Məhkəmə qərarları › İş №2(005)-311/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-311/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-311/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 28.12.2019-ci il tarixli, RBSME- 0024 saylı kredit müqaviləsi üzrə əsas borca görə 59214,85 manat, faiz borcuna görə 20540,06 manat, cərimə borcuna görə 2383,98 manat olmaqla, borcun cəmi məbləğində 82138,89 manat və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 60 manat pulun tutulması, tələbin Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Masallı rayonu, Şərəfə kəndində mülkiyyətində olan 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1603,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 28.12.2019-ci İl tarixli, RBSME- 0024 saylı kredit müqaviləsi üzrə cəmi 82138,89 manat və 60 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Masallı rayonu, Şərəfə kəndində mülkiyyətində olan 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1603,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Masallı rayonu, Şərəfə kəndində mülkiyyətində olan 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1603,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 28.12.2019-ci il tarixli, RBSME-0024 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəməyə elektron vasitəsi ilə barışıq sazişinin təsdiq olunması barədə ərizə göndərərək, barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 barışıq sazişinin təsdiq olunması barədə ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir. Bundan sonra “Tələbkar” adlandırılacaq, İddiaçı ASC, İdarə Heyəti sədri X1 şəxsində, bir tərəfdən və “Borclu” adlandırılacaq, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 Rəzaq qızının şəxsində, digər tərəfdən aşağıdakı şərtlərlə Barışıq Sazişi bağlayırlar. Borclu 814,85 manat əsas, 24 554,63 manat faiz borcu olmaqla, ümumilikdə 25 369,48 manat, həmçinin borc ödənilən tarixədək hesablanacaq faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat və ekspertiza xərci 1000 manat borcun bir hissəsini aprel, digər hissəsinin isə may ayında Tələbkara ödəməyi öhdəsinə götürür. Razılaşmaya Borclu tərəfindən tam əməl edildiyi təqdirdə, Borclunun RBSME-0024 saylı, 28.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə qalan 4501,01 manat dəbbə borcu Tələbkar tərəfindən güzəşt olunaraq silinəcək və ipoteka ilə yüklü edilmiş əmlak ipotekadan azad ediləcək. X6 uyğun olaraq, öhdəliyini tam yerinə yetirənədək Tələbkar heç bir hüququndan imtina etmir və aşağıdakı hallardan hər hansı biri baş verdikdə, Borclunun öhdəliyi 2.4 və 2.5-ci bəndlərdə göstərilən qaydada icra edilir: • Barışıq Sazişi üzrə Borclu tərəfindən öhdəliyin tam şəkildə icra edilmədiyi halda; • Barışıq Sazişi üzrə Borclu tərəfindən ardıcıl olaraq iki dəfədən artıq istənilən hər hansı bir pozuntu olduqda. • X8 2.3-cü bəndində göstərilən hal baş verdikdə Tələbkar 2.5-ci bəndində göstərilən məbləğdə tələbin icraya yönəldilməsi və icra vərəqəsinin verilməsi barədə məhkəməyə ərizə verə bilər. • Borclu 2.1-ci bənddə göstərilən öhdəliyini icra etmədiyi halda, Tələbkara 814,85 manat əsas, 24 554,63 manat faiz borcu olmaqla, ümumilikdə 25 369,48 manat, həmçinin borc ödənilən tarixədək hesablanacaq faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat və ekspertiza xərci 1000 manat ekspertiza xərci və 4501,01 manat dəbbə borcunu ödəməlidir. • Həmçinin Borclu razılaşır ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus Masallı rayonu, Şərəfə kəndində mülkiyyətində olan 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1603,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 331 500 (üç yüz otuz bir min beş yüz) manat məbləğində müəyyən edilməklə tutma həmin əmlaka yönəldilsin, əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin bu bənddə göstərilən tələbləri ödənilsin. İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılsın. Masallı rayonu, Şərəfə kəndində mülkiyyətində olan 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1603,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1 və Cavabdeh2 Rəzaq qızı həmin əmlakdan çıxarılsın (tələbkara satıldığı təqdirdə). • X3 məhkəmə qaydasında təsdiq olunması barədə ayrı-ayrılıqda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. • Barışıq Sazişi tərəflər burada göstərilən öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. • Barışıq Sazişi ilə həll edilməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. • Barışıq Sazişi eyni hüquqi qüvvəyə malik olan beş nüsxədən ibarət tərtib edilmişdir, məhkəmədə və tərəflərin hər birində bir nüsxə saxlanılır. • X3 şərtləri və onun məhkəmə tərəfindən təsdiq edilməsinin nəticələri ilə razı olduğunu bildirirlər və bunu öz imzaları (varsa möhürü) ilə təsdiq edirlər. • Tərəflərin barışıq sazişinin şərtləri AR MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edildi, tərəflərin imzası ilə təsdiq olundu və məhkəməyə təqdim edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata barışıq sazişində göstərilən məsələlər hissəsində xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin: • Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir. • Bundan sonra “Tələbkar” adlandırılacaq, İddiaçı AS C, İdarə Heyəti sədri X1 şəxsində, bir tərəfdən və “Borclu” adlandırılacaq, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 Rəzaq qızının şəxsində, digər tərəfdən aşağıdakı şərtlərlə Barışıq Sazişi bağlayırlar. • Borclu 814,85 manat əsas, 24 554,63 manat faiz borcu olmaqla, ümumilikdə 25 369,48 manat, həmçinin borc ödənilən tarixədək hesablanacaq faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat və ekspertiza xərci 1000 manat borcun bir hissəsini aprel, digər hissəsinin isə may ayında Tələbkara ödəməyi öhdəsinə götürür. • Razılaşmaya Borclu tərəfindən tam əməl edildiyi təqdirdə, Borclunun RBSME-0024 saylı, 28.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə qalan 4501,01 manat dəbbə borcu Tələbkar tərəfindən güzəşt olunaraq silinəcək və ipoteka ilə yüklü edilmiş əmlak ipotekadan azad ediləcək. • X6 uyğun olaraq, öhdəliyini tam yerinə yetirənədək Tələbkar heç bir hüququndan imtina etmir və aşağıdakı hallardan hər hansı biri baş verdikdə, Borclunun öhdəliyi 2.4 və 2.5-ci bəndlərdə göstərilən qaydada icra edilir: • Barışıq Sazişi üzrə Borclu tərəfindən öhdəliyin tam şəkildə icra edilmədiyi halda; • Barışıq Sazişi üzrə Borclu tərəfindən ardıcıl olaraq iki dəfədən artıq istənilən hər hansı bir pozuntu olduqda. X8 2.3-cü bəndində göstərilən hal baş verdikdə Tələbkar 2.5-ci bəndində göstərilən məbləğdə tələbin icraya yönəldilməsi və icra vərəqəsinin verilməsi barədə məhkəməyə ərizə verə bilər. Borclu 2.1-ci bənddə göstərilən öhdəliyini icra etmədiyi halda, Tələbkara 814,85 manat əsas, 24 554,63 manat faiz borcu olmaqla, ümumilikdə 25 369,48 manat, həmçinin borc ödənilən tarixədək hesablanacaq faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi 60 manat və ekspertiza xərci 1000 manat ekspertiza xərci və 4501,01 manat dəbbə borcunu ödəməlidir. Həmçinin Borclu razılaşır ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus Masallı rayonu, Şərəfə kəndində mülkiyyətində olan 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1603,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 331 500 (üç yüz otuz bir min beş yüz) manat məbləğində müəyyən edilməklə tutma həmin əmlaka yönəldilsin, əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin bu bənddə göstərilən tələbləri ödənilsin. İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılsın. Masallı rayonu, Şərəfə kəndində mülkiyyətində olan 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1603,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay müddətində Cavabdeh1 və Cavabdeh2 Rəzaq qızı həmin əmlakdan çıxarılsın (tələbkara satıldığı təqdirdə). X3 məhkəmə qaydasında təsdiq olunması barədə ayrı-ayrılıqda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. Barışıq Sazişi tərəflər burada göstərilən öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Barışıq Sazişi ilə həll edilməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Barışıq Sazişi eyni hüquqi qüvvəyə malik olan beş nüsxədən ibarət tərtib edilmişdir, məhkəmədə və tərəflərin hər birində bir nüsxə saxlanılır. X3 şərtləri və onun məhkəmə tərəfindən təsdiq edilməsinin nəticələri ilə razı olduğunu bildirirlər və bunu öz imzaları (varsa möhürü) ilə təsdiq edirlər. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar