Məhkəmə qərarları › İş №2(005)-3325/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3325/2020

19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3325/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə şəxsin vəfat etməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, mərhum X9 onun atasıdır. O, xx xxxxxx 1937-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında yaşamışdır. Atası, X9, uzun müddət idi ki ayaq-damar xəstəliyindən əziyyət çəkmişdir. Eyni zaman, ürək çatışmamazlığı, diabet kimi xəstəliklər keçirmişdir. 2020-ci ilin mart ayından yataq xəstəsi olmuşdur. Nəticədə ayağında qanqrena əmələ gəlmiş və ayağın amputasiya olunmasından imtina etmişdir. Sentyabr ayının 6-sı səhər saat 07:00 radələrində evə daxil olaraq onun rəhmətə qetdiyini görmüşdür. X16 Yardım stansiyasına müraciyət edərək, onlara bu faktı bildirmiş, X17 həkimləri hadisə yerinə qəldikdə ölüm faktını qeydə almışlar. Daha sonra onlar Polis əməkdaşlarını hadisə yerinə dəvət etmiş, Polis əməkdaşları hadisə yerinə qələrək, faktı qeyda almışlar. Həmin gün atası Qurd Qapısı qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin 106 saylı forma arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməmiş və yaşadığı ərazi üzrə məhkəməyə müraciyət etmək tövsiyyə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, xx xxxxxx 1937-ci ildə Bakı şəhərində doğulmuş X5 xx xxxxxxxx 2020 il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Eyni zamanda ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X6 ifadəsində ərizəçinin dostu olduğunu, onun atası X5 yataq xəstəsi olduğunu vəxx.xx.2020-ci il tarixdə vəfat etdiyini və Qurd qapısı qəbirstanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid X7 ifadəsində mərhum şəxsi yaxından tanıdığını, xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, dəfnində iştirak etdiyini təsdiqlədi. İş materiallarında olan 5 saylı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2020-cu il tarixli, 951 №-li məktubundan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2020-ci il tarixli, 81 №-li arayışından görünür ki, X2 şəhər (Qurd qapısı) qəbirstanlığında xx.xx.2020ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin Təcili və X4 Stansiyası Ölüm Haqqımda Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il saat 08:30-da X8 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1937-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Asan 1 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, AZ-İİİ 121845 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X1. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1937-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən olunması üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar