Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-325/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın “Qazax” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 90 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 5.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə Bank arasında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 2A, mənzil 23 ünvanında yerləşən, 42.6 kv.m ümumi sahəsi olan yaşayış mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş və beləliklə də banka borcu yaranmışdır. Filial tərəfindən təqdim edilmiş arayışa əsasən xx.xx.2019-cu il tarixə yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə geciktirilmiş əsas borc 3143.94 manat, ödənilməmiş faiz borcu üzrə 337.71 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 510.32 (beş yüz on manat otuz iki qəpik) manat, cəmi 3991.97 manat təşkil edir. Cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 borc öhdəliyini icra etmir, buna görə də borcun təminatı kimi Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş fərdi yaşayış evinin qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Eyni zamanda, ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, çünki ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Qeyd edilənlərə əsasən, Cavabdeh1 «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 90 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3143.94 manat, faiz borcu üzrə 337.71 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 510.32 manat, cəmi 3991.97 manat məbləğində pul vəsaiti, həmçinin 30 manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqı və 30 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqı tutulmasına, Cavabdeh1 iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, Cavabdeh2 məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 2A, mənzil 23 ünvanında yerləşən, 42.6 kv.m ümumi sahəsi olan yaşayış mənzilinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh2, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 90 №-li kredit müqaviləsinin məzmunundan görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında illik 18 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 avro məbləğində pulun kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 720 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzili banka girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borc məbləğini ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək 3143,94 manat əsas borcu, 337,71 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər 510,32 manat, cəmi borcu 3991,97 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzili «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Qazax filialının adına xx.xx.2013-cü il tarixdə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “X2” MMC-nin xx.xx.2020-ci il tarixli, 011/20 saylı rəydən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzilin bazar dəyəri 78000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə olan halda məhkəmə Cavabdeh1 kredit müqaviləsi üzrə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCnin Cavabdeh1 kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasına dair tələb etmək hüququ vardır. Məhkəmə maliyyə arayışını nəzərdən keçirdib hesab edir ki, xx.xx.2013-cü il tarixli, 90 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3143.94 manat, ödənilməmiş faiz borcu üzrə 337.71 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 510.32 manat, cəmi 3991.97 manat məbləğində pul tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzili «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Qazax filialının adına xx.xx.2013-cü il tarixdə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzilinə yönəldilməli, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc ləğv prosesində olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nə ödənilməli, mənzili satıldıqdan 1 ay sonra Cavabdeh2 qeyd edilən mənzildən çıxarılmalı, mənzil boşaldılmalıdır. Məhkəmə “X2” MMC-nin xx.xx.2020-ci il tarixli, 011/20 saylı ekspert rəyini nəzərdən keçirərək belə qənaətə gəlir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzilinin ilkin satış qiyməti 78000 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda cavabdehlərin girov qoyulmuş mənzildə istifadə hüquqlarının itirilməsi barədə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Məhkəmə hsab edir ki, bu cür tələbin irəli sürülməsi hüququ mənzilin mülkiyyətçisinə məxsusdur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, N-006 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 3143.94 manat əsas, 337.71 manat faiz, 510.32 manat 5 %-lik cərimə, cəmi 3991.97 (üç min doqquz yüz doxsan bir manat, doxsan yeddi qəpik) manat və 30 manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqı və 30 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzilinə yönəldilsin, əmlakın ilkin satış qiyməti 78.000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nə ödənilsin. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 2 A nömrəli evin 23 saylı mənzili satıldıqdan 1 ay sonra Cavabdeh2 qeyd edilən mənzildən çıxarılsın, mənzil boşaldılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul “X2” MMCnin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-325/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-325/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver