Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3179/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçıASC-nin nümayəndəsi X6, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi, əmlakların satıldıqdan sonra boşaldılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi, əmlakların satıldıqdan sonra boşaldılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Yelo Bank" ASC-nin xeyrinə 2015-ci il 15 may tarixli kredit müqaviləsi üzrə 3316.68 manat əsas, 953.33 manat faiz. 25.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4295,86 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.ın yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “Yelo Bank" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və X2 Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş lesab edilməsi, Cavabdeh1 və X2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, "xxxx"’ İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 15 may tarixli kredit müqaviləsi iizrə 1964.68 ABŞ dolları əsas , 1044.88 ABŞ dolları faiz, 297.32 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 05 iyul 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək illik 5 %-lə hesablanmış 51.6 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3358.48 ABŞ dollan məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi. 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin erasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və X3 Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində-yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və X3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci il 15 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “1 saylı" filialından illik 25%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 05.04.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 05.07.2021 tarixədək təyin edilir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili 2015-ci il 15 may tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 15 may tarixli kredit müqaviləsinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 16-dək Cavabdeh1 2015-ci il 15 may tarixli kredit müqaviləsi üzrə banka 3316.68 manat əsas, 953.33 manat faiz, 25.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4295,86 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayanıq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında İddiaçıASC-nin nümayəndəsi X8 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbinin əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Digər cavabdeh X4 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçının və cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 2015-ci il 15 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 05.04.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 05.07.2021 tarixədək təyin edilmişdir. İş materiallarında olan 15.05.2015-ci il tarixli, 1-G1-1-0-337-15 saylı kredit müqaviləsinə 15.05.2015-ci il tarixli 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh1 20000 ABŞ dollarında borcu hər ay 795.20 ABŞ dolları annuitetlə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 may 2015-ci il tarixli 1-G1-1-0-337-15 ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili ilə yüklü edilmişdir. İş materiallarında olan kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 15.05.2015-ci il tarixdə 20000 manat məbləğində vəsaiti almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 ətaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34531 nömrəli vərəqində 03 aprel 2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 ətaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.ın yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili Nikoil Bankın 1 saylı filialının xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34531 nömrəli vərəqində 16.05.2015-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 18.10.2016-cı il tarixli və 30.05.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 öhdəliyin tam formada icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, əks təqdirdə 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.09.2021-ci İ tarixli №9/6074 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənərə əsasən, hesabdan çıxarış məlumatları və “Nikoil İKB ASC ilə cavabdeh X5 arasında bağlanmış 15.05.2015-ci il tarixli, 1-G1-1-0-337-15 nömrəli Kredit Müqaviləsinə 05.04.2017-ci il tarixli Əlavə Saziş Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni 05.07.2021-cu il tarixinədək banka 3166,28 ABŞ dolları əsas, 679,62 ABŞ dollar faiz borcu vardır. İş materiallarında olan X10 13.10.2021-ci il tarixli SEM/O 01-016/21 saylı rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.ın yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilin bazar qiyməti 69,800 manat, likvid dəyəri 62,820 manat təşkil edir. İş materiallarında olan 01.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 1905.86 ABŞ dolları əsas, 1048,53 ABŞ dolları faiz borcu, 297,32 ABŞ dolları cərimə borcu,53.15 ABŞ dolları əldən çıxmış fayda üzrə cərimə borcu cəmi 3304,86 dollar borcu vardır. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh1 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəldiləcəyi barədə xəbərdarlıq edilmiş, 3 gün ərizndə razılıq əldə edilməsi üçün banka müraciət etmələri xahiş olunmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, Cavabdeh1 "2015-ci il 15 may tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-nin 1 saylı filialından illik 25%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 20000 ABŞ dollarında borcu hər ay 795.20 ABŞ dolları annuitetlə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili 2015-ci il 15 may tarixli ipoteka müqaviləsilə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili Nikoil Bankın 1 saylı filialının xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34531 nömrəli vərəqində 16.05.2015-cı il tarixdə qeydiyyata alınmışdır. İş üzrə İddiaçıASC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş üzrə ekspert rəyini və 01.12.2021-ci il tarixli ekspert rəyini əsas götürməklə belə qənaətə gəlir ki, cavabdehin mübahisələndirilən kredit müqaviləsi 1905,86 ABŞ dolları əsas borcu, 679,62 ABŞ dolları faiz borcu, 25 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda 51,6 ABŞ dolları məbləğindədir və cavabdeh 15.05.2015-ci il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit üzrə 297,32 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin məbləğ azadılmalı, cavabdehdən iddiaçının xeyrinə 30 ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia əsas borcun, faiz borcunun və dəbbə pulunun tutulması hissəsində iddia qismən edilməli, iş üzrə təqdim edilmiş ekspert rəyi və maliyyə arayışı əsas götürülməklə, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1905,86 ABŞ dolları əsas borc, 679,62 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə borcu, 25 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda 51,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2667,08 ABŞ dolları məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv. yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehə məxsus olan qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri - yaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 62800 manat (altmış iki min səkkiz yüz) manat müəyyən edilməli, yaşayış sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, əmlakın satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılmalı, qeyri-yaşayış sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzili tərk etməlidir. Belə ki, məhkəmənin 05.08.2021-ci il tarixli qərardadına əsasən əmlakın qiymətləndirmə ekspertizası təyin edilmiş, “X13” MMC-nin 13.10.2021-ci il tarixli SEM/O 01-016/21 Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilin qiyməti 62800 manat (altmış iki min səkkiz yüz) manat müəyyən edilir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Ona görə də həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 100 (yüz) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına, 200 (iki yüz) manat məbləğində pul “X13” MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1905,86 ABŞ dolları əsas borc, 679,62 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə borcu 25 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 51,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2667,08 ABŞ dolları məbləğində borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 62800 manat (altmış iki min səkkiz yüz) manat müəyyən edilsin. Mənzil satılsın və ondan əldə ediləcək vəsait cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Mənzil hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və X7 Bakı şəhəri, Nərimanov rayonu, X12 prospektində yerləşən, 2 otaqlı, 40.43 kv.m ümumi, 27.33 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilini tərk etsinlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 ( yüz) manat məbləğində pul Cavabdeh1 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq, VÖEN: **********, Hesab N AZN: AZ33GUNA4(M)60046031(K)000(KH)0, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİM: GUNAAZ22 “X13” MMC-nin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3179/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3179/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver