Məhkəmə qərarları › İş №2(005)-3170/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3170/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3170/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X4 və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası X9rşı “rəyasət heyətinin qərarının ləğv edilərək etbarsız sayılması, 200 manat pula görə alınmış iltizam- qəbzin etibarsız sayılması, vurulan maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X4 və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası X9rşı “rəyasət heyətinin qərarının ləğv edilərək etbarsız sayılması, vurulan maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Vəkillər Kolegiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 (iki yüz) manat pul məbləğinin tutulmuş olması üçün 17 mart 2018-ci il tarixində çıxarılmış qərarının ləğv edilərək etibarsız sayılmasına, ondan alınmış maddi ziyan kimi vurulmuş 850 (səkkiz yüz əlli) manat və mənəvi ziyan kimi vurulmuş 10.000 (on min) manat pul məbləğinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh Vəkillər Kolegiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 (iki yüz) manat pul məbləğinin tutulmuş olması üçün 17 mart 2018-ci il tarixində çıxarılmış qərarının ləğv edilərək etibarsız sayılmasına, ondan alınmış maddi ziyan kimi vurulmuş 200 (iki yüz) manat pul məbləğı görə iltizam qəbzin-əqdin etibarsız sayılması, ona vurulmuş 850 (səkkiz yüz əlli) manat və mənəvi ziyan kimi vurulmuş 25.000 (iyirmi min) manat, cəmi 25850 (iyirmi beş min səkkiz yüz əlli) manat pul məbləğinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əvvəllər vəkilliyə namizəd olmaqla bir neçə dəfə test imtahanlarından müvəffəqiyyətlə keçmiş, lakin şifahi müsabiqə zamanı ona qarşı olunmuş qərəzli münasibət ucbatından keçməyə imkan verilməmişdir. Bildirir ki, vəkillər kollegiyasnın indiki rəhbərliyinin, onların himayədarlarının bu qurumu idarə etmiş olmaqları vicdanlı və savadlı vəkillərin özfəaliyyətlərini normal inkişaf etdirməyə yox, həmin qurumdan ən çox ictimaisiyasi və hətta kommersiya məqsədləri üçün istifadəni həyata keçirmiş olmaqdan ibarətdir. Belə ki, vəkillər kollegiyasının rəhbərliyinin ən mühüm qanun pozuntularına sübut kimi vəkilliyə namizədlərin hər birindən test imtahanına buraxılmış olmaları üçün 200 (iki yüz) manat pul tələb etmələrini göstərmək olur. Bu pullar nədənsə üçüncü şəxs X11 (DİM-in) nəzarətindən kənar həyata keçirilmişdir. Burada onların məqsədi vəzifədən sui-istifadə etmiş olaraq gəlir əldə etmək idi. O, 2021 ilin mart ayının əvvəllərinə qədər elə bilmişdir ki, respublikanın Nazirlər Kabineti qərar verib ki, vəkilərin kolegiyası X11 (DİM-in) əvəzindən namizədlərdən pul yığılması ilə məşğul olsun. Lakin qeyd etdiyi kimi 2021 ilin mart ayının əvvəllərində imtahandan 2-3 gün əvvəl (05 mart 2021-ci il tarixində keçirilmiş olmuşdu) təsadüfən xəbər tutmuşdur ki, Nazirlər Kabineti vəkillər Kolkegiyasına belə bir səlahiyyət verməmişdir. 05 mart 2021-ci il tarixində keçirilmiş vəkilliyə namizədlərin imtahanında iştirak edəcəyi üçün çox dərinliyinə varmamışdır. Lakin növbəti dəfə test imtahanından 59 (əlli doqquz) bal topladığından (keçid balı 60-dır), həmçinin cavabdeh Vəkillər Kollegiyasının testdən müvəffəqiyyətlə keçən, lakin “onlara sərf etməyən” vicdanlı, savadlı hüquqşünasları ixtisas komissiyasından keçmiş olmalarına maneçilik törətmiş olduqlarından xəbərdar olduğu üçün üçüncü şəxs X12 (DİM-ə) 2 (iki) mövzuda: 1) keçid balından narazılıqla əlaqədar Apellyasiya Şikayəti; 2) cavabdeh Vəkillər Kollegiyası tərəfindən onlara (yəni X12 (DİM-ə)) hər vəkilliyə namizəd üçün nə qədər pullar köçürülmələri barədə; müraciətlər etmişdir. Həmçinin cavabdeh Vəkillər Kollegiyasının ünvanına da rəsmi ərizə göndərmişdir ki, hər namizəd üçün alınan 200 (iki yüz) manat puldan X12 (DİM-ə) hər namizəd üçün nə qədər, o cümlədən ondan da hər imthana buraxılmağa görə hər dəfə alınmış 200 (iki yüz) manat puldan X12 (DİM-ə) nə qədər pul keçirilmiş olduğu haqda dəqiq məlumat vermələrini, ona həmin pulu qaytarmalarını tələb etmişdir. Lakin cavabdeh Vəkillər Kollegiyası uzun müddət ona cavab verməkdən yayınmış, üçüncü şəxs X13 (DİM) də yalnız keçid balına görə verdiyi Apellyasiya Şikayətilə əlaqədar cavab verəcəklərini, Vəkillər Kollegiyasından X12 (DİM-ə) hər vəkilliyə namizəd üçün nə qədər köçürülmələri barədə məlumat verməyəcəklərini şifahi surətdə bildirmişlər. Nəhayət cavabdeh Vəkillər X4 tərəfindən 450 saylı 08 aprel 2021-ci il tarixlə hazırlamış olduqları cavab təqdim edilmiş, bildirilmişdir ki, Vəkillər X2 17 mart 2018-ci il tarixində çıxarılmış qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödəniş 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir, şəhid ailələri, müharibə veteranları, Çenobilda AES-də qəza nəticəsində şüa və şüa yükü ilə xəstəliyə tutulmuş şəxslərə güzəşt tətbiq olunaraq imtahan üçün ödəniş 100 (yüz) manat məbləğində nəzərdə tutulmuşdur. Bu vəziyyətdə müraciətinin təmin olunması üçün “əsasın olmadığı” bildirilmişdir. Həmin cavaba qoşmada Vəkillər X2 17 mart 2018-ci il tarixində keçirilmiş 06 saylı iclas protokolundan çıxarışın təsdiq edilən surəti təqdim edilmişdir. Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmaq üçün sənəd verən hər bir şəxs tərəfindən imtahanla bağlı xərclərə sərf edilməsinə görə Vəkillər Kollegiyasının bank hesabına 200 (iki yüz) manat məbləğində pul ödənilmiş olması heç bir yerdə qeyd edilməmişdir. Vəkilliyə namizədlərin hər birinə 200 (iki yüz) manat məbləğində “rüsumları almalarına” görə vəkilərin kolegiyasının rəyasət heyətinin 18 mart 2018-ci il tarixində qərarı vermiş olması Vəkillər Kollegiyasının rəhbərliyinin göstərişi ilə olub. Halbuki bu hal nə “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” AR Qanunda, nə də vəkilərin kolegiyasının ümumi konfransının sənədlərində var. Çünki Azərbaycan Respublikasının Qanunlarına əsasən test imtahanını Azərbaycan Respublikasının X13 (AR DİM) həyata keçirir, imtahanlara dair rüsumlar da bu qurumun hesabına köçürülməlidir. Ödənməli olan məbləğin qədərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Deməli, Vəkillər X4 qeyri-dövlət qurumu olduğu halda dövlətin ali icra orqanının səlahiyyətlərini mənimsəmişdir. Cavabdeh Vəkillər Kollegiyası test imtahanlarının keçirilməsinə görə ondan da: 28 yanvar 2018-ci il tarixində 50 (əlli) manat, 30 mart 2019-cu il tarixində, 31 oktyabr 2019-cu il tarixində, 30 yanvar 2020-ci il tarixində, 05 mart 2021-ci il tarixində isə hər dəfə 200 (iki yüz) manat - yəni cəmi 850 (səkkiz yüz əlli) manat pul almışdılar. Yuxarıda qeyd etdiyi kimi Vəkillər Kollegiyasının rəhbərliyi bu pulları dövlətin yox, özlərinin bank hesablarına köçürdürmüşdülər. Halbuki həmin pullar Vəkillər Kollegiyasının bank hesabına yox, X11 (DİM- in) hesabına köçürülməli idi. Cavabdeh Vəkillər Kollegiyasının namizədləri aldadaraq külli miqdarda pul əldə etmişdir. Rəyasət heyəti isə Nazirlər Kabinetinin səlahiyyətini mənimsəmişdir. Bu isə korrupsiya deməkdir. O da digər vəkilliyə namizədlər kimi 4 (dörd) dəfə 200 (iki yüz) manat pul köçürmüşdür. Ona dəyən mənəvi ziyanın miqdarı azı 10000 (on min) manat məbləğində qiymətləndirir. Çünki bu 4 il ərzində o, olmazın iztirablar keçirmişdir. Göründüyü kimi cavabdeh ali icra orqanının - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (AR NK) səlahiyyətlərini mənimsəmişdir, namizədlərdən yığılan pulu öz hesabına köçürdürmüşdür. Onun haqlı olaraq onların qarşısında qoyduğu sualdan-yəni köçürdüyü pul məbləğindən nə qədər üçüncü şəxs X12 (DİM-ə) pul köçürülmüş olmalarına dair cavab verməkdən yayınmışdır, ondan qanunsuz yolla almış olduğu pulu qaytarmaqdan imtina etmişdir. Həmçinin üçüncü şəxs X13 də Vəkillər Kollegiyası tərəfindən hər vəkilliyə namizəd üçün onlara nə qədər pul köçürülmüş olması barədə rəsmi məlumat verməkdən yayınmışdır. Göründüyü kimi cavabdeh Vəkillər Kollegiyası rəyasət heyəti onun tərəfindən hər imtahan üçün 200 (iki yüz) manat pul məbləğlərini köçürülməsini danmır. Bu səbəblərdən də o, qəbzləri təqdim etmir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 nümayəndəsi X10 iddia ərizəsinin əsassız olduğunu bildirərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası X12 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Vəkillər X2 İddiaçı ünvanlanmış 08.04.2021-ci il tarixli, 450 №-li məktubundan görünür ki, daxıl olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Vəkillər X5 17 mart 2018-ci il tarixli qərarı ilə vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçun nəzərdə tutulmuş ödəniş 200 manat məbləğində müəyyən edilmişdir. Şəhid ailələri müharibə veteranları, Çernobıl AES-də qəza nəticəsində süa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslərə güzəşt tətbiq olunaraq imtanan üçün ödəniş günü 100 manat məbləğində nəzərdə tutulmuşdur. Belə vəziyyətdə, müraciətinin təmin olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası Vəkillər X2 17 mart 2018-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışdan görünür ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün sənəd verən hər bir şəxs tərəfindən imtahanla bağlı xərclərə sərf edilməsi üçün Vəkillər Kollegiyasının bank hesabına 200 (iki yüz) manat məbləğində pul ödənilməsi qərara alınmışdır. 03.02.2020-ci il tarixli İddiaçı əlyazmasından görünür ki, o, ixtisas imtahanlarında iştirak edib etməməyindən, imtahanı keçib keçməməyindən asılı olmayaraq imtahanda iştirak üçün ödədiyi pulu geri tələb itməyəcəyini yazaraq öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası X11 13.08.2021-ci il tarixli, 04/04-08/2162 №-li məktubdan görünür ki, məhkəmənin İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər X1rşı "Rəyasət Heyətinin qərarının ləğv edilərək etibarsız hesab edilməsi, vurulan maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair vəkilliyə qəbul ilə bağlı keçirilmiş imtahanlarda namizədlər üçün nəzərdə tutulmuş ödənişlər (hansı məbləğdə olması) barədə məlumat təqdim edilməsi ilə bağlı sorğuya Azərbaycan Respublikasının X13ndə baxılmışdır. Sorğu ilə bağlı bildirilir ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq üçün imtahanda iştirakla əlaqədar nəzərdə tutulmuş məbləğ Azərbaycan Respublikası Vəkillər X5 17 mart 2018-ci il tarxli Qərarı ilə 200 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliklə müəyyən olunmış tələblərə cavab verən şəxslər imtahanda iştirak üçün nəzərdə tutulmuş məbləği Azərbaycan Respublikası Vəkillər X2 bank hesabına ödəyirlər. Azərbaycan Respublikasının Dövlət X6 uyğun olaraq, dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.Mərkəz müqavilə əsasında da imtahanlar təşkil etdiyi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Mərkəz arasında imtahanların təşkili məqsədilə 02 mart 2021-ci il tarixli №VK-DİM01 müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Mərkəz (İcraçı) Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar müsabiqənin birinci mərhələsi üzrə 280 nəfər namizəd üçün yazılı test imtahanının keçirilməsi ilə bağlı tələb olunan işlərin həyata keçirilməsini və nəticələrinin Kollegiyaya (Sifarişçiyə) tələb edilən formada təqdim edilməsini, Sifarişçi isə müqavilə ilə müəyyən edilmiş məbləğin İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Mərkəz Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirib xidmətləri Kollegiyaya müəyyənləşdirilmiş qaydada təhvil vermişdir. Məlumat üçün bildiririk ki, Mərkəz tərəfindən hər bir imtahanın keçirilməsi ilə bağlı müqavilə üzrə qiymətlər iştirakçıların sayından, imtahanın kağız daşıyıcılar və ya elektron formada keçirilməsindən asılı olaraq Sifarişçi ilə razılaşdırmaqla müəyyən edilir və bununla əlaqədar olaraq, imtahanların keçirilməsi üzrə müqavilə qiymətləri bir-birindən fərqlənir. Bir daha qeyd edilir ki, Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar yazılı test imtahanında iştirakla bağlı tələb olunan 200 manat məbləğ Kollegiyanın özü tərəfindən müəyyən edilmiş və İddiaçı tərəfindən həmin məbləğ Kollegiyanın bank hesabına köçürülmüşdür. Kollegiya isə sözügedən imtahanları özü təşkil etməmiş, Mərkəz müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs olduğu üçün Kollegiya bu məqsədlə Mərkəzlə müqavilə bağlamışdır. Mərkəz isə Kollegiya ilə razılaşdırılmış qiymətlə yazılı test imtahanları təşkil etmiş və icraçı kimi müqavilədə nəzərdə tutulan təşkilati işləri lazımi səviyyədə və yüksək keyfiyyətlə yerinə yetirmişdir. Mərkəz İddiaçı də daxil olmaqla, imtahanda iştirak edən heç bir şəxsdən hər hansı bir ödəniş tələb etməmiş, o cümlədən, Mərkəz tərəfindən qeyd edilən imtihanda iştirakla bağlı hər hansı bir məbləğ nəzərdə tutulmamışdır. Göründüyü kimi İddiaçı vəkilliyə namizəd kimi 4 dəfə test imtahanında iştirak etmiş, ilkin mərhələdə uğur qazansa da, şifahi müsahibə mərhələsindən uğurlu nəticə əldə edə bilməmişdir. O, hər imtahanda iştirak etmək üçün Azərbaycan Respublikası Vəkillər X5 17 mart 2018-ci il tarixli Qərarı ilə müəyyən edilmiş məbləğdə yəni, 200 manat məbləğində ödəniş etmişdir. Hesab edir ki, onun tərəfindən ödənilmiş məbləğlər qanunsuzdur və bu səbəbdən də Azərbaycan Respublikası Vəkillər X5 17 mart 2018-ci il tarxli Qərarı etibarsız hesab edilərək ləğv edilməli, həmçinin ona dəymiş maddi ziyanın əvəzi kimi imtahanlarda iştirak etmək üçün xərclədiyi ümumi vəsait 850 manat və Vəkillər Kollegiyasının qərəzli münasibətinə görə çəkdiyi istirablarla əlaqədar olaraq 25000 manat məbləğində mənəvi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası Vəkillər X5 17 mart 2018-ci il tarxli Qərarının və 200 manat pula görə alınmış iltizam- qəbzin etibarsız sayılmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən qərarın və iltizam-qəbzin etibarsızlığını şərtləndirən hallar aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X5 17 mart 2018-ci il tarxli Qərarı ilə 200 manat məbləğində müəyyən edilmişdir. İddiaçı könüllü olaraq imtahanda iştirak etmək üçün 200 manat məbləğində ödəniş etmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə İddiaçı imtahanın nəticələrindən asılı olmayaraq ödədiyi məbləği geri tələb etməyəciyini öz imzası ilə təsdiqlədiyi müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X5 17 mart 2018-ci il tarxli Qərarı ilə nəzərdə tutulmuş 200 manat məbləğində ödəniş, vəkilliyə namizədlərin ixtisas imtahanında iştirak etmək hüququ əldə etmələri üçün müəyyən edilmiş ödənişdir. Bu səbəbdən iddiaçının uğur əldə edə bilmədiyi imtahanlarda iştirakı üçün ödədiyi məbləği geri tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəflərin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddia tələblərinin əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə müəyyən edilmiş bu hallar baxımından iddia tələbi ilə bağlı hər hansı mülki hüquq pozuntusunun törədilməsinin istisna edildiyini qeyd etməklə, belə qənaətə gəlir ki, iddia tələbləri rədd edilməlidir. Məhkəmə İddiaçı mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia ərizəsinin 25.000 (iyirmi beş min) manat məbləğində mənəvi zərər tələbi hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Məhkəmə eyni zamanda, cavabdehin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə vəsatətinə dair qeyd edir ki, cavabdeh tərəfin əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X4 və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası X9rşı “rəyasət heyətinin qərarının ləğv edilərək etbarsız sayılması, 200 manat pula görə alınmış iltizam- qəbzin etibarsız sayılması, vurulan maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar