Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3258/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Sərxan Ziyad oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 “xxxxxxxx” ASC-yə qarşı “əsassız pulun silinməsi, artıq hesablanmış pulun geri qaytarılması, mənzilin ipotekadan azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 “xxxxxxxx” ASC-yə qarşı “əsassız pulun silinməsi, artıq hesablanmış pulun geri qaytarılması, mənzilin ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4 Cavabdeh ASC tərəfindən hazırki iş üzrə İddiaçı qanunsuz tələb olunan 4889 ABŞ dolları məbləğində pul tələbinin qanunsuz hesab edilməsi, İddiaçı Cavabdeh ASC tərəfindən artıq hesablanaraq tutulmuş 1002 ABŞ dolları məbləğində faiz borcunun, 1041 ABŞ dolları məbləğində əsas borcun, cəmi 2043 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarılması və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekadan azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanunamüvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yazılı vəsatət təqdim edərək, mülki işin aidiyyət üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh X4 Cavabdeh ASC-nin nümayəndəsi X2 mülki işin aidiyyət üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını tədqiq edib belə qənaətə gəlir ki, vəsatət təmin edilməli, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” sistemindən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh ASC-nin rəsmi qeydiyyatı ünvan 2 ünvanındadır. Azərbaycan Respublikası MPM-nin: 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyatının dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.4-cü maddəsinə əsasən aidiyyatı haqqında məsələ qalxdıqda hakim işin aidiyyatı üzrə göndərilməsi haqqında əsaslandırılmış qərardad çıxarır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olduğu təqdirdə məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün X4 Cavabdeh ASC-nin rəsmi olaraq qeydiyyatda olduğu ünvan üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh X4 “xxxxxxxx” ASC-yə qarşı “əsassız pulun silinməsi, artıq hesablanmış pulun geri qaytarılması, mənzilin ipotekadan azad edilməsi” tələbinə dair 2(005)-3258/2020 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3258/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3258/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver