Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3197/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 2006-ci il 16 iyun tarixli kredit müqaviləsi üzrə 434,94 ABŞ dollan faiz, 5233,06 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 5668 ABŞ dollan borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən, 3 otaqlı, 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən, 3 otaqlı. 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən, 3 otaqlı. 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzili yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu. Məhəmməd Xiyabani küçəsində yerləşən, 3 otaqlı, 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-ci il 16 iyun tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 26%-lə, 12 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminalı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri. Yasamal rayonu, Məhəmməd Xıyabani küçəsində yerləşən 3 otaqlı, 47 kv.m yaşayış sahədən ibarət 54 nömrəli mənzili 2006-ci il 16 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2006-ci il 16 iyun tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş ödilmədikdə, müqavilənin 6.1-cü bəndinə əsasən hər gccikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 26 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 16-dək Cavabdeh1 2006-ci il 16 iyun tarixli kredit müqaviləsi üzrə banka 434,94 ABŞ dollan faiz, 5233,06 ABŞ dollan cərimə borcu olmaqla ümumilikdə cəmi 5668 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsino dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra elmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X3 iddia tələbinin müddəalarına uyğun çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. 16.05.2021-ci il tarixə tərtib edilmiş maliyyə arayışıdan görünür ki, Cavabdeh1 16.06.2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə qalıq məbləğ 0 manat, faiz borcu üzrə qalıq məbləğ 434,94 manat, cərimə borcu üzrə qalıq məbləğ 5233,06 manat müəyyən edilmişdir. AZE 00****** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. 16.06.2006-cı il tarixli 156F nömrəli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə istifadə etmək üçün borcalana 35000 ABŞ dolları məbləğində kredit vəsaiti ayırır. Bu müqavilənin 2.3-cü bəndinə əsasən borcalan müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. 16.06.2006-cı il tarixli 156F nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borcalan arasında bağlanmış 16.06.2006-cı il tarixli 156F nömrəli kredit müqaviləsinə əsasən 35000 ABŞ dolları məbləğində 1 il müddətinə verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsindəki 6 saylı evin 47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 54 saylı mənzili ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsinə ünvanlanmış 26.04.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 6, mənzil 54 tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin 22.04.2021-ci il tarixdə ünvana çatdırılmasını diqqətə çatdıraraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasını xahiş etmişlər. Cavabdeh1 ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutlması üçün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklara yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notairat kontoruna və ya məhkəməyə müraciət olduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanındakı əmlak Nikoyl İKB/2 saylı filialın xeyrinə yüklü edilmiş və 27.06.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.10.2021-ci il tarixli, 9/5692 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 16.06.2006-cı il tarixli 156F saylı kredit müqaviləsi şərtləri əsas götürməklə Cavabdeh1 16.06.2007-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 41299,86 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 16.06.2007-ci il tarixə əsas borc üzrə 35000 ABŞ dolları, faiz borcu üzrə 6299,86 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16.06.2006-cı il tarixli 156F saylı kredit müqaviləsi şərtləri əsas götürməklə Cavabdeh1 08.10.2021-ci il (rəyin verildiyi tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5%-lə hesablanmaqla banka olan borcunun tam ödənildiyi və 6896,67 ABŞ dolları məbləğində artıq ödəniş müəyyən olunur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, tərflər aralarında bağlanmış müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.10.2021-ci il tarixli, 9/5692 nömrəli ekspert rəyindən göründüyü kimi, Cavabdeh1 16.06.2006-cı il tarixli 156F saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam və lazımi dərəcədə icra etmiş, həmin kredit müqaviləsi üzrə borcu qalmamışdır. Odur ki, iddiaçının cəriməyə dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin cərimə məbləği iddiaçının əsas borcu olmadğından, əlavə tələblərə münasibtədə də iddia rədd olunmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd olunduğundan, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3197/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3197/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver