Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3004/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X7 anasıdır. O, 1932-ci ildə Qazıməmməd şəhərində anadan olmuşdur. xx xxxx 2020-ci il tarixdə anasının vəziyyəti ağırlaşmış və X11 gələnə qədər o, vəfat etmişdir. Onlar analarını xx xxxx 2020-ci il tarixdə Keşlə qəbristanlığında dəfn etmişlər. Bundan sonra o, ölüm haqqında şəhadətnaməni almaq üçün xx xxxx 2020-ci il tarixdə 3 saylı ASAN Xidmətin Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin ordan isə ona rəsmi qaydada bildirmişlər ki, “ölüm haqqında tibbi şəhadətnamənin” olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə imtina məktubu verilmişdir. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda hüquqi əhəmiyyətli faktın tanınması üçün məhkəməyə müraciət edilməlidir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Əli-zadə Reyhanə İslam qızı ifadəsində bildirmişdir ki, o, mərhum X2 qonşusu olub və 12-13 il idi ki, yataq xəstəsi olubdur. Mərhum xx xxxx 2020-ci il tarixdə rəhmətə getmişdir və Keşlə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X6 ifadəsində bildirmişdir ki, o, mərhumun qonşusudur. Mərhumun yas mərasimində iştirak etdiyini və 2020-ci ilin yay aylarında vəfat etdiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1951-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ******* nömrəli Arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 2010-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qazı-məmməd şəhər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən xx xxxxxxxx 1954-ci il tarixdə verilmiş AZ-İ№401330 seriyalı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1951-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuşdur. X1, anası isə X4r. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:15-də X2 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Maraqlı şəxs X2 № 05/9-936/15 saylı xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1932-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş X7 xx xxxx 2020-ci il tarixdə vəfat etmiş, Keşlə qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 xx xxxx 2020-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1932-cı ildə Azərbaycanın Qazı-Məmməd şəhərində anadan olmuş X7 xx xxxx 2020-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeyd aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3004/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3004/2020
23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver