Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3099/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi AR ƏN Bakı şəhəri Nərimanov Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ədliyyə Nazirliyinin Nərimanov Qeydiyyat şöbəsi cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 10 oktyabr 1965-ci il təvəllüdlü X3 11 dekabr 1999-cu ildə İmişli rayonu Otuziki kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı 10 oktyabr 1965-ci il təvəllüdlü X5 11 dekabr 1999-cu ildə İmişli rayonu Otuziki kəndində vəfat etmiş və İmişli rayonunun Otuziki kənd qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edir ki, hazırda sənədləşmə işləri ilə əlaqədar mərhum həyat yoldaşının ölüm kağızı tələb edilir. O Maraqlı şəxs2nə mərhum həyat yoldaşının ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi bundan imtina etmiş, səbəb olaraq ölüm faktının olmasını təsdiq edən tibbi sənədin olmaması göstərilmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O qeyd etdi ki, mərhum həyat yoldaşı dünyaya uşaq gətirməyə hazırlaşan ərəfədə qəfil rəhmətə gedib. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Ədliyyə Nazirliyinin Nərimanov Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmiş, maraqlı şəxs işlərinin çox olması ilə əlaqədar məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisidir. X1 11 dekabr 1999-cu ildə İmişli xəstəxanasında vəfat etmişdir. Mərhum kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt ölüm kağızına ehtiyac olmadığı üçün ərizəçi ölüm kağızı almamışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadəsində bildirmişdir ki, ərizəçi ilə birlikdə işləmişdir. Onlar ailəvi dost olmuşdurlar. O ərizəçinin həyat yoldaşının yas mərasimində iştirak etmişdir. Ərizəçinin həyat yoldaşı 1999-cu ildə vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Məmmədov Aydın ibrahim oğlu ifadəsində bildirmişdir ki, o ərizəçi ilə dostdur. O ərizəçinin həyat yoldaşının yas mərasimində iştirak etmişdir. Ərizəçinin həyat yoldaşı 1999-cu ilin qış aylarında vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi və X2 nikahı haqqında xx.xx.1997-ci il tarixdə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer İmişli rayon Muradallı icra nümayəndəliyidir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadları verilmişdir. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İmişli rayonunun Otuziki kəndində yaşayan X2 xx.xx.1999-cu ildə İmişli rayonunun Otuziki kəndində vəfat etməsini və Otuziki kənd qəbirstanlığında dəfn edilməsini Muradalılı bələdiyysinin sədri, X16, Otuziki kənd sakini X8, Otuziki kənd sakini X9, Otuziki kənd sakini X12, Otuziki kənd sakini X6 aktın düzgünlüyünü imzaları ilə təsdiq etmişdirlər. Maraqlı şəxs2 24 may 2024-cü il tarixli rəyindən görünür ki, X1nın ölümünün qeydə alınmasından imtina edilmişdir. AR “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X23 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X23 4 nömrəli Şəhər Poliklinikasının 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1999-cu il tarixdə İmişli rayonu Otuziki kəndində vəfat edən, vətəndaş X4 hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən sağlamlıq vəziyyəti ilə əlaqədar tibbi qeydiyyatda olmadığından, xidməti ərazilərinə aid olmayan ünvanda vəfat etdiyindən tərəflərindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. AR Ədliyyə Nazirliyi Bakı ŞƏhəri Nərimanov rayon qeydiyyat şöbəsinin 04 iyul 2024cü il tarixli məktubundan görünür ki, Ərizəçi bildirilir ki, AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 10 oktyabr 1965-ci il təvəllüdlü X3 11 dekabr 1999-cu ildə İmişli rayonu Otuziki kəndində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 10 oktyabr 1965-ci il təvəllüdlü X3 11 dekabr 1999-cu ildə İmişli rayonu Otuziki kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 oktyabr 1965-ci il təvəllüdlü X3 11 dekabr 1999-cu ildə İmişli rayonu Otuziki kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3099/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3099/2024
19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver