Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3168/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsinə qarşı “ölüm faktının tanınması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsinə qarşı “ölüm faktının tanınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 18 mart 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi onun adına ğlüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X8 18 mart 2021-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. Yoldaşı 3 il idi ki, alzheimer xəstəliyindən əziyyət çəkirdi. Xəstəxanada yatırdı və o, təzminən 14 mart tarixində yoldaşına baş çəkməyə getmişdir. O, xəstəxanada yoldaşının vəziyyətinin yaxşı olmadığını görmüşdür. Buna görə də taksi ilə evə gətirmişdir. 3 gün ərzində yoldaşı evdə koma vəziyyətində olmuşdur. 8 nömrəli poliklinikanın nevroloqu Jalə xanımın məsləhəti ilə evdə müalicə həyata keçirilmişdir. Bu müddət ərzində hər gün gündə iki dəfə təcili yardım maşını dəvət olunurdu. 18 mart tarixində axşam saat 5 radələrində dünyasını dəyişdi. Bundan sonra o yenidən təcili tibbi yardım çağırmış və mərhumun öldüyü təsdiq edilmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi və onun ailə başçısını itirməyə görə pensiya alması üçün ğlüm faktının müəyyən edilməsi vacibdir. Öülm faktının qeyd edilməsi üçün 5 saylı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət edilsə də, 17.05.2021-ci il tarixli 05- 1054/76 nömrəli cavab məktubu ilə ölüm haqqında həkim şəhadətnaməsi olmadığ üçün ölüm faktının müəyyən edilməsinin yalnız məhkəmə tərəfindən müəyyən edildiyini bildirdilər. BŞT və TTYS-nin 1 saylı Bölməsi tərəfindən verilmiş Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həyat yoldaşı 18.03.2021-ci il tarixində vəfat etmişdir. Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən X1 qəbirsitanlığında dəfn edilmişdir. "xxxx" MTK tərəfindən təqdim edilmiş arayışa əsasən, həyat yoldaşı ölənə qədər, yəni 18 mart 2021-ci il tarixinə qədər ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşamışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydad xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə icslasına gəlməmiş və gəlməməsinin üzürü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, atası X8 18 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X6 ifadəsində bildirmişdir ki, X8 18 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Müşfiqabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 01.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. "xxxx" MTK tərəfindən verilən 20.05.2021-ci il tarixli 21 nömrəli arayışdan görünür ki, X8 vəfat edənə qədər, yəni 18 mart 2021-ci il tarixinə qədər ünvan 2 ünvanında ailə üzvləri ilə birgə yaşamışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Tovuz rayonu Sarıtala kəndində doğulmuşdur. AZE seriyalı 17792615 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01.07.1958-ci il tarixdə Tovuz rayonu, Dönükqırıqlı kəndində doğulmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X5 18 mart 2021-ci il tarixdə yanına gəlmə vaxtı 18:14. Həkimə qədər ölüm qeyd edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 17.05.2021-ci il tarixli 1064/76 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Qaradağ rayon Müşfiqabad Bələdiyyəsinin 31 may 2021-ci il tarixli 108 saylı arayışından görünür ki, X8 19.03.2021-ci il tarixdə Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. AZ-İ 157382 nömrəli ikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 X7 ilə 20 noyabr 1987-ci ildə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20.11.1987-ci il tarixdə 1217 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 01 iyul 1958-ci il tarixdə Tovuz rayonu, Dönükqırıqlı kəndində anadan olmuş 18 mart 2021-ci il tarixdə vəfat edib. 19 mart 2021-ci il tarixdə Müşfiqabad qəsəbə qəbristanlığında dəfn edilmişdir. Ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X5 18 mart 2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1958-ci il təvəllüdlü X5 18 mart 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3168/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3168/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver