Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3156/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində mediator tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və alimentə dair hissəsində məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə X2 anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında aralarında barışıq sazişi imzalanmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)-2248/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Barışıq sazişi bağlandıqdan sonra şərtləri Maraqlı şəxs tərəfindən pozulmuş, yerinə yetirilməmişdir. Sazişlə razılaşdırılmış aliment məbləğini də ödəməmiş, sazişin şərtləri 10 gün müddətində yerinə yetirilməli olduğu halda yerinə yetirməmişdir. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 1748 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması və xx.xx.2020-ci il təvəllüdlü X1 Ərizəçi himayəsində qalması barədə; - Maraqlı şəxs tərəfindən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 220 manat aliment ödənişinin saziş imzalandığı tarixdən hər növbəti ayın 5-ə kimi Ərizəçi təqdim etdiyi müvafiq bankın plastik kartına köçürülməsi barədə; - Maraqlı şəxs tərəfindən növbəti illərdə uşaq üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu artırıldığı təqdirdə artım fərqinin ödənilməsi barədə; - Ərizəçi X2 tərəfindən həftənin şənbə və bazar günlərində saat 10:00-19:00 aralığında uşaqla ünsiyyətini qəbul etməsi barədə - Tərəflərin uşaqların (təhsil vaxtları istisna olmaqla) yaxın qohumları ilə ünsiyyətinə məhdudiyyət qoymaması barədə; - Tərəflərin uşaqların ad günləri, şənlik və digər tədbirlərdə birlikdə iştiraklarını təmin etməsi barədə; - Tərəflərin Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlardan uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla, istifadə etməsi barədə; - Tərəflərin uşaqlarla bağlı münasibətlərinin qarşılıqlı yardım və hörmət hissi əsasında qurulması, uşaqların rifahı üçün birgə fəaliyyət göstərilməsi, uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və onların sağlamlıqlarının qayğısına qalması barədə; - Tərəflərin valideyinlik hüquqlarını həyata keçirdikləri zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirməməsi barədə; - Tərəflərin valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vurarlarsa ,qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıması barədə. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişinin bir hissəsi, yəni nikahın pozulması hissəsi barədə tərəflər arasında məhkəmə çəkişməsi olmuş və nikah məhkəmə qaydasında pozulduğundan, sazişin bu hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi: - xx.xx.2020-ci il təvəllüdlü X1 Ərizəçi himayəsində qalması; - Maraqlı şəxs tərəfindən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 220 manat aliment ödənişinin saziş imzalandığı tarixdən hər növbəti ayın 5-ə kimi Ərizəçi təqdim etdiyi müvafiq bankın plastik kartına köçürülməsi - Maraqlı şəxs tərəfindən növbəti illərdə uşaq üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu artırıldığı təqdirdə artım fərqinin ödənilməsi; - Ərizəçi X2 tərəfindən həftənin şənbə və bazar günlərində saat 10:00-19:00 aralığında uşaqla ünsiyyətini qəbul etməsi; - Tərəflərin uşaqların (təhsil vaxtları istisna olmaqla) yaxın qohumları ilə ünsiyyətinə məhdudiyyət qoymaması; - Tərəflərin uşaqların ad günləri, şənlik və digər tədbirlərdə birlikdə iştiraklarını təmin etməsi; - Tərəflərin Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlardan uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla, istifadə etməsi; - Tərəflərin uşaqlarla bağlı münasibətlərinin qarşılıqlı yardım və hörmət hissi əsasında qurulması, uşaqların rifahı üçün birgə fəaliyyət göstərilməsi, uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və onların sağlamlıqlarının qayğısına qalması; - Tərəflərin valideyinlik hüquqlarını həyata keçirdikləri zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirməməsi; - Tərəflərin valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vurarlarsa ,qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıması hissələrində təsdiq edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - xx.xx.2020-ci il təvəllüdlü X1 Ərizəçi himayəsində qalması; - Maraqlı şəxs tərəfindən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 220 manat aliment ödənişinin saziş imzalandığı tarixdən hər növbəti ayın 5-ə kimi Ərizəçi təqdim etdiyi müvafiq bankın plastik kartına köçürülməsi; - Maraqlı şəxs tərəfindən növbəti illərdə uşaq üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu artırıldığı təqdirdə artım fərqinin ödənilməsi; - Ərizəçi X2 tərəfindən həftənin şənbə və bazar günlərində saat 10:00-19:00 aralığında uşaqla ünsiyyətini qəbul etməsi; - Tərəflərin uşaqların (təhsil vaxtları istisna olmaqla) yaxın qohumları ilə ünsiyyətinə məhdudiyyət qoymaması; - Tərəflərin uşaqların ad günləri, şənlik və digər tədbirlərdə birlikdə iştiraklarını təmin etməsi; - Tərəflərin Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlardan uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla, istifadə etməsi; - Tərəflərin uşaqlarla bağlı münasibətlərinin qarşılıqlı yardım və hörmət hissi əsasında qurulması, uşaqların rifahı üçün birgə fəaliyyət göstərilməsi, uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və onların sağlamlıqlarının qayğısına qalması; - Tərəflərin valideyinlik hüquqlarını həyata keçirdikləri zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixoloji sağlamlığına xələl yetirməməsi. Ərizə digər hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3156/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3156/2024
25.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver