Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3284/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı «ASAN Xidmət» X4rşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı «ASAN Xidmət» X4rşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 11.05.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum qardaşı X1 yaranməş xəstəlik nəticəsində qəflətən vəfat etmişdir. Qardaşının ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə 5 saylı Bakı «ASAN Xidmət» X9 ərizə ilə müraciət etsə də, ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Belə ki, müraciətlərinə cavab olaraq verilmiş imtina məktubunda qeyd olunmuşdur ki, təqdim etdikləri sənədlər arasında ölüm faktının təsdiq edən tibbi arayış olmadığından, ölümün qeydiyyata alınmasından imtina edilmişdir. Məcbur qalıb faktı təsdiq etmək üçün məhkəməyə müraciət etmişdir. Mərhum qardaşı X1 yaranmış xəstəlik nəticəsində qəflətən 11.05.2021-ci il tarixdə vəfat etmiş, həmin tarixdə təcili tibbi yardım çağırılmışdır. Bakı şəhər Təcili və X7 Stansiyasının 11.05.2021-ci il tarixdə qardaşının ölməsini təstiq edərək, onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Qohumları ilə birgə mərhum qardaşını Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda dəfn etmişlər. Hal-hazırda mərhum qardaşının qəbri həmin qəbristanlıqda yerləşir. X5 ölüm faktının təsdiq edən şəhadətnaməsini alınmasını istəyir və bunun üçün mərhumun ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X10 ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirmişdir ki, Ərizəçi və vəfat edən X13 qonşusudur. Eldar xəstə idi. Onun dəfn mərasimi Hovsan qəsəbəsində keçirilmiş və həmin mərasimdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, Ərizəçi və vəfat edən X13 qonşusudur. O, xəstəlikdən əziyyət çəkirdi. Onu Hövsan qəsəbəsində yerləşən qəbristanlığında dəfn ediblər. Maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxsiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 08.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 anası X8r. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 06.07.1974-cu il tarixdə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Bakı şəhəri Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X5 11.05.2021-ci il tarixdə yanına gəlmə vaxtı 11:35-dir. Həkimə qədər ölüm qeyd edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25.05.2021-ci il tarixli ********** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Bakı şəhəri, Suraxanı rayon Bələdiyyəsinin 17.05.2021-ci il tarixli 259 saylı arayışından görünür ki, X13 11.05.2021-ci il tarixdə Hövsan qəsəbə Quşçuluq yaşayış sahəsi qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X13 06.07.1974-cü il tarixdə Tovuz rayonunda anadan olmuş 11.05.2021-ci il tarixdə vəfat edib. 11.05.2021-ci il tarixdə Hövsan qəsəbə Quşçuluq yaşayış sahəsi qəbristanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X5 11.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.07.1974-cü il təvəllüdlü X5 11.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3284/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3284/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver