Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3123/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli MŞB/8/2023- 01080 saylı Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 07 iyun 2023-cü il tarixində Bakı 8 saylı Mediasiya təşkilatında bağladıqları barışıq sazişinə əsasən birgə nikahdan dünyaya gələn və onun himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10dək 500 manat məbləğində aliment ödəməsinə razılaşıblar. X6 göstərilən müddətdən keçməsinə baxmayaraq qarşı tərəf alimenti ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarda qeyd edilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs qətnamə olmadığından alimentin əmək haqqına yönəldilə bilmədiyini, bu səbəbdən ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01080 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Birinci tərəf: Ərizəçi İkinci tərəf X3 ilə birgə nikahdan dünyaya gələn və onun ananın himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1dən 10-dək 500 manat məbləğində aliment ödənilməsi ilə razıdır. Bu aliment pulu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır.
2. Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. İkinci tərəf bu saziş üzrə öz üzərində götürdüyü öhdəliklərini pozduqda, aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.
3. İkinci tərəf: X1 tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn və ananın himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək 500 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment pulu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyinə dair öhdəlik götürür. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01080 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən aliment məbləği 2023-cü ilin iyun ayının 1-dən başlayaraq hər ay olmaqla ödənilməlidir. Mülki Prossesual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01080 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Birinci tərəf: Ərizəçi İkinci tərəf X3 ilə birgə nikahdan dünyaya gələn və onun ananın himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 1dən 10-dək 500 manat məbləğində aliment ödənilməsi ilə razıdır. Bu aliment pulu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır.
2. Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. İkinci tərəf bu saziş üzrə öz üzərində götürdüyü öhdəliklərini pozduqda, aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır.
3. İkinci tərəf: X1 tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn və ananın himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəfin ona xx.xx.2023-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək 500 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment pulu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyinə dair öhdəlik götürür. Qətnamə dərhal icraya yönəldilsin və aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva