnstitutu tərəfindən Milli Kitabxanaya təqdim olunmuş, Cavabdeh2 və Cavabdeh1 həmmüəllifliyi ilə hazırlanan “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” (Bakı: Nurlar nəşriyyatı 2019) adlı kitabda müəyyən elmi-ədəbi və müəlliflik hüquqları baxımından istinadda texniki qüsur olduğuna görə həmin kitabın istifadəsinin dayandırılması, kitabxana fondundan çıxarılmasının təmin edilməsi xahiş edilmişdir. Eyni zamanda, sözügedən kitabın 2019-cu il nəşrinin Azərbaycan İlahiyyat İnstitutunun tədris proqramına uyğun olaraq hazırlanan 2021-ci ildə çap olunmuş nəşri ilə əvəzlənməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının direktoru Mayıl Əhmədova ünvanlanmış 01/54-30/13 nömrəli 29 iyul 2022ci il tarixli məktubdan görünür ki, Azərbaycan İlahiyyat İnstitutu tərəfindən Prezident Kitabxanasına təqdim olunan, Cavabdeh2 və Cavabdeh1 həmmüəllifliyi ilə hazırlanan “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” (Bakı: Nurlar nəşriyyatı 2019) adlı kitabda müəyyən elmi-ədəbi və müəlliflik hüquqları baxımından istinadda texniki qüsur olduğuna görə həmin kitabın istifadəsinin dayandırılmasının təmin edilməsi xahiş edilmişdir. Eyni zamanda, sözügedən kitabın 2019-cu il nəşrinin Azərbaycan İlahiyyat İnstitutunun tədris proqramına uyğun olaraq hazırlanan 2021-ci ildə çap olunmuş nəşri ilə əvəzlənməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutunun rektoru Cavabdeh1 ünvanlanmış 19/674 nömrəli 28 iyul 2022-ci il tarixli məktubdan görünür ki, “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” (Bakı: Nurlar nəşriyyatı 2019) adlı kitabın həmmüəllifi f.f.d., dos. Cavabdeh2 xx.xx.2022-ci il tarixli ərizəsi nəzərə alınaraq sözügedən kitabın kitabxanada olan üç nüsxəsi həmmüəllif Cavabdeh2 təhvil verilmişdir. Məhkəmə, aşağıdakılara əsasən iddia tələbini qismən əsaslı hesab edir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü maddəsinə əsasən “pirat məhsul” - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri hesab olunur. 5-ci maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. 6-cı maddəsinin 1-ci hissəsinə əsasən ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektləridir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. 47-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. İş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən “Elm” nəşriyyatında dərc edilmiş “Azərbaycan fəlsəfə tarixi” adlı çoxcildliyin 2-ci cildinin 193-215-ci səhifələrində dərc olunmuş “Əsirəddin Əbhəri” adlı elmi məqaləsi X6 Şirinov və Cavabdeh2 olan 10 fəsildən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) 274-296-cı səhifələrində “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlığı altında iddiaçının razılığı olmadan və müəllifinə istinad edilmədən eynilə köçürülərək nəşr edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” elmi əsəri və Əsirəddin Əbhərinin “Hidayət əl-hikmət” əsərindən ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələr üzərində müəlliflik hüquqlarının pozulması faktlarının təsdiq edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, cavabdehlərin müəllifliyi ilə 1000 nüsxə tirajla “Nurlar” X3 tərəfindən nəşr edilmiş “İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın müəlliflik hüququnu pozan pirat məhsul hesab edilməsi hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, işin mübahisəsiz hallarına əsasən İddiaçı “Əsirəddin Əbhəri” adlı elmi məqaləsi X6 Şirinov və Cavabdeh2 olan 10 fəsildən, 415 səhifədən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) yalnız 274-296-cı səhifələrini əhatə edir. Belə olan halda, kitabın bütövlükdə pirat məhsul hesab edilməsi əsassızdır. Odur ki, iddia tələbi cavabdehlərin müəllifliyi ilə 1000 nüsxə tirajla “Nurlar” X3 tərəfindən nəşr edilmiş “İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın müəlliflik hüququnu pozan pirat məhsul hesab edilməsi hissəsində qismən təmin edilməli, X6 Şirinov və Cavabdeh2 olan 10 fəsildən, 415 səhifədən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlıqlı 274-296-cı səhifələri pirat məhsul hesab edilməlidir. Məhkəmə, “İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın ölkə ərazisindəki kitab satışı müəssisələrindən və kitabxanalardan müəlliflik hüququnu pozan tərəfə heç bir kompensasiya ödənilmədən müsadirə olunaraq məhv edilməsi; həmin kitabın elektron variantının internet resurslarından silinməsi; müəlliflik hüquqlarını pozmalarına görə kütləvi informasiya vasitələrində iddiaçıdan yazılı üzr istəmələri öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissələrində iddia tələblərini əsassız hesab edir. Belə ki, X6 Şirinov və Cavabdeh2 olan 10 fəsildən, 415 səhifədən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlıqlı 274-296-cı səhifələri pirat məhsul hesab edildiyindən, kitabın tamamilə müsadirə edilərək məhv edilməsi əsassız olmaqla yanaşı, cavabdehlərin də müəlliflik hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bundan başqa, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu tərəfindən Azərbaycan Milli Kitabxanasına və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasına müraciət olunaraq “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının istifadəsinin dayandırılmasının təmin edilməsi və kitabın 2019-cu il nəşrinin Azərbaycan İlahiyyat İnstitutunun tədris proqramına uyğun olaraq hazırlanan 2021-ci ildə çap olunmuş nəşri ilə əvəzlənməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən qeyd olunan kitabın kitabxanada olan üç nüsxəsi həmmüəllif Cavabdeh2 təhvil verilmişdir. Həmçinin, müəyyən olunur ki, X6 Şirinov və Cavabdeh2 olan, 10 fəsildən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabı (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) satış məqsədi ilə deyil, tələbələr üçün dərs vəsaiti kimi nəşr edilmiş və ondan heç bir gəlir əldə edilməmişdir. Göründüyü kimi, ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının iddiaçının müəlliflik hüquqları pozulmuş 2019-cu il nəşrinin istifadəsinin dayandırılması və kitabın 2019-cu il nəşrinin Azərbaycan İlahiyyat İnstitutunun tədris proqramına uyğun olaraq hazırlanan 2021-ci ildə çap olunmuş nəşri ilə əvəzlənməsi ilə bağlı cavabdehlərin müraciətləri təmin edilmiş və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən qeyd olunan kitabın kitabxanada olan üç nüsxəsi həmmüəllif Cavabdeh2 təhvil verilmişdir. Bununla belə iddia tələbinin “cavabdehlərin üzərinə iddiaçıdan üzr istəməsi vəzifəsinin qoyulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır, təmin edilə bilməz. Məhkəmə bu hissədə öz mövqeyini onunla əsaslandırır ki, cavabdehlər tərəfindən müəlliflik hüquqlarının pozulması faktının müəyyən edilməsi barədə məhkəmənin gəldiyi qənaət iddiaçının pozulmuş hüquqlarının bərpasına kifayət edir, o cümlədən müəlliflik hüquqlarının pozulması faktının təsdiqlənməsi prosessual qənaət prinsipi baxımından da cavabdehlərin üzərinə əlavə öhdəliklərin qoyulması zərurətini aradan qaldırır. Həmçinin də məhkəmənin bu hissədə mövqeyi Avropa Məhkəməsinin bu kateqoriya işlər üzrə gəldiyi nəticəyə də uyğundur. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının 2019 nəşrində iddiaçının müəllif hüquqlarının pozulması ilə əlaqədar sonuncu ilə şəxsən görüşərək üzr istəmişdir. Məhkəmə hesab edir ki, “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının iddiaçının müəllif hüquqlarının pozulduğu 2019 nəşrinin iddiaçının müəllif hüquqlarının qorunduğu 2021-ci il nəşri ilə əvəzlənməsi, eyni zamanda, kitabın 2019 nəşri kitabxana tərəfindən müəllif-Cavabdeh2 təhvil verilməsi və kitabın internet resurslarından silinməsi təmin edildiyindən, eyni zamanda, kitabın iddiaçının müəllif hüquqlarının pozulduğu 274-296-cı səhifələrinin müəllifi Cavabdeh2 tərəfindən iddiaçıdan üzr istənildiyindən iddia tələbi “İslam Fəlsəfəsi (orta əsrlər-müasir dövr)” adlı kitabın ölkə ərazisindəki kitab satışı müəssisələrindən və kitabxanalardan müəlliflik hüququnu pozan tərəfə heç bir kompensasiya ödənilmədən müsadirə olunaraq məhv edilməsi; həmin kitabın elektron variantının internet resurslarından silinməsi; müəlliflik hüquqlarını pozmalarına görə kütləvi informasiya vasitələrində iddiaçıdan yazılı üzr istəmələri öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissələrində təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 20.000 (iyirmi min) manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi. Məhkəmə hesab edir ki, X6 Şirinov və Cavabdeh2 olan, 10 fəsildən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının iddiaçının müəllif hüquqları pozulan 2019 buraxılışı satış məqsədi ilə deyil, tələbələr üçün dərs vəsaiti kimi nəşr edildiyindən, cavabdehlər tərəfindən həmin kitabın nəşrinə görə heç bir gəlir əldə edilmədiyindən, cavabdehlərdən müştərək qaydada 20.000 (iyirmi min) manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi əsassızdır və həmin hissədə də iddia tələbin təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” elmi əsəri və Əsirəddin Əbhərinin “Hidayət əl-hikmət” əsərindən ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələr üzərində müəlliflik hüquqlarının pozulması faktlarının təsdiq edilməli, X6 Şirinov və Cavabdeh2 olan 10 fəsildən, 415 səhifədən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlıqlı 274-296-cı səhifələri pirat məhsul hesab edilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsinə əsasən müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı “Əsirəddin Əbhərinin fəlsəfi görüşləri” elmi əsəri və Əsirəddin Əbhərinin “Hidayət əl-hikmət” əsərindən ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələr üzərində müəlliflik hüquqlarının pozulması faktlarının təsdiq edilsin. X6 Şirinov və Cavabdeh2 olan 10 fəsildən, 415 səhifədən ibarət “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr)” kitabının (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019) “4. Əsrəddin Müfəzzəl bin Ömər Əbhəri (1200-1265)” başlıqlı 274-296-cı səhifələri pirat məhsul hesab edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3003/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3003/2022
25.11.2022 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver