Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3131/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, iddiaçı Ərizəçi Eldurum qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinə qarşı ölüm faktının tanınması tələbinə dair xüsusi icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Eldurum qızı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinə qarşı ölüm faktının tanınması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm faktının müəyyən edilməsi ilə müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Ərizəçi Eldurum qızının ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi Eldurum qızının ərizəsi ərizənin formasına və məzmununa riayət edilmədən verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, Ərizəçi Eldurum qızı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini ərizəsində göstərsə də, ərizə iddia ərizəsi formasında tərtib edilməklə, özünü iddiaçı, maraqlı şəxsi isə cavabdeh kimi göstərmişdir. Habelə, Ərizəçi Eldurum qızı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsində yaşadığı ünvanın ünvan 1 ünvanı kimi göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, ərizəçi şəxsin yaşadığı ünvanının ünvan 1 olduğundan Ərizəçi Eldurum qızının ərizəsinə ərazi aidiyyəti baxımından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Həmçinin, Ərizəçi Eldurum qızı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinə qarşı ölüm faktının tanınması tələbiilə məhkəməyə müraciət etmiş, ərizəsi onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, iddiaçı Ərizəçi Eldurum qızının məhkəməyə poçt vasitəsi ilə göndərdiyi ərizənin mərhumun dəfn edildiyi yerin və qəbrinin foto şəkli əlavə etdiyini göstərsə də, məhkəməyə daxil olmuş poçt zərfinin içərisindən müvafiq foto şəkil aşkar olunmamışdır. Bununla bağlı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məsləhətçiləri tərəfindən xx xxxxxx 2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Beləliklə, məhkəmə iddiaçı şəxsin yaşadığı ünvanının ünvan 1 ünvanı olmasını, müvafiq ərizə forma və məzmuna riayət edilmədən tərtib edildiyindən, habelə ərizə Ərizəçi Eldurum qızı tərəfindən imzalanmadığından hesab edir ki, iddiaçı Ərizəçi Eldurum qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinə qarşı ölüm faktının tanınması tələbinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi Eldurum qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinə qarşı ölüm faktının tanınması tələbinə dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi Eldurum qızına qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3131/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3131/2020
01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver