Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3019/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı ş. 21-saylı Notariat kontoru, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1-saylı Ərazi İdarəsi, Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irili sürməyən 3-cü şəxs X3) qarşı Daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və bunun əsasındş verilmiş çıxarahın etibansız hesab edilərək ləğv edilməsi və həmin əmlakın onun adına sənədləşdirilməsi barəsində iddiasına dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı ş. 21-saylı Notariat kontoru, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1-saylı Ərazi İdarəsi, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək –"bağışlama müqaviləsi" qanunvericiliyin tələbinə uyğun olmadığından, ailə hüquq münasibətlərinin pozulma həddinə çatdığından yuxarıda qeyd edilən xx xxxxxx 2020-ci il tarixli , 4-Ə-247 № ilə reyesterdə qeyd edilən müqaviləni, və bunun əsasında verilmiş sözügedən çıxarışı etibarsız hesab edərək, ləğv edəsiniz və F.X.Xoyski küç ev-81 A ünvanında yerləşən qeyri yaşayış sahəsinin mənim adıma sənədləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) Cavabdeh3 ilə qeyd edilən xx.xx.2011-ci il tarixdə21-saylı Notariat kontorunda "Nərimanov r. 887-ci məhəllə, F.X.Xoyski pr. 81 «A» ünvanında yerləşən ümumi sahəsi 35.4 kv.metrdən ibarət dəyəri 500.000 (beş yüz min) manat qiymətləndirilən qeyri-yaşayış sahəsini Cavabdeh3 təmənnasız olaraq təsir altında bağışlanılmasını notarial qaydada təsdiqləmişdir. Bir müddət sonra cavabdeh həmin bağışlanma müqaviləsi əsasında mübahisəli qeyri yaşayış sahəsini xx.xx.2012-ci il tarixli, seriya MA № ******* saylı "çıxarışla" adına sənədləşdirmişdir. Müəyyən zaman keçdikdən sonra təsirlər altında məqsədli olaraq onun adında olan digər əmlakları da adına sənədləşdirmək iddiasına düşür. Bu fikirləri baş tutmadığı halda ona qarşı 1.564.070 manat məbləğində iddia qaldıraraq, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, İş№ 2(103)-8400/2018-saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hal-hazırda iş üzrə icra işləri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Həmin əmlak bağışlanarkən birgə nikah dövründə alındığı nəzərə alınmadan həyat yoldaşının razılığı alınmamış, ona məlumat verilməmiş və bu barədə notarius, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona izah verməmiş və həmin qanunun 46-cı maddəsinə əsasən həyat yoldaşının razılığı alınmamışdır. Bununla da MM-nin 673cü maddəsinin müvafiq bəndlərinin tələbi pozulmuşdur. Eləcə də ona aid və mülkiyyətində olan əmlak müqavilənin 6-cı bəndinin tələbi pozulduğundan bağışlanma müqaviləsi etibarsız hesab edilərək ləğv edilməlidir. Yuxarıda qeyd edilən əmlak onun həyat yoldaşı ilə birgə nikah dövründə alınmış ümumi mülkiyyətdir. Bu halda ƏMDK-i tərəfindən sözügedən çıxarış etibarsız hesab edilərək, ləğv edilməli və sözügedən mülkiyyət onun adına sənədləşdirilərək, çıxarış təsdiq etməlidir. Hal-hazırda Cavabdeh3 tərəfindən ona qarşı milyonlarla məbləğdə pul tələbinə dair məhkəmədə proseslər gedir. Əlavə olaraq, qeyd edilən əmlaklar bağışlanarkən, ailə üzüvləri ilə razılaşdırılmalı idi və hər birinin qanunvericiliyin tələbinə əsasən rəsmi razılıq ərizəsi verilməli idi. Lakin qanunun bu tələbi pozularaq, notarius tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin diər iclaslarında ihtirakı edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək, izahatında göstərdi ki, xx.xx.2011-ci il tarixdə 21-saylı Notariat kontorunda Nərimanov rayonu 887-ci məhəllə, F.X.Xoyski prospekti 81 «A» ünvanında yerləşən ümumi sahəsi 35.4 kv.metr olan qeyriyaşayış sahəsinin Cavabdeh3 adına rəsmiləşdirilməsinə dair hər hansı hüquq pozuntusu mövcud deyildir Notariat Ofisi tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfin qeyd etdiyinə görə həmin vaxt arvadının razılığı olmamışdır. Lakint bu dəlil tamamilə əsassızdır, belə ki, R.Mirşiyev etibarnamə əsasında arvadı A.Mişiyevanı təmsil etmişdir.Odur ki, mövcud iddia tələbi əsassızdır. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdeh Bakı şəhəri, 21 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1-saylı Ərazi İdarəsi, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irili sürməyən 3-cü şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh3 teleqram göndərməklə məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasını xahiş etmiş, məhkəmədə iştirak etməməsini üzürlü sayan hal mövcud olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə cavabdeh arasında 17 12.2011 -ci il tarixdə bağlanmış “Razılaşma müqaviləsindən” görünür ki, həmin müqaviləyəəsasən iddiaçı ilə cavabdeh razılığa gəlirlər ki, illər boyu fəaliyyətləri nəticəsində Bakı şəhərində qazandıqları aşağıda göstərilən ticarət obyektləri belə bölünsün: Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanında yerləşən mağaza və Füzuli Prospekti 19 ünvanında yerləşən zirzəmi İddiaçı verilərək adına sənədləşdinlsin; F.X.Xoyski küçəsi, ev 85 ünvanda yerləşən mağaza, F.X.Xoyski küçəsi, 887-ci məhəllə, ",Kaspian" TM-dəki 36 saylı mağaza, Bakı şəhəri, Nobel prospekti 23 ünvanında ",A.M.A.Y” TMdəki 7 saylı mağaza və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 10 ünvanında tikilən "Svit Haus” binasındakı obyekt iddiaçıya verilərək sənədləşdinlsin; Qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə cavabdeh iddiaçının adına yazılmış “Svit Haus” binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsini həyata keçirsin; Qardaşlar birgə fəaliyyəti davam etdirərək alış verişdən vəsaitin (gəlirin) birgə fəaliyyətdən kənar məqsədlərə sərfi yalnız hər ikisinin razılığı əsasında həyata keçirilə bilər; İddiaçı və cavabdeh yuxarıda qeyd edilən şərtlərlə və bölgü ilə razı olurlar və onların şərtsiz yerinə yetirildiyi halda bir-birinə qarşı heç bir iddia təqdim etməyəcəklər. Hər hansı gözlənilməz hadisə baş verərsə, hər iki tərəf bərabər payda məsuliyyət daşıyır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" verilmiş MA seriyalı, ******* nömrəli "Çıxarışdan" görünür ki, Bakı şəhəri, Nərimanov rayonu 887-ci məhəllə, F.X.Xoyski prospekti 81 «A» ünvanında yerləşən ümumi, 34.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6982 nömrəli vərəqində xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər 21 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş notariat işinə əlavə edilmiş xx.xx.2011-ci il tarixli X2 ərizəsindən görünür ki, «mən, əri Mirşiyeva Rövşən Adil oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu 887-ci məhəllə, F.X.Xoyski prospekti 81 «A» ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə etiraz etmirəm» . Həmin ərizə etibarnamə əsasında İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) bağışlama müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski prospekti 81 «A» ünvanında yerləşən qeyri-yaşayış sahəsini (dəyəri 500 000 manat qiymətləndirilməklə) Cavabdeh3 təmannasız bağışlamışdır. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlakla bağlı cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt iddiaçının arvadı iş üzrə 3-cü şəxs A.Mişiyeva əmlakın özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qeyd edilən Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Göründüyü kimi, bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmadı. Buna görə də iddia əsassızdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia əsassızıdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iddiaçının arvadının razılığı olmadan qeyri yaşayış sahəsinin bağışlanması barədə dəlili də əsassızdır. Bu hal iş materiallarında olan sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Göründüyü kimi, bağışlanma müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və qanunvericiliyin yuxarıda qeyd olunan şərtlərinə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Əqdin isə etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı ş. 21-saylı Notariat kontoru, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1-saylı Ərazi İdarəsi, Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irili sürməyən 3-cü şəxs X3) qarşı Daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və bunun əsasındş verilmiş çıxarahın etibansız hesab edilərək ləğv edilməsi və həmin əmlakın onun adına sənədləşdirilməsi barəsində iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3019/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3019/2020
24.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver