Məhkəmə qərarları › İş №2(005)-33/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-33/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-33/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı «X19 Azerbaycan» QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "X19 Azərbaycan" QSC-nin cavabdehlər Cavabdeh7, "xxxx" MTK-ya, Cavabdeh6, "xxxx" MTK-ya, Cavabdeh13, "xxxx" MMC-yə, "xxxx" ASC-yə, "xxxx" MTK-ya, Cavabdeh12, Cavabdeh11, Cavabdeh14, Cavabdeh10, Cavabdeh9 və Cavabdeh8 qarşı “kreditin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "X19 Azərbaycan" QSC cavabdehlər Cavabdeh7, "xxxx" MTK-ya, Cavabdeh6, "xxxx" MTK-ya, Cavabdeh13, "xxxx" MMC-yə, "xxxx" ASC-yə, "xxxx" MTK-ya, Cavabdeh12, Cavabdeh11, Cavabdeh14, Cavabdeh10, Cavabdeh9 və Cavabdeh8 qarşı “kreditin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çinar AN MTK”-dan, "xxxx" ASC-dən, Cavabdeh3 MTKdan, "xxxx" MTK-dan, Cavabdeh5 MMC-dən, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5, Cavabdeh12 müştərək qaydada 555 №-li 24.10.2014-cü il tarixli Kredit müqaviləsi üzrə olan əsas məbləğ borcu - 1207772,22 manat, əsas məbləğə hesablanmış faiz borcu – 204003,47 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 231663,74 manat olmaqla, cəmi 1643439,43 manat kredit borcunun; 001 №-li 17.09.2015ci il tarixli Kredit müqaviləsi üzrə olan 24.02.2017-ci il tarixli 06 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu - 73000 manat əsas məbləğə hesablanmış faiz borcu – 16228,72 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 6871,73 manat olmaqla, cəmi 96100,45 manat kredit borcunun; 24.02.2017-ci il tarixli 07 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu - 68000 manat, əsas məbləğə hesablanmş faiz borcu – 17606,90 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 6601,10 manat olmaqla, cəmi 92208 manat kredit borcunun; 24.02.2017-ci il tarixli 08 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu - 48900 manat, əsas məbləğə hesablanmış faiz borcu – 12661,43 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 4746,97 manat olmaqla, cəmi 66308,40 manat kredit borcunun; 29.03.2017-ci il tarixli 09 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu - 444000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 111788,10 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 38949,90 manat olmaqla, cəmi 594738 manat kredit borcunun; 002 №-li 16.03.2017-ci il tarixli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan 29.03.2017-ci il tarixli 01 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu - 500000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 125887,50 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 43862,50 manat olmaqla, cəmi 669750 manat, ümumilikdə 3162544,28 manat məbləğində kredit borcunun və 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə onlayun müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X19 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə, habelə banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən əmlak kompleksinə və Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m. olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borclu və zaminlərdən tutulmasının təmin edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların ipoteka saxlayan tələbkar bank tərəfindən əldə edildikdə fərdi-yaşayış evinin və əmlak kompleksinin 1 ay müddətində boşadılaraq «X19 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 21.05.2019-cu il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 MTK-dan, "BAKİ MEXANİZASİYA TİKİNTİ“ ASC-dən, Cavabdeh3 MTK-dan, "xxxx" MTK-dan, "BƏRƏKƏTLİ” MMC-dən, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5, Cavabdeh12 müştərək (birgə) qaydada: 555 nömrəli 24.10.2014-cü il tarixli Kredit müqaviləsi üzrə olan əsas məbləğ borcu – 1.207772,22 manat, əsas məbləğə hesablanmış faiz borcu 222539,42 manat, hər gecikdirilmiş günə görə cərimə borcu 2.70161,48 manat olmaqla, cəmi 1.700.473,11 manat kredit borcunun; 001 nömrəli 17.09.2015-ci il tarixli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan 24.02.2017-ci il tarixli 06 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu — 73000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 17318,85 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 8506,93 manat olmaqla, cəmi 98825,78 manat kredit borcunun; 24.02.2017-ci il tarixli 07 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu - 68000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 18892,10 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 8171,90 manat olmaqla, cəmi 95064 manat kredit borcunun; 24.02.2017-ci il tarixli 08 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu - 48900 manat, əsas məbləğə hesablanmış faiz borcu – 13585,64 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 5876,56 manat olmaqla, cəmi 68362,20 manat kredit borcunun; 29.03.2017-ci il tarixli 09 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu – 444000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 120179,70 manat, hər gecikdirilmiş günə görə cərimə borcu 49206,30 manat olmaqla, cəmi 613386 manat kredit borcunun; 002 N-li 16.03.2017-ci il tarixli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan 29.03.2017-ci il tarixli 01 N-li Kredit Sazişi üzrə əsas məbləğ borcu 500000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 135337,50 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 55412,50 manat olmaqla, cəmi 690750 manat, ümumilikdə 3266861,09 manat məbləğində kredit borcunun və 1120 manat ipoteka qoyanların əmlaklarının qiymətləndirilməsinə görə bank tərəfindən çəkilmiş xərc, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun «X19 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 3 ünvanında, ümumi sahəsi 2033.0 kv.m, tikintialtı sahəsi 2315.3 kv.m. olan 1.0987 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə və Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m. köməkçi sahəsi 689.2 kv.m olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borclu və zaminlərdən tutulmasının təmin edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların ipotaka saxlayan tələbkar bank tərəfindən əldə edildikdə fərdi-yaşayış evinin və əmlak kompleksinin 1 ay müddətində boşadılaraq «X19 Azərbaycan» QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.10.2014-cü ildə «X19 Azərbaycan» QSC və Cavabdeh1 MTK arasında 555 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh1 MTK-yə Xırdalan Gənclər şəhərciyindəki binaların tikintisi üçün ******* manat məbləğində pul ayrılmış və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 13% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. 29.07.2016-cı il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında bağlanılmış 24.10.2014-cü il tarixli 555 №-li Kredit müqaviləsinə 1 saylı əlavə razılaşma bağlanılmışdır. 24.10.2014-cü il tarixində bank ilə borc alan Cavabdeh1 MTK və ipoteka qoyan Cavabdeh13 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 4 ünvanında, ümumi sahəsi 2033 kv.m, tikintialtı sahəsi 2315.3 kv.m. olan 1.0987 ha torpaq sahəsində yerləşən əmlak kompleksi «X19 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 30.10.2014-cü il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq çıxarış təqdim edilmişdir. Borcalanın 24.10.2014-cü tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 24.10.2014-cü il tarixində bank ilə borc alan Cavabdeh1 MTK və ipoteka qoyan Cavabdeh14 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m. olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi «X19 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 30.10.2014-cü il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. Borcalan 555 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər "xxxx" ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, Cavabdeh5 MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X11, Cavabdeh12 ilə bank arasında 24.10.2014-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər. 17.09.2015-ci il tarixində «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №-li Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Müvafiq Kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 31.10.2018-ci il tarixinədək 700000 manat məbləğində kredit xətti ayrılmışdır. 24.02.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 06 № li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 23.02.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 16% olmaqla 73000 manat məbləğində kredit verilmişdir. 24.02.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №- li Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 07 № li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 23.02.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% olmaqla 68000 manat məbləğində kredit verilmişdir. 24.02.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №-li kredit müqaviləsinədair 08№ li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 23.02.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% olmaqla 48900 manat məbləğində kredit verilmişdir. 29.03.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №-li Kredit müqaviləsinə dair 09№ li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 29.03.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% olmaqla 444000 manat məbləğində kredit verilmişdir. Borcalanın 24.10.2014-cü il tarixli 555 №-liKredit müqaviləsindən və 17.09.2015-ci il tarixli 001 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 01.10.2015-ci il tarixində bank ilə borc alan Cavabdeh1 MTK və ipoteka qoyan Cavabdeh13 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən əmlak kompleksi «X19 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 16.03.2017-ci il tarixində «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 002 №-li Kredit müqaviləsi bağlanmışdır. Müvafiq kredit xətli müqaviləsinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 30.12.2025-ci il tarixinədək 500000 manat məbləğində kredit xətti ayrılmışdır. 29.03.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 002 №-li Kredit müqaviləsinə dair 01 № li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 29.03.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% 500001 manat məbləğində kredit verilmişdir. 16.03.2017-ci il tarixində bank ilə borc alan Cavabdeh1 MTK və ipoteka qoyan Cavabdeh13 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən əmlak kompleksi «X19 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 17.03.2017-ci il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq çıxarış təqdim edilmişdir. Bununla yanaşı borcalanın 002 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər "xxxx" ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, Cavabdeh5 MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X11, Cavabdeh12 ilə bank arasında 16.03.2017-ci il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər. Borcalanın «X19 Azərbaycan» QSC-nə 555 №-li 24.10.2014-cü il tarixli Kredit müqaviləsi üzrə olan ümumi kredit borcu, kreditlər üzrə əsas məbləğ borcu – 1207772,22 manat, əsas məbləğə hesablanmış faiz borcu – 204003,47 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 231663,74 manat olmaqla, cəmi 1643439,43 manat təşkil edir. 29.03.2017-ci il tarixli 07 N-li kredit sazişi üzrə Kreditlər üzrə əsas məbləğ borcu - 68000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 17606,90 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 6601,10 manat olmaqla, cəmi 92208 manat təşkil edir. 24.02.2017-ci il tarixli 08 N-li kredit sazişi üzrə Kreditlər üzrə əsas məbləğ borcu - 48900 manat, əsas məbləğə hesablanmış faiz borcu – 12661,43 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 4746,97 manat olmaqla, cəmi borc 66308,40 manat təşkil edir. 29.03.2017-ci tarixli 09 N-li kredit sazişi üzrə Kreditlər üzrə əsas məbləğ borcu – 444000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 111788,10 manat, hər gecikdirilmiş günə görə cərimə borcu – 38949,90 manat olmaqla, cəmi borc 594738 manat təşkil edir. Borcalanın «X19 Azərbaycan» QSC-nə 002 №-li 16.03.2017-ci il tarixli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan ümumi kredit borcu Kreditlər üzrə əsas məbləğ borcu – 500000 manat, əsas məbləğə hesablanmış faiz borcu – 125887,50 manat hər gecikdirilmiş günə görə cərimə borcu – 43862,50 manat olmaqla, cəmi borc 669750 manat təşkil edir. İddiaçı "X19 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh6 nümayəndəsi və vəkili X4, Cavabdeh14 vəkili X6, Cavabdeh11 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Cavabdeh1 MTK ilə «X19 Azerbaycan» QSC arasında bağlanmış 24.10.2014-cü il tarixli 555 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh1 MTK-ya Xırdalan Gənclər şəhərciyindəki binaların tikintisi üçün 36 ay müddətinə illik 13% dərəcəsi olmaqla, ******* manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.5.B bəndinə əsasən Cavabdeh13 məxsus Əmlak Kompleksi və Cavabdeh14 məxsus fərdi yaşayış evi ipotekaya qoyularaq «X19 Azerbaycan» QSC-nin xeyrinə yüklü edilmişdir. 24.10.2014-cü il tarixli 555 saylı kredit müqaviləsinə 29.07.2016-cı il tarixli 1 saylı əlavə Razışmadan görünür ki, müqavilənin 5.1-ci bəndində dəyişiklik edilmiş və müqavilə ilə nəzərdə tutulmuş kreditin ödəniş şərtləri dəyişdirilmişdir. Kredit üzrə 2016-cı il dekabr ayına kimi güzəşt müddəti veriləcək, əsas və faizlər 2017-ci il yanvar ayından etibarən ödəniləcəkdir. 24.10.2014-cü il tarixli 555 saylı kredit müqaviləsinə 16.03.2017-ci il tarixli 2 saylı əlavə Razışmadan görünür ki, müqavilə ilə nəzərdə tutulmuş kreditin ödəniş şərtləri əlavədəki şəkildə dəyişdirilmişdir. Kredit üzrə əsas məbləğ və faizlər müddət sonunda (16.10.2017-ci ildə) ödəniləcəkdir. Cavabdeh1 MTK ilə «X19 Azerbaycan» QSC arasında bağlanmış 17.09.2015-ci il tarixli, 001 nömrəli Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) görünür ki, Borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün Borcalana bərpa edilməyən kredit xətti açır, Borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmasını öhdəsinə götürür. Kredit xəttinin ümumi məbləği 700000 manat təşkil edir. Kredit xətti üzrə Borcalana kredit(lər) 31.10.2018-ci il tarixinədək verilir. Hər bir halda hissə-hissə götürülmüş kredit məbləğlərinin cəmi bu müqavilənin 1.2-ci maddəsində göstərilmiş 700000 manat məbləği aşmamalıdır. Kredit xətti üzrə Borcalana hissə-hissə verilən hər hansı kreditin müddəti 12 aydan artıq ola bilməz, sonuncu kredit borcu isə 31.10.2017-ci il tarixdən gec olmayaraq verilə bilər. Cavabdeh1 MTK ilə «X19 Azerbaycan» QSC arasında bağlanmış 16.03.2017-ci il tarixli, 002 nömrəli Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə müqavilə) görünür ki, Borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün Borcalana bərpa edilən kredit xətti açır, Borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmasını öhdəsinə götürür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra, Borcalana bu müqavilənin 1.2 və 1.3-cü maddələri ilə müəyyənləşdirilmiş hədd və müddət çərçivəsində yeni kredit borcun verilməsi kimi başa düşülür. Kredit xəttinin ümumi məbləği 500000 manat təşkil edir. Kredit xətti üzrə Borcalana kredit(lər) 30.12.2025-ci il tarixinədək verilir. Kredit xətti üzrə Borcalana hissəhissə verilən hər hansı kreditin müddəti 12 aydan artıq ola bilməz, sonuncu kredit borcu isə 30.12.2024-cü il tarixdən gec olmayaraq verilə bilər. 17.09.2015-ci il 001 nömrəli kredit müqaviləsinə 24.02.2017-ci il tarixli 2 saylı əlavə razılaşmadan görünür ki, müqavilənin 1.3-cü maddəsində dəyişiklik edilmişdir. Kredit xətti üzrə Borcalana kredit(lər) 31.10.2018-ci il tarixədək verilir. Kredit xətti üzrə Borcalana hissə-hissə verilən hər hansı bir kreditin müddəti 12 aydan artıq ola bilməz, sonuncu kredit borcu isə 31.10.2017-ci il tarixindən gec olmayaraq verilə bilər. 17.09.2015-ci il 001 nömrəli kredit müqaviləsinə 29.07.2016-cı il tarixli 1 saylı əlavə razılaşmadan görünür ki, müqavilənin 1.1-ci maddəsində dəyişiklik edilmişdir. Borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün Borcalana bərpa edilən kredit xətti açır, Borcalan isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmasını öhdəsinə götürür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğlərinin bir hissəsi ödənildikdən sonra Borcalana müqavilənin 1.2 və 1.3-cü maddələri ilə müəyyənləşdirilmiş hədd və müddət çərcivəsində kredit borcun verilməsi imkanı kimi başa düşülür. 17.09.2015-ci il 001 nömrəli kredit müqaviləsinə dair 24.02.2017-ci il tarixli, 06 nömrəli Kredit sazişindən görünür ki, Borcverən Borcalana tərəflər arasında bağlanmış 17.09.2015-ci il tarixli, 001 nömrəli kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 73000 manat məbləğində 23.02.2018-ci il tarixinədək kredit verir. Borcalan isə almış olduğu borc məbləğini müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmasını öhdəsinə götürür. 17.09.2015-ci il 001 nömrəli kredit müqaviləsinə dair 24.02.2017-ci il tarixli, 07 nömrəli Kredit sazişindən görünür ki, Borcverən Borcalana tərəflər arasında bağlanmış 17.09.2015-ci il tarixli, 001 nömrəli kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 68000 manat məbləğində 23.02.2018-ci il tarixinədək kredit verir. Borcalan isə almış olduğu borc məbləğini müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmasını öhdəsinə götürür. 17.09.2015-ci il 001 nömrəli kredit müqaviləsinə dair 24.02.2017-ci il tarixli, 08 nömrəli Kredit sazişindən görünür ki, Borcverən Borcalana tərəflər arasında bağlanmış 17.09.2015-ci il tarixli, 001 nömrəli kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 48900 manat məbləğində 23.02.2018-ci il tarixinədək kredit verir. Borcalan isə almış olduğu borc məbləğini müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmasını öhdəsinə götürür. 17.09.2015-ci il 001 nömrəli kredit müqaviləsinə dair 29.03.2017-ci il tarixli, 09 nömrəli Kredit sazişindən görünür ki, Borcverən Borcalana tərəflər arasında bağlanmış 17.09.2015-ci il tarixli, 001 nömrəli kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə bu Sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 444000 manat məbləğində 29.03.2018-ci il tarixinədək kredit verir. Borcalan isə almış olduğu borc məbləğini müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmasını öhdəsinə götürür. 16.03.2017-ci il tarixli, 002 nömrəli kredit müqaviləsinə dair 29.03.2017-ci il tarixli 01 nömrəli kredit sazişindən görünür ki, Borcverən Borcalana tərəflər arasında bağlanmış 16.03.2017-ci il tarixli 002 nömrəli kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu sazişin 2 maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 500000 manat məbləğində 29.03.2018-ci il tarixinədək kredit verir. Borcalan isə almış olduğu borc məbləğini müəyyən edilmiş şərtlərlə Borcverənə qaytarmasını öhdəsinə götürür. Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X9, X12, Cavabdeh12, "xxxx" ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, Cavabdeh5 MMC ilə «X19 Azerbaycan» QSC arasında bağlanmış 24.10.2014-cü il tarixli, 1,2,3,4,5,6,7,8,9,10,11 nömrəli Zaminlik müqavilələrindən görünür ki, 24.10.2014-cü il tarixində «X19 Azerbaycan» QSC və Cavabdeh1 MTK arasında bağlanmış 555 nömrəli kredit müqaviləsi üzrə Borcalanın ******* manat məbləğində, 16.10.2017-ci il tarixinədək illik 13% aldığı kreditlə bağlı Bocrverən qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək Zamin Borcalanla tam birgə məsuliyyət daşımağını öhdəsinə götürür. Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X9, X12, Cavabdeh12, "xxxx" ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, Cavabdeh5 MMC ilə «X19 Azerbaycan» QSC arasında bağlanmış 17.09.2015-ci il tarixli, 1,2,3,4,5,6,7,8,9,10,11 nömrəli Zaminlik müqavilələrindən görünür ki, 17.09.2015-ci il tarixində «X19 Azerbaycan» QSC və Cavabdeh1 MTK arasında bağlanmış 001 nömrəli kredit müqaviləsi üzrə Borcalanın 700000 manat məbləğində, 31.10.2018-ci il tarixinədək açılmış kredit xətti ilə bağlı Bocrverən qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək Zamin Borcalanla tam birgə məsuliyyət daşımağını öhdəsinə götürür. Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X9, X12, Cavabdeh12, "xxxx" ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, Cavabdeh5 MMC ilə «X19 Azerbaycan» QSC arasında bağlanmış 16.03.2017-ci il tarixli, 1,2,3,4,5,6,7,8,9,10,11 nömrəli Zaminlik müqavilələrindən görünür ki, 24.10.2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh13 mülkiyyət hüququ ilə ona məxsus ünvan 5 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi, 2033 kv.m ümumi sahəsi, 2315.3 kv.m tikintialtı sahəsi olan Əmlak Kompleksini bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş kredit müqaviləsi üzrə Cavabdeh1 MTK-nın «X19 Azerbaycan» QSC qarşısında öhdəliklərinin icrasını təmin edilməsi üsulu kimi, ipotekaya verərək «X19 Azerbaycan» QSC-nin xeyrinə yüklü edir. 3.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 14.10.2014-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ******* manat təşkil edir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ipotekaya qoyulmuş əmlak, «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 24.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixinədək bağlanmış 555 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində ayrılmış kreditin qaytarılmasının əşya təminatı kimi çıxış edir və ipoteka Cavabdeh1 MTK-nın həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıyır. 24.10.2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh14 mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 14 ünvanında yerləşən istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 178,7 kv.m yaşayış, 689,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş kredit müqaviləsi üzrə Cavabdeh1 MTK-nın «X19 Azerbaycan» QSC qarşısında öhdəliklərinin icrasını təmin edilməsi üsulu kimi, ipotekaya verərək «X19 Azerbaycan» QSC-nin xeyrinə yüklü edir. 3.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 23.10.2014-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ******* manat təşkil edir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ipotekaya qoyulmuş əmlak, «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 24.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixinədək bağlanmış 555 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində ayrılmış kreditin qaytarılmasının əşya təminatı kimi çıxış edir və ipoteka Cavabdeh1 MTKnın həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıyır. 01.10.2015-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh13 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 5 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi, 2033 kv.m ümumi sahəsi, 2315.3 kv.m tikintialtı sahəsi olan Əmlak Kompleksini bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş kredit müqaviləsi üzrə Cavabdeh1 MTK-nın «X19 Azerbaycan» QSC qarşısında öhdəliklərinin icrasını təmin edilməsi üsulu kimi, ipotekaya verərək «X19 Azerbaycan» QSC-nin xeyrinə yüklü edir. 3.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 14.10.2014-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ******* manat təşkil edir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ipotekaya qoyulmuş əmlak, «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 24.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixinədək bağlanmış 555 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində və «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 17.09.2015-ci il tarixində 31.10.2018-ci il tarixinədək 700000 manat məbləğində bağlanmış 001 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan Azərbaycan manatı və (və ya) xarici valyutada bağlanılan ayrıca saziş(lər) üzrə ayrılmış bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi çıxış edir və ipoteka Cavabdeh1 MTK-nın həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıyır. 01.10.2015-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh14 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 14 ünvanında yerləşən istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 178,7 kv.m yaşayış, 689,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş kredit müqaviləsi üzrə Cavabdeh1 MTK-nın «X19 Azerbaycan» QSC qarşısında öhdəliklərinin icrasını təmin edilməsi üsulu kimi, ipotekaya verərək «X19 Azerbaycan» QSC-nin xeyrinə yüklü edir. 3.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 23.10.2014-cü il tarixli qiymətləndirmə rəyinə əsasən ******* manat təşkil edir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ipotekaya qoyulmuş əmlak, «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 24.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixinədək bağlanmış 555 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində və «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 17.09.2015-ci il tarixində 31.10.2018-ci il tarixinədək 700000 manat məbləğində bağlanmış 001 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan Azərbaycan manatı və (və ya) xarici valyutada bağlanılan ayrıca saziş(lər) üzrə ayrılmış bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi çıxış edir və ipoteka Cavabdeh1 MTK-nın həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıyır. 16.03.2017-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, Cavabdeh13 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 5 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi, 2033 kv.m ümumi sahəsi, 2315.3 kv.m tikintialtı sahəsi olan Əmlak Kompleksini bu müqavilənin 4.1-ci maddəsində göstərilmiş kredit müqaviləsi üzrə Cavabdeh1 MTK-nın «X19 Azerbaycan» QSC qarşısında öhdəliklərinin icrasını təmin edilməsi üsulu kimi, ipotekaya verərək «X19 Azerbaycan» QSC-nin xeyrinə yüklü edir. 3.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 15.03.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ******* manat təşkil edir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ipotekaya qoyulmuş əmlak, «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 24.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixinədək bağlanmış 555 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində və «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 17.09.2015-ci il tarixində 31.10.2018-ci il tarixinədək bağlanmış 001 nömrəli kredit müqaviləsinə əsasən 700000 manat məbləğində və «X19 Azerbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 16.03.2017-ci il tarixində 30.12.2025-ci il tarixinədək 500000 manat məbləğində bağlanmış 002 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan Azərbaycan manatı və (və ya) xarici valyutada bağlanılan ayrıca saziş(lər) üzrə ayrılmış bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi çıxış edir və ipoteka Cavabdeh1 MTK-nın həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıyır. 01.10.2015-ci il tarixli İpoteka müqaviləsinə 28.10.2015-ci il tarixli əlavə Razılaşmadan görünür ki, müqavilənin 3.1-ci bəndinə dəyişiklik edilmişdir. İpoteka predmetinin dəyəri 22.10.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ******* manat təşkil edir. Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 178.7 kv.m yaşayış, 689.2 kv.m köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən Əmlak kompleksi 09.04.2014-cü il tarixdə Cavabdeh13 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən Əmlak kompleksi 17.03.2017-ci il tarixdə “X19 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən Əmlak kompleksi 03.10.2015-ci il tarixdə “X19 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən Əmlak kompleksi 30.10.2014-cü il tarixdə “X19 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 14 saylı fərdi yaşayış evi 03.10.2015-ci il tarixdə “X19 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 14 saylı fərdi yaşayış evi 30.10.2014-cüi il tarixdə “X19 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilmişdir. “X19 Azərbaycan” QSC-nin Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X9, X12, Cavabdeh12, "xxxx" ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, Cavabdeh5 MMC və Cavabdeh1 MTK-ya ünvanladığı 06.07.2018-ci il tarixli pretenziya məktublarından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 MTK tərəfindən müqavilə şərtlərinin pozulması ilə əlaqədar “X19 Azərbaycan” QSC qeyd olunan borc məbləğini 5 iş günü ərzində qaytarılmasını və ödənilməsi tələb edilir. Əks təqdirdə “X19 Azərbaycan” QSC kredit üzrə yaranmış borcun hesablarına ödənilməsi üçün qanunvericiliklə və aralarında bağlanmış müqavilə şərtlərinə əsasən nəzərdə tutulmuş bütün hüquqlarından istifadə edərək müvafiq tədbirləri həyata keçirilməsi xəbərdar edilmişdir. “X19 Azərbaycan” QSC-nin Cavabdeh14 və Cavabdeh13 ünvanladığı 06.07.2018-ci il tarixli “01.10.2015-ci il tarixli ipoteka müqavilə üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında” bildirişdən görünür ki, kredit müqaviləsi üzrə Borcalan tərəfindən öhdəliklərin kobud şəkildə pozulması və İpoteka saxlayanın tələblərinin ipoteka qoyulmuş əmlak hesabına təmin edilməsi hüququnun yaranması ilə əlaqədar müqavilə üzrə olan borc məbləğinin məhkəmədən kənar qaydada 7 təqdim gün ərzində tam şəkildə vaxtından əvvəl qaytarılması və ödənilməsi tələb edilmişdir. Əks halda “X19 Azərbaycan” QSC ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi barədə xəbərdar edilmişlər. “X19 Azərbaycan” QSC-nin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 11.07.2018-ci il tarixli, 485 nömrəli İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, Cavabdeh13 tərəfindən 16.03.2017-ci il tarixli ipoteka müqaviləsinə müvafiq olaraq ipoteka qoyulmuş ünvan 5 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi, 2033 kv.m ümumi sahəsi, 2315.3 kv.m tikintialtı sahəsi olan Əmlak Kompleksi “X19 Azərbaycan” QSC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 16.03.2017-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını həyata keçirilməsini xahiş etmişlər. “X19 Azərbaycan” QSC-nin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 11.07.2018-ci il tarixli, 484 nömrəli İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, Cavabdeh14 tərəfindən 01.10.2015-ci il tarixli ipoteka müqaviləsinə müvafiq olaraq ipoteka qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 178.7 kv.m yaşayış, 689.2 kv.m köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi “X19 Azərbaycan” QSC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 01.10.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını həyata keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin “X19 Azərbaycan” QSC-yə ünvanlanmış 17.07.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh13 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10 saylı əmlak kompleksinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin “X19 Azərbaycan” QSC-yə ünvanlanmış 20.07.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh14 məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 14 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh8 ünvan 10 ünvanında qeydiyyatdadır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh6 ünvan 11 ünvanında qeydiyyatdadır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh9 ünvan 12 ünvanında qeydiyyatdadır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh10 ünvan 13 ünvanında qeydiyyatdadır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh11 ünvan 14 ünvanında qeydiyyatdadır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh12 ünvan 15 ünvanında qeydiyyatdadır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh7 ünvan 16 ünvanında qeydiyyatdadır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh14 ünvan 17 ünvanında qeydiyyatdadır. 15.08.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh13 ünvan 18 ünvanında qeydiyyatdadır. “X19 Azərbaycan” QSC Maliyyə arayışından görünür ki, 11.02.2019-cu il tarixinə kreditlər və sazişlər üzrə toplam faiz borcu 488176,12 manat, toplam cərimə borcu 332695,94 manat, toplam əsas məbləq borcu 2341672,22 manat olmaqla, toplam borc 3162544,28 manat təşkil edir. “X19 Azərbaycan” QSC Maliyyə arayışından görünür ki, 06.05.2019-cu il tarixinə kreditlər və sazişlər üzrə toplam faiz borcu 527853,21 manat, toplam cərimə borcu 397335,67 manat, toplam əsas məbləq borcu 2341672,22 manat olmaqla, toplam borc 3266861,09 manat təşkil edir. 24.10.2014-cü il tarixli Girov müqaviləsindən (bank hesabında (depozitində) yerləşən pul vəsaitinin(lərin) girovu haqqında) görünür ki, Cavabdeh1 MTK mülkiyyət hüququ ilə ona məxsus olan aşağıdakı əmlakı “X19 Azərbaycan” QSC-də xüsusi hesabındakı 95600 manat məbləğində pul vəsaitini müqavilənin 3.1-ci maddəsində göstərilmiş kredit müqaviləsi üzrə Borcalanın Borcverənin qarşısında öhdəliklərinin icrasını təmin edilməsi üsulu kimi girova qoyaraq “X19 Azərbaycan” QSC-nin xeyrinə yüklu etmişdir. 3.1-ci bəndinə əsasən müqavilə üzrə girova qoyulmuş əmlak “X19 Azərbaycan” QSC ilə Cavabdeh1 MTK arasında 24.10.2014-cü il tarixdən 16.10.2017-ci il tarixinədək bağlanmış 555 nömrəli kredit müqaviləsinə əsasən ******* manat məbləğində ayrılmış kreditin qaytarılmasının əşya təminatı kimi çıxış edir və Borcalanın həmin kredit müqaviləsinə əsasən yaranmış bütün öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.02.2020-ci il tarixli, 16285 nömrəli ekspert rəyindən görünür ki, 24.10.2014-cü il tarixli 555 saylı kredit müqaviləsi üzrə 11.02.2019-cu il tarixə əsas kredit borcu üzrə 1259968,80 manat, faiz borcu üzrə 264348,46 manat; 17.09.2015-ci il tarixli 001 saylı kredit xətti müqaviləsi üzrə 06 saylı saziş 11.02.2019-cu il tarixə əsas kredit borcu üzrə 73000 manat, faiz borcu üzrə 22938,22 manat; 17.09.2015-ci il tarixli 001 saylı kredit xətti müqaviləsi üzrə 07 saylı saziş 11.02.2019-cu il tarixə əsas kredit borcu üzrə 68000 manat, faiz borcu üzrə 24038 manat; 17.09.2015-ci il tarixli 001 saylı kredit xətti müqaviləsi üzrə 08 saylı saziş 11.02.2019-cu il tarixə əsas kredit borcu üzrə 48900 manat, faiz borcu üzrə 17286,15 manat; 17.09.2015-ci il tarixli 001 saylı kredit xətti müqaviləsi üzrə 09 saylı saziş 11.02.2019-cu il tarixə əsas kredit borcu üzrə 444000 manat, faiz borcu üzrə 156954 manat; 16.03.2017-ci tarixli 002 saylı kredit xətti üzrə 01 saylı saziş 11.02.2019-cu il tarixə əsas kredit borcu üzrə 500000 manat, faiz borcu üzrə 176750 manat təşkil edir. Ekspertiza xərci 145 manat təşkil edir. "xxxx" MMC-nin 12.09.2019-cu il tarixli, ƏEM/S 24-827/19 nömrəli ekspert rəyindən görünür ki, ipoteka ilə yüklü edilmiş Cavabdeh13 məxsus olan ünvan 5 ünvanında, ümumi sahəsi 2033 kv.m, tikintialtı sahəsi 2315.3 kv.m olan 1.0987 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 12.09.2019-cu il tarixinə real bazar qiyməti ******* manat təşkil edir. Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan, istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən evinin 12.09.2019-cu il tarixinə real bazar qiyməti ******* manat təşkil edir. Ekspertiza xərci 500 manatdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 24.10.2014-cü ildə «X19 Azərbaycan» QSC və Cavabdeh1 MTK arasında 555 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh1 MTK-yə Xırdalan Gənclər şəhərciyindəki binaların tikintisi üçün ******* manat məbləğində pul ayrılmış və o, 36 ay müddətində kreditin əsas məbləği və ona illik 13% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. 29.07.2016-cı il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında bağlanılmış 24.10.2014-cü il tarixli 555 №-li Kredit müqaviləsinə 1 saylı əlavə razılaşma bağlanılmışdır. 24.10.2014-cü il tarixində bank ilə borc alan Cavabdeh1 MTK və ipoteka qoyan Cavabdeh13 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 4 ünvanında, ümumi sahəsi 2033 kv.m, tikintialtı sahəsi 2315.3 kv.m. olan 1.0987 ha torpaq sahəsində yerləşən əmlak kompleksi «X19 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 30.10.2014-cü il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq çıxarış təqdim edilmişdir. Borcalanın 24.10.2014-cü tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 24.10.2014-cü il tarixində bank ilə borc alan Cavabdeh1 MTK və ipoteka qoyan Cavabdeh14 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m. olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi «X19 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 30.10.2014-cü il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq Çıxarış təqdim edilmişdir. Borcalan 555 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər "xxxx" ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, Cavabdeh5 MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X11, Cavabdeh12 ilə bank arasında 24.10.2014-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər. 17.09.2015-ci il tarixində «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №-li Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Müvafiq Kredit xətti müqaviləsinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 31.10.2018-ci il tarixinədək 700000 manat məbləğində kredit xətti ayrılmışdır. 24.02.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №-li Kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair 06 № li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 23.02.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 16% olmaqla 73000 manat məbləğində kredit verilmişdir. 24.02.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №- li Kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 07 № li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 23.02.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% olmaqla 68000 manat məbləğində kredit verilmişdir. 24.02.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №-li kredit müqaviləsinədair 08№ li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 23.02.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% olmaqla 48900 manat məbləğində kredit verilmişdir. 29.03.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 001 №-li Kredit müqaviləsinə dair 09№ li kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 29.03.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% olmaqla 444000 manat məbləğində kredit verilmişdir. Borcalanın 24.10.2014-cü il tarixli 555 №-liKredit müqaviləsindən və 17.09.2015-ci il tarixli 001 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 01.10.2015-ci il tarixində bank ilə borc alan Cavabdeh1 MTK və ipoteka qoyan Cavabdeh13 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən əmlak kompleksi «X19 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 16.03.2017-ci il tarixində «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 002 №-li Kredit müqaviləsi bağlanmışdır. Müvafiq kredit xətli müqaviləsinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 30.12.2025-ci il tarixinədək 500000 manat məbləğində kredit xətti ayrılmışdır. 29.03.2017-ci il tarixdə «X19 Azərbaycan» QSC ilə Cavabdeh1 MTK arasında 002 №-li Kredit müqaviləsinə dair 01 № li Kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MTK-ya 29.03.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% 500001 manat məbləğində kredit verilmişdir. 16.03.2017-ci il tarixində bank ilə borc alan Cavabdeh1 MTK və ipoteka qoyan Cavabdeh13 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən əmlak kompleksi «X19 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən 17.03.2017-ci il tarixili yüklülük barədə RX seriyalı ******* №-li müvafiq çıxarış təqdim edilmişdir. Bununla yanaşı borcalanın 002 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər "xxxx" ASC, Cavabdeh3 MTK, "xxxx" MTK, Cavabdeh5 MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X11, Cavabdeh12 ilə bank arasında 16.03.2017-ci il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər. Lakin müqavilə öhdəlikləri yerinə yetirilməmiş, iddiaçıya cavabdehlərin olan borcu tam ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2020-ci il tarixli 16285 saylı ekspertiza rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin borc məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.02.2020-ci il tarixli, 16285 nömrəli ekspert rəyindən də göründüyü kimi iddiaçı bank 24.10.2014-cü il tarixli 555 saylı kredit müqaviləsi üzrə, 17.09.2015-ci il tarixli 001 saylı kredit xətti müqaviləsi üzrə 06 saylı saziş, 07 saylı saziş, 08 saylı saziş, 09 saylı saziş üzrə, habelə 16.03.2017-ci tarixli 002 saylı kredit xətti üzrə 01 saylı saziş üzrə əsas və faiz borcunu əsaslı olaraq tələb edir bu tələb qeyd edilən ekpert rəyində müəyyən edilmiş borc məbləğlərinə uyğundur. Odur ki, iddia tələbinə dair bu hissədə ərizəyə verilmiş iddia tələbləri həcmində baxılaraq hüquqi qiymət verilməklə əsas və faiz borcu iddia tələbində qeyd edildiyi məbləğlərdə tutulmalıdır. Cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. 555 №-li 24.10.2014-cü il tarixli Kredit müqaviləsi üzrə olan cərimə borcu – 270161,48 manatdan 30.000 manata, kredit borcunun, 001 №-li 17.09.2015-ci il tarixli Kredit müqaviləsi üzrə olan 24.02.2017-ci il tarixli 06 N-li Kredit Sazişi üzrə cərimə borcu 6871,73 manatdan 950 manata, 07 N-li Kredit Sazişi üzrə cərimə borcu – 8171,90 manatdan 850 manata, 08 N-li Kredit Sazişi üzrə cərimə borcu – 5876,56 manatdan 600 manata, 09 N-li Kredit Sazişi üzrə cərimə borcu 49206,30 manatdan 4400 manata, 002 №-li 16.03.2017-ci il tarixli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan 29.03.2017-ci il tarixli 01 N-li Kredit Sazişi üzrə cərimə borcu – 55412,50 manatdan 5600 manata endirilməlidir. Eyni zamanda iş materiallarında olan zaminlik müqavilələrindən də göründüyü kimi zaminlər bütün müqavilələr üzrə öhdəliyin icra edilməsi üçün zamin durmuşlar. Odur ki, zaminlərə münasibətdə də iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yerləşən əmlak kompleksinə və Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m. olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 27 oktyabr 2014-cü il tarixdə qüvvədə olan 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 –ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27 oktyabr 2014-cü il tarixdə qüvvədə olan 34.1.2-ci maddəsinə əsasən, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İlkin və sonrakı ipoteka müqavilələrindən göründüyü kimi ipotekaya qoyulmuş əmlaklar 555 №-li 24.10.2014-cü il tarixli Kredit müqaviləsi üzrə, 001 №-li 17.09.2015-ci il tarixli Kredit müqaviləsi üzrə olan 24.02.2017-ci il tarixli 06 N-li Kredit Sazişi üzrə, 07 N-li Kredit Sazişi üzrə, 08 N-li Kredit Sazişi üzrə və 09 N-li Kredit Sazişi üzrə və 002 №-li 16.03.2017ci il tarixli Kredit müqaviləsi üzrə borcun ödənilməsinin təminatı kimi ipotekaya qoyulmuşdur. Bu səbəbdən hərraca çıxarılmalıdır. O da qeyd edilməlidir ki, ipoteka predmetinin qiyməti ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin 12.09.2019-cu il tarixli, ƏEM/S 24-827/19 nömrəli ekspert rəyi əsas götürülməklə ipoteka ilə yüklü edilmiş Cavabdeh13 məxsus olan ünvan 5 ünvanında, ümumi sahəsi 2033 kv.m, tikintialtı sahəsi 2315.3 kv.m olan 1.0987 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 12.09.2019-cu il tarixinə real bazar qiyməti ******* manat, Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan, istifadədə olan 0.0601 ha torpaq sahəsində yerləşən evinin 12.09.2019-cu il tarixinə real bazar qiyməti ******* manat olmaqla hərraca çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MMC-nin 12.09.2019-cu il tarixli, ƏEM/S 24-827/19 nömrəli ekspert rəyinin verilməsi üçün 500 (beş yüz) manat ekspert xərci cavabdehlərdən müştərək qaydada tutularaq (Bank: Günay Bank ASC, VÖEN **********, müxbir hesab AZ25NABZ********************, KOD 505594, SWİFT GÜNAAZ22, hesab nöm: AZ30 GÜNA********************) "xxxx" MMC-yə, Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri tutularaq, 145 (bir yüz qırx beş) manat məbləğində pul (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ341NABZ**********000003944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MTK-dan, "BAKİ MEXANİZASİYA TİKİNTİ“ ASC-dən, Cavabdeh3 MTK-dan, "xxxx" MTK-dan, "BƏRƏKƏTLİ” MMC-dən, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5, Cavabdeh12 müştərək (birgə) qaydada 555 nömrəli 24.10.2014-cü il tarixli Kredit müqaviləsi üzrə olan əsas məbləğ üzrə 1.207772,22 manat, faiz borcuna görə 222539,42 manat, cərimə borcuna görə 30.000 manat olmaqla, cəmi 1.460.311,64 (bir milyon dörd yüz altmış min üç yüz on bir manat, 64 qəpik) manat kredit borcunun; 001 nömrəli 17.09.2015-ci il tarixli kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan 24.02.2017-ci il tarixli 06 N-li Kredit Sazişi üzrə əsas borca görə 73000 manat, faiz borcuna görə 17318,85 manat, cərimə borcuna görə 950 manat olmaqla, cəmi 91268,85 (doxsan bir min iki yüz altmış səkkiz manat, 85 qəpik) kredit borcunun; 07 N-li Kredit Sazişi üzrə əsas borca görə - 68000 manat, faiz borcuna görə – 18892,10 manat, cərimə borcuna görə 850 manat olmaqla, cəmi 87742,10 (səksən yeddi min yeddi yüz qırx iki manat, 10 qəpik) manat kredit borcunun; 08 N-li Kredit Sazişi üzrə əsas borcuna görə - 48900 manat, faiz borcuna görə 13585,64 manat, cərimə borcuna görə 600 manat olmaqla, cəmi 63085,64 (altmış üç min səksən beş manat, 64 qəpik) manat kredit borcunun; 09 N-li Kredit Sazişi üzrə əsas borca görə – 444000 manat, faiz borcuna görə 120179,70 manat, cərimə borcuna görə 4400 manat olmaqla, cəmi 568579, 70 (beş yüz altmış səkkiz min beş yüz yetmiş doqquz manat, 70 qəpik) manat borcunun; 16.03.2017-ci il tarixli, 002 nömrəli Kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) üzrə olan 29.03.2017-ci il tarixli 01 N-li Kredit Sazişi üzrə əsas borcuna görə 500000 manat, faiz borcuna görə 135337,50 manat, cərimə borcuna görə 5600 manat olmaqla, cəmi 640937,5 (altı yüz qırx min doqquz yüz otuz yeddi manat, 50 qəpik) olmaqla, ümumilikdə 2.911.925,43 ( iki milyon doqquz yüz on bir min doqquz yüz iyirmi beş manat, 43 qəpik) manat məbləğində borc və 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu «X19 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Tutma ilkin satış qiyməti ******* (üç milyon səkkiz yüz əlli bir min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh13 məxsus olan ünvan 3 ünvanında, ümumi sahəsi 2033.0 kv.m, tikintialtı sahəsi 2315.3 kv.m. olan 1.0987 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə və ilkin satış qiyməti ******* (iki milyon iki yüz min) manat müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh14 məxsus olan ünvan 2 ünvanında, 1 mərtəbəli, 5 otaqlı, yaşayış sahəsi 178.7 kv.m, köməkçi sahəsi 689.2 kv.m olan 0.0601 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı «X19 Azerbaycan» QSC-nə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi cavabdehlər Cavabdeh13 və Cavabdeh14 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1 MTK-dan, "BAKİ MEXANİZASİYA TİKİNTİ“ ASC-dən, Cavabdeh3 MTK-dan, "xxxx" MTKdan, "BƏRƏKƏTLİ” MMC-dən, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 müştərək (birgə) qaydada tutularaq, 145 (bir yüz qırx beş) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış əmlakın qiymətləndirilməsi tədqiqtanın dəyəri 500 (beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MTK-dan, "BAKİ MEXANİZASİYA TİKİNTİ“ ASCdən, Cavabdeh3 MTK-dan, "xxxx" MTK-dan, "BƏRƏKƏTLİ” MMC-dən, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X5, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 müştərək (birgə) qaydada tutularaq (Bank: Günay Bank ASC, VÖEN **********, müxbir hesab AZ25NABZ********************, KOD 505594, SWİFT GÜNAAZ22, hesab nöm: AZ30GÜNA********************) "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar