Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3298/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölümün qeyd edilmə faktı barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölümün qeyd edilmə faktı barədə ərizə ilə məhkəməyə müraciət edərək,mərhum X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 ərizəçinin həyat yoldaşı idi. 0,1958-ci ildə Ermənistan Respublikası Quqark rayonunda doğulmuşdur. xx.xx.2025-ci il tarixində həyat yoldaşı X5 vəziyyəti ağırlaşır və o, X10 gələnə qədər vəfat edir. X6 həmin günü Binəqədi qəsəbəsi qəbirsanlığında dəfn edilib. Bundan sonra Ərizəçi, ölüm haqqinda şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyata rəsmi olaraq müraciət edib. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsindən ərizəçiyə rəsmi qaydada bildirilib ki "ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa bu halda Siz, ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciyyət etməlisiniz. Ərizəçi bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. X1 2 il idi ki, ağciyər xəstəliyindən əziyyət çəkurdu və bununla bağlı dəfələrlə xəstəxanaya müraciət etmişdi. Bildirdi ki,atası - X6 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonunda dəfn edilib. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun yoldaşının bacısıdır. X6 onun bacanağı olmuşdur. Bildirdi ki, X6 xəstəliyi ilə əlaqədar evdə müalicə alırdı. xx.xx.2025-ci il tarixdə rəhmətə gedib və Binəqədi rayonunda dəfn edilib. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materialları: - İş materiallarında olan “Bakı şəhər Təcili və X3 Stansiyası” PHŞ tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ev, mənzil 66 saylı ünvana xx.xx.2025-ci ildə saat 12:42-də çağırış edilmiş, ölümün ilkin səbəbi həkimə qədər kişi cinsi meyit kimi qeyd edilmişdir. - İş materiallarında olan Bakı şəhəri,Binəqədi Rayonu,X4 tərəfindən verilən 30 iyun 2025-ci il tarixli, Q-02-666 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsinin Keyrəki qəbristanlığında dəfni icra olunmuşdur. - İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi “X13 4 nömrəli Şəhər Poliklinikası” tərəfindən Ərizəçi göndərilən 25 iyun 2025-ci il tarixli, 18-1-1-87/3-302/2025 nömrəli məktubdan görünür ki, X6 ölümə səbəb ola biləcək hər hansı bir xəstəliklə Nərimanov rayonu, 4 nömrəli şəhər poliknikasında dispanser qeydiyyatda olmadığından, onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmadığı bildirilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən göndərilən xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-11-317-2025 nömrəli məktubdan görünür ki, X5 ölümünün qeydə alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqınca feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər.Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir.Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - İş materiallarından olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, X5 xx.xx.1958ci ildə anadan olduğu və xx.xx.2025-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1958-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1958-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3298/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3298/2025
02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver