Məhkəmə qərarları › İş №2(005)-3045/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3045/2021

15.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3045/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 09.05.20.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X12 onun atasıdır. O, 18.03.1961-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuşdur. Atası ünvan 1 ünvanında qeydiyyatda olmuş, ünvan 2xsus mənzildə 09.05.2021-ci ildə vəziyyəti pisləşmiş və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Qeyd edilən hal Təcili və X5 Stansiyasının ölüm haqqında vərəqəsindən də görünür. 10.05.2021-ci il tarixdə mərhum atası Sabunçu rayonu Ramana qəbrstanlığında dəfn edilmişdir. O, Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsinə mərhum atasının ölümünü qeydə alınması barədə müraciət etsə də, ölüm faktının təsdiq edən tibbi müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X12 onun əridir. O, X12 vəfat edən zaman evdə olmuşdur. Təcili tibbi yardım gələnə qədər vəfat etdi.. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X12 onun qohumudur. Onun ölümü ilə əlaqədar həmin gün evlərində də olmuşdur, qəfildən vəziyyəti pisləşmiş, təcili tibbi yardım gələnə qədər vəfat etdi. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X12 onun qohumudur. Məmmədov Cəlal 10.05.2021-ci il il tarixdə ölmüş, dəfn edilmiş, onun ölümü ilə əlaqədar həmin gün evlərinə təcili yardım da çağrılmışdır. Dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 23.10.2014-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1989-cu il tarixdə, Bakı şəhərində anadan olmuş Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, ev 18 ünvanında qeydiyyatdadır; 01.06.2012-ci il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 09273448 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 18.03.1961-ci il tarixdə Ermənistan nın Quqark rayonunda anadan olmuş X12 ünvan 5 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Nərimanov VVAQ şöbəsi tərəfindən 24.05.1990-cı il tarixdə verilmiş XV-JQ seriyalı 357032 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X8 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – X9r; Bakı Şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 09.05.2021-ci il tarixdə saat 19:50 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 2 saylı bölmənin həkimi L.Paşayeva 1961-ci il təvəllüdlü X4 vəfat etməsini qeyd etdi; 1 saylı “Asan Xidmət” X1 24.05.2021-ci il tarixli, 05/Q-813/15 nömrəli məktubundan görünür ki, X2 ərizəsinə cavab olaraq, 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 24.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ermənistanın Quqark rayonunda anadan olmuş X12 Ərizəçi atasıdır. Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, ev 18 ünvanında qeydiyyatdadır. X12 09.05.2021-ci il tarixdə ünvan 7 ünvanında vəfat etmişdir. 1 saylı “Asan Xidmət” X6 ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 18.03.1961-ci il tarixdə Ermənistanın, Quqark rayonunda anadan olmuş X4 09.05.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18.03.1961-ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuş X4 09.05.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar