Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-305/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “İddiaçıASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-ci il tarixli, 10-xx-xx-2016-RA-RA nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 109711.18 (bir yüz doqquz min yeddi yüz on bir manat, on səkkiz qəpik) manat əsas borc, 10149.01 (on min yüz qırx doqquz manat, bir qəpik) manat faiz borcu, cəmi borcu 119860.19 (bir yüz on doqquz min səkkiz yüz altmış manat, on doqquz qəpik) manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 31.36 manat rüsum məbləğində pul vəsaiti tutulması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2018-ci il tarixli, 5651 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M5, 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdeh Nuriyevə Sevinc Rövşən qızından İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 109711.18 (bir yüz doqquz min yeddi yüz on bir manat, on səkkiz qəpik) manat, faiz borcu üzrə 15908.85 (on beş min doqquz yüz səkkiz manat, səksən beş qəpik) manat, cərimə faizi üzrə 51543 (əlli bir min beş yüz qırx üç) manat, cəmi 177163.03 (bir yüz yetmiş yeddi min yüz altmış üç manat, sıfır üç qəpik) manat, həmçinin, 30 (otuz) manat dövlət rüsumu habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 31.36 manat rüsum məbləğində pul vəsaiti tutulması, cavabdeh Nuriyevə Sevinc Rövşən qızından İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2018-ci il tarixli, 5651 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 60A, M5, 1 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Nuriyevə Sevinc Rövşən qızının istifadə hüququna xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzil boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdeh Nuriyevə Sevinc Rövşən qızından tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı “Sabunçu” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 10-xx-xx-2016-RA-RA nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 127139.00 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh ilə Bank arasında xx.xx.2018-ci il tarixli, 5651 nömrəli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 60A, M5. mənzil 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq, əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh Banka 109711.18 manat əsas borc, 10149.01 manat faiz borcu, cəmi borcu 119860.19 manat təşkil edir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh borc öhdəliyini icra etmir, buna görədə borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 10-xx-xx- 2016-RA-RA saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh illik 10% dərəcəsi ilə faiz hesablamaq və 120 ay müddətinə qaytarmaq şərti ilə 127139.00 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür; xx.xx.2016-cı il tarixli kassa məxaric orderinin surətinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı ASC-dən 127139 (bir yüz iyirmi yeddi min bir yüz otuz doqquz) manat məbləğində pulu qəbul etmişdir; xx.xx.2016-cı il tarixli, 10-xx-xx-2016-RA-RA saylı Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh 120 ay ərzində hər ay xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək 1680,20 manat (sonuncu ay xx.xx.2016-cı il isə 1670,32 manat) ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli, 10-xx-xx-2016-RA-RA saylı təminatlı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 109711,18 manat əsas kredit borcu, 10149,01 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 119860,19 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4941 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən Nuriyevə Sevinc Rövşən qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı (c.i.v - 17) məlumatları və xx xxxxx 2016-cı il tarixli, 10-xx-xx-2016-RA-RA №-li kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Nuriyevə Sevinc Rövşən qızının “İddiaçı" ASC-nə olan borcu 119.890,99 AZN məbləğində müəyyən edilmişdir. Həmçinin əsas borcu üzrə 109711,18 AZN, faiz borcu üzrə 10179,81 AZN göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5651 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli, 10-xx-xx-2016-RA-RA saylı təminatlı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 177139.000 manat məbləğində qiymətləndirilən ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ümumi sahəsi 97.81 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M5, 1 nömrəli mənzil, xx.xx.2018-ci il tarixli, 5651 saylı ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və İddiaçı ASC-nin mənzil üzərindəki ipoteka hüququ daşınmaz əmlakın Dövlət reyestrində 2837 nömrəli reyestr kitabının 264588 nömrəli vərəqində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin surətinə əsasən cavabdehdən xx.xx.2016-cı il tarixli, 10-xx-xx-2016-RA-RA saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, Əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M5, 1 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi tələbi ilə məhkəmədə iddia qaldırılması barədə ona xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ASC-yə sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M5, 1 ünvanında yerləşən mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/F 80-162/21 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M5, 1 nömrəli mənzilin 2020-ci il tarixinə bazar qiyməti 150.000 manat, likvid dəyəri 142.000 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 150 manat təşkil edir; İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli, 10-xx-xx-2016-RA-RA saylı təminatlı kredit müqaviləsi üzrə 08.02.021-ci il tarixə 109711,18 manat əsas kredit borcu, 15908,85 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 177163,03 manat təşkil edir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 10-xx-xx-2016-RA-RA nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 127139.00 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh ilə Bank arasında xx.xx.2018-ci il tarixli, 5651 nömrəli İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 60A, M5. mənzil 1 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq, əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. Bank Cavabdeh Banka 109711.18 manat əsas borc, 10149.01 manat faiz borcu, cəmi borcunu iddia etməklə, bu məbləği cavabdehdən tələb etmiş, lakin xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə əsas borc üzrə 109711.18 (bir yüz doqquz min yeddi yüz on bir manat, on səkkiz qəpik) manat, faiz borcu üzrə 15908.85 (on beş min doqquz yüz səkkiz manat, səksən beş qəpik) manat, cərimə faizi üzrə 51543 (əlli bir min beş yüz qırx üç) manat, cəmi 177163.03 (bir yüz yetmiş yeddi min yüz altmış üç manat, sıfır üç qəpik) manat pulun tutulmasını tələb edir. İş üzrə məhkəmə-mühasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə əsas borcu üzrə 109711,18 AZN, faiz borcu üzrə 10179,87 AZN borcunun olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyini cra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hazırki mülki iş üzrə təyin edilmiş məhkəməmuhasibat ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyi xx.xx.2020-ci il tarixinə əsas borcu üzrə 109711,18 AZN, faiz borcu üzrə 10179,87 AZN təşkil edir. Lakin kredit müqaviləsinin müddəti bitməmiş, iddiaçı iddia tələbinin həcmini artırmaqla 109711.18 (bir yüz doqquz min yeddi yüz on bir manat, on səkkiz qəpik) manat, faiz borcu üzrə 15908.85 (on beş min doqquz yüz səkkiz manat, səksən beş qəpik) manat olmaqlə cavabdehdən tələb etmişdir. Məhkəmə «İddiaçı” ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, iddiaçı tərəfin xx.xx.2021-ci il tarixinə faiz borcu üzrə 15908.85 (on beş min doqquz yüz səkkiz manat, səksən beş qəpik) manat tələbi əsaslıdır. İddia tələbi faiz borcun tutulması hissəsində tam təmin edilməli, iddia üzrə tələb edilən məbləğində 15908.85 manat faiz borcu cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 51543 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişləri və yaranmış borcun məbləğini nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 5000 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 10-xx-xx-2016- RA-RA nömrəli Kredit müqaviləsiqnin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5651 saylı ipoteka müqaviləsi bağlanmış, ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 5651 saylı ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzilin dəyəri 177139 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və lazımi qaydada ödəməmişdir. Bununla bağlı cavabdehə iddiaçı tərəfindən bildiriş ünvanlanaraq onlarda kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının ərizəsi əsasında qeyd edilən bildiriş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu üzərinə götürmüş öhdəliklər üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzilə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə ipoteka predmetlərinə tutma yönəldildikdə onların ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə “X7” MMC-nin xx.xx.2021-ci il tarixl ekspet rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M5, 1 nömrəli mənzilin 2020-ci il tarixinə likvid dəyəri 142.000 manat təşkil edir. Buna görə də, əmlakın hazırkı likvid dəyəri əsas götürülməklə müəyyən edilməlidir. Bununla belə, məhkəmə ipoteka müqaviləsi ilə razılaşdırılmış qiyməti əsas götürüb hesab edir ki, ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti – 142.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin "cavabdeh tərəfindən mənzilin boşaldılması" hissəsi ilə bağlı Azərbaycan Respublikasının "İpoteka haqqında" Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin ipoteka predmetinin boşaldılmasını nəzərdə tutulmuşdur. Bununla belə, mənzilin boşaldılması qanunvericlikdə təsbit edilmədiyindən məhkəmə iddia tələbinin bu hissəsinə Cavabdeh ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzildən məcburi qaydada çıxarılması kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh ipoteka predmetlərindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, ipoteka predmetinin realizəsi mərhəsindən sonra həmin məbləğin borcun ödirilməsinə kifayət etmədiyi halda olan tədbirlər icra mərhələsində həyata keçirilir. Məhkəmə iddia tələbinin "Cavabdeh mənzildən istifadə hüquqlarına xitam verilməsi" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı kimi bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı mənzildən (ipoteka predmetindən) istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Habelə, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 və 150 manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Nuriyevə Sevinc Rövşən qızından İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 109711.18 (bir yüz doqquz min yeddi yüz on bir manat, on səkkiz qəpik) manat, faiz borcu üzrə 15908.85 (on beş min doqquz yüz səkkiz manat, səksən beş qəpik) manat, cərimə faizi üzrə 5000 (beş min) manat, cəmi 130620,03 (yüz otuz min altı yüz iyirmi manat, sıfır üç qəpik) manat, həmçinin, 30 (otuz) manat dövlət rüsumu habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 31.36 manat rüsum məbləğində pul vəsaiti tutulmalı, cavabdeh Nuriyevə Sevinc Rövşən qızından İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2018-ci il tarixli, 5651 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 60A, M5, 1 nömrəli mənzilə yönəldilməli, ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına müəyyən edilmiş borc məbləği ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyana – X3qaytarılmalı, hərraca çıxarılarkən ipoteka predmeti olan ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti – 142.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehzı həmin əmlaklardan çıxmazsa, onlar həmin əmlaklardan məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertizaların tədqiqatının dəyərini təşkil edən 100 manat və 150 manat cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nuriyevə Sevinc Rövşən qızından İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 109711.18 (bir yüz doqquz min yeddi yüz on bir manat, on səkkiz qəpik) manat, faiz borcu üzrə 15908.85 (on beş min doqquz yüz səkkiz manat, səksən beş qəpik) manat, cərimə faizi üzrə 5000 (beş min) manat, cəmi 130620,03 (yüz otuz min altı yüz iyirmi manat, sıfır üç qəpik) manat, həmçinin, 30 (otuz) manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 31.36 manat rüsum məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzilinə yönəldilsin. İpoteka predmeti açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına müəyyən edilmiş borc məbləği ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında 97,81 kv.metr ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti – 142.000 (yüz qırx iki min) manat məbləğində müəyyən edilsin. İpoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh həmin əmlakdan çıxmazsa, onlar həmin əmlaklardan məcburi qaydada çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olaraq 100 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “X7” MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-305/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-305/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver