Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3096/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentin artırılması hissəsi üzrə təsdiq edilməsi və məcburi icrası” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentin artırılması hissəsi üzrə təsdiq edilməsi və məcburi icrası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/16-00528 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin ödəniləcək alimentin miqdarı və ödənilmə qaydası haqqında olan hissəsinin təsdiq edilməsi, xx.xx.2011-ci il təvvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat alimentin hər ayın 20-dən 31-nə qədər Maraqlı şəxs tutulub Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2011-ci il təvvəllüdlü X3 adlı övladları doğulmuşdur. Maraqlı şəxslə aralarında olan rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur və azyaşlının saxlanması üçün müvafiq aliment məbləği qət olunmuşdur. Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində MŞB/16-00528 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və mübahisənin həlli şərtlərinə dair Maraqlı şəxs aliment məbləğinin artırılmasına etiraz etməməsi və xx.xx.2011-ci il təvvəllüdlü X1 üçün hər ayın 20-dən 31-nə kimi Kapital Bankının 6768 6771 7520 6584 saylı plastik kart vasitəsilə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsini öz öhdəsinə götürməsi məzmununda razılaşma əldə edilmişdir. Lakin buna baxmayaraq Maraqlı şəxs banşıq sazişinin şənlərinə əməl etmir, hər ayın 20-dən 31-nə qədər tarixdə ödəməli olduğu aliment məbləğini ödəmir, barışıq sazişinin şərtlərini pozur, könüllü icradan imtina edir. Odur ki, həmin hissədə alimentin artırılması sazişi məcburi icraya yönəldilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişinin məzmundan görünür ki, Maraqlı şəxs aliment məbləğinin artırılmasına etiraz etmir və xx.xx.2011-ci il təvvəllüdlü X1 üçün hər ayın 20-dən 31-nə kimi Kapital Bankının 6768 6771 7520 6584 saylı plastik kart vasitəsilə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinin 2-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, ərizəçiyə xx.xx.2011-ci il təvvəllüdlü X1 üçün hər ayın 20-dən 31-nə kimi Kapital Bankının 6768 6771 7520 6584 saylı plastik kart vasitəsilə 200 (iki yüz) manat sabit pul məbləğində alimenti ödəməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişinin ödəniləcək alimentin miqdarı və ödənilmə qaydası haqqında olan “Maraqlı şəxs aliment məbləğinin artırılmasına etiraz etmir və xx.xx.2011-ci il təvvəllüdlü X1 üçün hər ayın 20-dən 31-nə kimi Kapital Bankının 6768 6771 7520 6584 saylı plastik kart vasitəsilə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsini öz öhdəsinə götürür” hissəsi təsdiq edilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3096/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3096/2023
31.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver