Məhkəmə qərarları › İş №2(005)-3007/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3007/2021

02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3007/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, X3 ərizəçinin atasıdır. O, 20.01.1963- cü ildə tarixdə Sumqayıt şəhərində doğulmuşdur, anası 09.05.2021-ci il tarixində vəfat etmişdir. Atası Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi 16, mənzil 4 anında qeydiyyatda olmaqla orada yaşamışdır, 09.05.2021-ci il tarixdə mərhum atası X6 vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Qeyd edilən hal Təcili və X8 Stansiyasında ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür və 09.05.2021-ci il tarixdə Yasamal rayonu Dağüstü qəbistanlıq 1-də dəfn edilmişdir. Ərizəçi 09.05.2021-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. X3 ünvan 1 ünvanında qeydiyyatda olduğundan ölüm haqqında şəhadətnamə alınmadan onun həmin ünvanda qeydiyyatdan çıxarılması mümkün deyil. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda 09.06.2021-ci il tarixdə ərizə təqdim edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X2 Kamran Kamal oğlunun 09 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini və Yasamal qəbristanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində X6 ilk öncə vəziyyəti yaxşı olsa da, sonradan pisləşdiyini, vəfat etdiyini və Yasamal qəbristanlığında dəfn edildiyini təsdiq etdi. İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsinin 19.05.2021-ci il tarixli, 104 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Bələdiyyəsinin 14 may 2021-ci il tarixli, 849 №-li arayışından görünür ki, X10 09.05.2021-ci il tarixdə Şərifzadə küçəsi,Dağüstü 1 qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan 380164 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 yanvar 1963-cü ildə Sumqayıt rayonunda anadan olmuşdur. İş materiallarında olan 78 saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən 17 may 2021-ci il tarixdə verilmiş 445 saylı arayışdan görünür ki, X4 Abışov küçəsi 16 saylı evin 4 saylı mənzilində vəfat edən günə kimi qeydiyyatda olmuş və yaşamışdır. İş materiallarında olan TTYS Statistika şöbəsinin Təcili və X8 Stansiyasının 1 saylı bölməsi tərəfindən 09.05.2021-ci il tarixdə verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, X1 rayonu, İ.Abışov 16 m4 ünvanında 09.05.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 07.04.1979-cu il təvəllüdlü X6 09 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.01.1963-cü il təvəllüdlü X6 09 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar