Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3115/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi vəkil X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın keçirilməsini sifariş verən və hərracın keçirilməsinə şərait yaradan hərrac təşkilatının 25 dekabr 2017-ci il tarixli 69/04 nömrəli protokolunun, hərracın yekunlarının və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 45000 ABŞ dolları və 41600 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia təmin edilərək cavabdeh İddiaçı 45000 ABŞ dolları ödəniş günü manat məzənnəsi ilə manatla və 21600 manat, cavabdehX4 5000 manat, cavabdeh X9 6400 manat, cavabdeh X2 1100 manat, cavabdeh X5 2800 manat və cavabdeh X7 4700 manat borc, habelə cavabdehlərdən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə qətnamədə cavabdeh X1 olaraq pul məbləğinin tutulmasını qət edilsə də, Nərimanov rayon icra şöbəsinin icra məmuru pul tələbini onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinə yönəldərək heç bir əsas olmadan həmin evin hərraca çıxarılması ilə bağlı 25 dekabr 2017-ci il tarixli hərracın təyin edilməsi ilə bağlı protokol tərtib etmişdir. Digər cavabdehlər həmin protokolda nəzərə alınmamış, yalnız onun tələbara ödəməli olduğu məbləğ protokolda qeyd edilmişdir. Belə olan halda digər cavabdehlərin tələbkara ödəyəsi olduğu məbləğ məhkəmə icraçısı tərəfindən yaddan çıxarılmışdır. O, məhkəmə qətnaməsi ilə cavabdehlərlə eyni məsuliyyəti daşıyır. Məhz onun evinin qanunsuz olaraq hərraca çıxarılaraq satılması heç bir qanuna uyğun deyildir və hüquqi normativləri pozur. Həmin vaxt yuxarıda qeyd edilən ünvanda yerləşən ev faktiki mövcud olmamış, o tamamilə sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikilməsi qərara alınaraq, onlar oradan köçürülmüşlər. Hərracın keçirilməsi ilə bağlı ona heç bir məlumat verilməmişdir. Ona məxsus olan həmin evin hərracda satılması ilə bağlı protokolun və digər icra sənədlərinin surətlərinin o, 2021-ci ilin may ayının 25-də icra məmuru Ramil Səfərovdan almışdır. Mülkiyyət hüququ olan evin satılmasını iddiaçı tərəf evin adına özəlləşdirilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etdiksən sonra məlumat almışdır. Həmin sökülən evdə ondan başqa ailə üzvləri-anası, üç uşağı və iki bacısı da yaşayıb. Halhazırda onların mənzil hüquqları pozulmuşdur. Evi məhkəmə qətnaməsində göstərilən xüsusatlardan və qanunericiliyin normalarına əməl etməyərək hərrac vasitəsi ilə satılmış, beləliklə onun və ailə üzvlərinin konstitusion hüquqları pozulmuşdur. Hazırda o və ailə üzvləri evsiz qalmaq ərəfəsindədirlər. Apelyasiya Məhkəməsinin 02 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, iş üzrə digər cavabdehlər də vardır. Lakin icra şöbəsi həmin hissədə icra hərəkətləri etməmiş, icraatı yalnız onun mənzilinə yönəltmişdir. Onalrın mənzil-yaşayış hüquqları pozulmuşdur. Borclulardan iddiaçının xeyrinə pul tutulması ilə bağlı icra sənədi Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən pozularaq onun mülkiyyətində olan hal-hazırda mövcud olmayan evə yönəldilərək mənzil hüquqları pozulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Nərimanov rayon icra şöbəsinə təqdim etdiyi icra vərəqində mənzildən söhbət getmir. Orada yalnız cavabdeh şəxslərdən pul məbləğinin tutulması ilə bağlı tələb öz əksini tapmışdır. Məhkəmə iclasında İddiaçı iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili X13 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin 02.06.2021-ci il tarixli 2(005)-3115/2021 nömrəli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı 02 avqust 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X5 300 (üç yüz) manat məbləğində borc alınıb iddiaçı Cavabdeh1 verilməli, cavabdeh İddiaçı 45000 (qırx beş min) ABŞ dolları ödəniş günü manata məzənnə ilə manatla və 21600 manat, cavabdeh X4 5000 (beş min) manat, cavabdeh X9 6400 (altı min dörd yüz) manat, cavabdeh X7 4700 (dörd min yeddi yüz) manat məbləğində borc, habelə cavabdehlərdən ödənilmiş və 24,40 manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh1 verilməli, məhkəmə xərcləri 5.60 manat cavabdehlər İddiaçı, X9 və X5 müştərək qaydada dövlət büdcəsinin hesabına tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1398/2016 saylı 22 aprel 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı 45000 (qırx beş min) ABŞ dolları ödəniş günü manata məzənnə ilə manatla və 21600 manat, cavabdeh X4 5000 (beş min) manat, cavabdeh X9 6400 (altı min dörd yüz) manat, cavabdeh X2 1100 (bir min bir yüz) manat, cavabdeh X5 2800 (iki min səkkiz yüz) manat və cavabdeh X7 4700 (dörd min yeddi yüz) manat məbləğində borc, habelə cavabdehlərdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5795/2016 saylı 02 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X16 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, cavabdeh X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli qətnaməsi iddia tələbinin-cavabdeh X5 iddiaçı Cavabdeh1 xeyrinə 2800 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh X5 300 manat məbləğində borc alınıb iddiaçı Cavabdeh1 verilmiş, cavabdeh X10 münasibətdə iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnaməİddiaçı və X12 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə xərcləri 5 manat 60 qəpik cavabdehlər İddiaçı Məhərəm oğlu, X16 və X5 müştərək qaydada dövlət büdcəsi hesabına tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6374/2016 saylı 29 dekabr 2016-cı il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1, cavabdehlər X17 və İddiaçı kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan 02 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Nərimanov rayon ica Şöbəsinin 14.11.2017-ci il tarixli 17/69- 85381/17-17800-3 nömrəli məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı 02.08.2016-cə il tarixli icra sənədinə əsasən, borclu X5 300 (üç yüz) manat məbləğində pul tələbkar Cavabdeh1 xeyrinə tutulmalı, borclu İddiaçı 45000 (qırx beş min) ABŞ dolları və 21600 manat, borclu X4 5000 (beş min) manat, borclu X9 6400 (altı min dörd yüz) manat, borclu X7 4700 (dörd min yeddi yüz) manat məbləğində pul və 24,40 manat ödənilmiş dövlət rüsumu tələbkar Cavabdeh1 xeyrinə tutulmalı, məhkəmə xərcləri 5.60 manat məbləğində pul borclular İddiaçı, X9 və X5 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Borclu İddiaçı məxsus ünvan 2 ünvanının qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilmiş, "xxxx" MMC-nin 17- 993 saylı,07.11.2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticəsi haqqında hesabatına əsasən borclu İddiaçı məxsus ünvan 2 ünvanının dəyəri 80000 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi "xxxx" MMC-nin 25 dekabr 2017-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 69/04 saylı protokolununun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 27saylı evin ona məxsus 1/9 hissəsinin ilkin satış qiyməti 80000 manat müəyyən edilmişdir. Əmlakın satış qiyməti 80000 (səksən min)manat, Alıcı Cavabdeh1dır. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi "xxxx" MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə, Cavabdeh1, X6 və digərlərinə ünvanlanmış 01/4264 nömrəli 24.11.2017-ci il tarixli məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı 02.08.2016-cı il tarixli icra vərəqəsinin və Nərimanov rayon icra şöbəsinin 17/69-85381/17-17800-3 saylı 14.11.2017-ci il tarixli sifariş məktubuna əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsində 27 saylı evin ona məxsus 1/9 hissəsinin qiyməti 80000 (səksən min) manat olmaqla mövcud qanunvericiliyə əsasən 24.11.2017-ci il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və 25.12.2017-ci il tarixə saat 11:00-a hərracı təyin olunmuşdur. İş materiallarında olan 039143 №-li qaimələnin surətindən görünür ki, Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi "xxxx" MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildiriş İddiaçı (Bakı ş, Nərimanov ray, Dəmirçizadə küç, ev 27) 24.11.2017-ci il tarixdə göndərilmiş, 05 dekabr 2017-ci il tarixdə məktub qəbul edilmişdir. İş materiallarında olan 24-30 noyabr 2017-ci il tarixli 91 (91) tirajlı “Birja Yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı Azərbaycan Respublikası Xammal və X21 Mərkəzi "xxxx" MMC tərəfindən elan yerləşdirilmişdir. Nərimanov Rayon İcra və Probasiya şöbəsinin 04.06.2018-ci il tarixli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1398/2016 saylı 03.02.2016-cı il tarixli qərardadına əsasən, iddianı təmin tədbiri qaydasında borclu İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsində 27 saylı evin ona məxsus 1/9 hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılara uyğun olaraq əsaslandırılmasını məqbul hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən,auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. ] Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı 02 avqust 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh X5 300 (üç yüz) manat məbləğində borc alınıb iddiaçı Cavabdeh1 verilməli, cavabdeh İddiaçı 45000 (qırx beş min) ABŞ dolları ödəniş günü manata məzənnə ilə manatla və 21600 manat, cavabdeh X4 5000 (beş min) manat, cavabdeh X9 6400 (altı min dörd yüz) manat, cavabdeh X7 4700 (dörd min yeddi yüz) manat məbləğində borc, habelə cavabdehlərdən ödənilmiş və 24,40 manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh1 verilməli, məhkəmə xərcləri 5.60 manat cavabdehlər İddiaçı, X9 və X5 müştərək qaydada dövlət büdcəsinin hesabına tutulmalıdır. İddiaçı mülkiyyətində olan və yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsində 27 saylı evin ona məxsus 1/9 hissəsi Cavabdeh1 satılmışdır. Nərimanov Rayon İcra və Probasiya şöbəsinin 04.06.2018-ci il tarixli məktubundan aydın olmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1398/2016 saylı 03.02.2016-cı il tarixli qərardadına əsasən, iddianı təmin tədbiri qaydasında borclu İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsində 27 saylı evin ona məxsus 1/9 hissəsinin üzərinə həbs qoyulması qərara alınmış və daha sonra borcun ödənilməsinə dair hərrac keçirilmişdir. İddiaçı keçirilmiş açıq hərrac barədə məlumatı olmadığını iddia etməkdədir. Məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş hərrac sənədləri məhkəmə iclasında tədqiq olunaraq o da müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən mülki qanunvericliyin tələblərinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsində 27 saylı evin ona məxsus 1/9 hissəsinin ilkin satış qiyməti 80000 (səksən min) manat olmuş, 25 dekabr 2017-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında 80000 (səksən min) manata Cavabdeh1 satılmışdır. 24-30 noyabr 2017-ci il tarixli 91 (91) tirajlı “Birja Yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı "xxxx" MMC tərəfindən elan yerləşdirilmiş və hərrac barədə tərəflərə bildiriş göndərilmişdir. Hərracla bağlı bildirişlər İddiaçı yaşayış ünvanı olan, habelə iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi 27 ünvanına göndərilmiş, və 05.12.2017-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. Sadalanan “İcra haqqında” Qanunun tələblərindən göründüyü kimi Göründüyü kimi əmlakların həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Qeyd edilənlərə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1398/2016 saylı 03.02.2016-cı il tarixli qərardadına əsasən, iddianı təmin tədbiri qaydasında borclu İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsində 27 saylı evin ona məxsus 1/9 hissəsinin üzərinə həbs qoyulması qərara alınmış və daha sonra borcun ödənilməsinə dair hərrac keçirilmişdir. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin İddiaçı yaşayış ünvanı olan ünvan 4k” MMC haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, ünvan 5araq iddiaçı qeyd etmişdir. Eyni zamanda hərracla bağlı bildirişlər 05.12.2017-ci il tarixdə qeyd edilən ünvanda imzalanaraq qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindən imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildirişin Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi 27 ünvanında rəsmi qaydada verilməsi İddiaçı yuxarıda sadalanan qanunvericliyin əsasları baxımından hərrac barədə məlumatlı olması kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, məhkəmə iclasında İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi 27 ünvanında 24.11.2017-ci il tarixli bildirişin Fatma adlı şəxs tərəfindən 24.12.2017-ci il tarixdə qəbul etməsinə münasibətdə bildirmişdir ki, Fatma onun anasıdır. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı hərrac barədə məlumatlı olmuşdur. Protokolun və müqavilənin etibarsız hesab edilməsi, hərracın hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaçının xahişinə məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun hüquqi qiymət verilməsini məqbul hesab edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3115/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3115/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver