Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3165/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə X11 23 fevral 1999-cu ildə ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhumə X2 Famil Dövlətxan oğlunun qızı idi. O,1998-ci il aprelin 17-si tarixində Baki şəhəri Bayıl qəsəbəsində yerləşən Doğum evində, cərrahiyə yolu ilə dünyaya gəldi. Həyat yoldaşı Nəsibova Leyla uşaq dünyaya gələnə qədər, Baki şəhəri Nərimanov rayonunda yerləşən 7 sayli qadın məsləhətxanasında qeydiyyatda olaraq, mütəmadi olaraq həkimlərdə yoxlanaraq onlardan məsləhət alırdı. Uşaq dünyaya gəldikdən sonra, Baki şəhəri Nərimanov rayonu 7 saylı uşaq poliklinikasinda qeydiyyata aldılar. Ərazi üzrə həkim Zərqələm xanım idi. O uşağı gəlib evdə mütəmadi olaraq yoxlayırdi. Ona nəzarət edirdi. Təxminən iki ay keçdikdən sonra uşağın hərarəti yüksəlməyə başladı. Həkim Zərqələm xanım bir müddət nə isə etməyə çalışırdı, ancaq bir nəticəsi olmadı. Həkim uşaqda ola bilsin hansısa infeksiya var dedi. Ərizəçi uşağı Nərimanov rayonunda yerləşən 7 saylı Uşaq İnfeksiya xəstəxanasina apardı. Bir müddət orda müalicə aldı. Uşağın vəziyyəti getdikcə yaxşılaşdı. Ərizəçi onu evə gətirdi. Həkim Zərqələm xanımın nəzarəti altında müalicəsini evdə davam etdirirdi. Lakin hər şey yenidən başladı. Ərizəçi onu daha profesional həkimə göstərməyi məsləhət bildilər. Ərizəçi onu Baki şəhərində yerləşən OMD deyilən xəstəxanaya apardı. Nadir adlı professor uşağı uzun müddət müayinə və müalicə etdi. Ancaq ümumi irəlləyiş olmadi. Professor Nadir həkim Ərizəçi uşağa müalicənin heç köməyi olmadığını dedi. Ərizəçi uşağı evə gətirdi. Artiq əl və ayaqları işləmirdi. Ərizəçi hərbi xidmətdə oduğu üçün uşağı anası ilə bu vəziyyətdə tək buraxa bilmədi. Ərizəçi həyat yoldaşını uşaq ilə birlikdə ata və anasının yanına Kürdəmir rayonunun Çöhranlı kəndinə apardı. 7 gün sonra 1999-cu il fevral ayının 23-də dünyasını dəyişdi. Elə həmin gün Kürdəmir rayon Çöhranlı kənd qəbristanlığında dəfn olundu. Bundan bir necə gün sonra Ərizəçi Baki şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsinin rəisinə qeyri rəsmi müraciət etdi. Uşağın öldüyünü bildirdi. Doğum haqqıda şəhadətnaməni qaytarmaq istədi. Qeydiyyat şöbəsinin rəisi qadın idi. O Ərizəçi sənədi onlara qaytarmağa ehtiyac olmadığını, həmin sənədi ərazi üzrə poliklinikaya verməsini bildirdi. Ərizəçi doğum haqqında Şəhadətnaməni həkim Zərqələm xanıma verdi. O isə bunu özü həll edəcəyini bildirdi. Yaxın zamanda ərizəçi ailə tərkibi haqqında arayışı almaq üçün 1 saylı “Asan xidmət” mərkəzinə müraciət etdi və ona qızının da olduğunu bildirdilər. Ərizəçi qızının 1999-cu il tarixdə öldüyünü birdikdə ona Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etməyi məsləhət gördülər. Nəsibov X6 rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün təsdiq edən sənədin olmaması səbəbindən, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadəsində bildirmişdir ki, X24 xəstə doğulmuşdur. Uşağın anası Nəsibova Leyla onu bir neçə xəstəxanaya müalicə üçün aparmışdır. Uşaq xəstəxanda olan zaman ona baş çəkməyə getmişlər. Lakin müailəcələrin müsbət nəticəsi olmamış, uşaq rayona göndərilmiş və orda vəfat etmişdir. Onu Kürdəmirdə dəfn etmişlər və şahid X12 dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə qonşu olmuşdur. Uşaq doğulduqdan sonra xəstələnmiş və 23 fevral 1999-cu ildə vəfat etmişdir. Uşağın dəfn mərasimində iştirak etmişdir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş və iş materiallarında olan: 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X18 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X4r. Nərimanov rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 81 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin “X28” X33 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 978 nömrəli sorğuya cavab məktubundan müəyyən olunur ki, X14 xx.xx.1998-xx.xx.1998-ci il tarixlərdə 7 saylı X10 “Salmanellyoz (S.typhi murium), ikitərəfli bronxopnevmoniya, perenatal ensefalopatiya hipertenzion sindrom” diaqnozu ilə müalicə olunub, kliniki sağalma ilə evə yazılıb. Kürdəmir Rayon İcra Başçısının Çöhranlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin möhürü ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, Çöhranlı şənd sakinləri X15, X7, Ərizəçi, X8, X1 sakini Ərizəçi qızı X9 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olduğunu və xx.xx.1999-cu il tarixdə vəfat etdiyini, Şöhranlı kənd qəbiristanlığında dəfn edildiyini öz imzaları ilə təsdiq edirlər. 7 saylı X17 tərəfindən verilmiş “Xəstəxanadan çıxanın statistik kartası“nın surətindən müəyyən olunur ki, xx.xx.1998-ci il təvəllüdlü X14 xx.xx.1998-ci il saat 10:00 tarixdə xəstəxana qəbul olunmuş, ona “Salmanellyoz (S.typhi murium), ikitərəfli bronxopnevmoniya, perenatal ensefalopatiya hipertenzion sindrom” diaqnozu verilmiş, xx.xx.1998-ci il tarixdə evə sağlam vəziyyətdə yazılmışdır. 1998-ci ildə iki dəfə həmin xəstəxanaya qəbul olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1998-ci il təvəllüdlü X18 xx.xx.1999-cu il tarixdə ölüb. Ərizəçi övladının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizədə göstərilən hallar öz təsdiqini tapdığından ərizə təmin edilməli, xx.xx.1998-ci il təvəllüdlü X9 xx.xx.1999-cu il tarixdə Kürdəmir rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X9 xx.xx.1999-cu il tarixdə Kürdəmir rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3165/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3165/2022
14.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver